“Promethean” interaktiv lövhələrinin tədrisə tətbiqi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Edumediya Azərbaycan” MMC arasında imzalanmış 16 dekabr 2013-cü il tarixli EL-01 saylı müqavilə üzrə İsmayıllı rayonu Təhsil Şöbəsinə “Promethean” interaktiv lövhələr verilmişdir. Rayonun ümumtəhsil məktəblərində 35 ədəd “Promethean” interaktiv lövhə var. Buna uyğun olaraq rayonda 2014-cü il tarixdə “Promethean” interaktiv lövhələri ilə təlimlərin keşirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə razılaşdırılmış və “Promethan” interaktiv lövhələri və İKT üzrə təlimçi Lahıc qəsəbə tam orta məktəbinin fizika-inormatika müəllimi Rövşən Əliyev tərəfindən icra olunmuşdur.
Məqsəd tədris prosesində Promthean interaktiv texnologiyasının tətbiqi metodikasını öyrənərək tədris materiallarının və dərslərin keçirilməsi üçün Promethean texnologiyasından praktik istifadə etmək bacarıqları əldə etmək, Promthean interaktiv lövhəsinin Activİnspire proqram təminatından başlanğıc səviyyəli istifadəçi kimiyararlanmaq, interaktiv məruzə, qruplarda praktiki iş, fərdi iş və lövhədə praktiki iş prinsiplərini öyrənməkdən ibarətdir.
“Promethean” interaktiv  lövhələrinin  tədrisə tətbiqiAzərbaycan Respublikası Təhsil Nazirliyi və “Edumediya Azərbaycan” MMC arasında imzalanmış 16 dekabr 2013-cü il tarixli EL-01 saylı müqavilə üzrə İsmayıllı rayonu Təhsil Şöbəsinə “Promethean” interaktiv lövhələr verilmişdir. Rayonun ümumtəhsil məktəblərində 35 ədəd “Promethean” interaktiv lövhə var. Buna uyğun olaraq rayonda 2014-cü il tarixdə “Promethean” interaktiv lövhələri ilə təlimlərin keşirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə razılaşdırılmış və “Promethan” interaktiv lövhələri və İKT üzrə təlimçi Lahıc qəsəbə tam orta məktəbinin fizika-inormatika müəllimi Rövşən Əliyev tərəfindən icra olunmuşdur.
Məqsəd tədris prosesində Promthean interaktiv texnologiyasının tətbiqi metodikasını öyrənərək tədris materiallarının və dərslərin keçirilməsi üçün Promethean texnologiyasından praktik istifadə etmək bacarıqları əldə etmək, Promthean interaktiv lövhəsinin Activİnspire proqram təminatından başlanğıc səviyyəli istifadəçi kimiyararlanmaq, interaktiv məruzə, qruplarda praktiki iş, fərdi iş və lövhədə praktiki iş prinsiplərini öyrənməkdən ibarətdir.
18 dekabr tarixində İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında “Promethean” interaktiv lövhələrinin tədrisə tətbiqi mövzusunda elmi- praktik konfrans keçirilmişdir. Konfransda Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb müəllimləri və Qəbələ rayonundan bir qrup müəllim iştirak edirdi.
“Promethan” interaktiv lövhələri və İKT üzrə təlimçi Lahıc qəsəbə tam orta məktəbinin fizika-inormatika müəllimi R.Əliyev lövhədən istifadə, onun imkanları haqqında geniş məlumat vermiş və bir qrup müəllim öz dərslərini nümaiş etdirmişdir.
“Promethean” interaktiv lövhələrinin tədrisə tətbiqi haqqında qısa məlumat:

“Promethean” interaktiv  lövhələrinin  tədrisə tətbiqi

Müasir dünyada klassik lövhə və təbaşiri elektron lövhə və elektron qələm əvəz edir. Dərsdə interaktiv lövhədən istifadə şagirdin diqqətini cəlb etmək və onun diqqətinin yayınmasının qarşısını almaq üçün qiymətli bir vasitədir. İnteraktiv lövhə dərsin tempini artırmağa və bütün sinfin diqqətini dərsə cəlb etməyə imkan yaradır. Adi lövhədən fərqli olaraq elektron lövhədə işləyərkən müəllimin daha geniş iş sahəsi və əvvəlki yazdıqlarına bir idarəedici düymənin köməyilə qayıtmaq imkanı var. Bu, vaxta qənaət etməyə və dərsi daha səmərəli qurmağa imkan yaradır. Həmçinin bu lövhə müəllimiin pedaqoji axtarışları üçün geniş diapazon açır. Adi lövhə ilə qurulan dərsdə şagirdin aktiv iş fəaliyyəti dərsin 15-20 faizini təşkil etdiyi halda, elektron lövhənin köməyilə qurulan dərslər bu vaxtın 75-80 faizə qədər yüksəlməsinə imkan yaradır.
Proqramın digər üstün cəhəti lovhədə dəftər vərəqini əks etdirmək üçün (damalı və birmil) torun olmasıdır. Bu da ibtidai siniflər üçün, xüsusilə də I siniflərdə hərf və rəqəmlərin orfoqrafiyasını tədris edərkən müəllimin köməyinə çatır. Bu lövhə müəllimə tədris edəcəyi mövzunun üsul və vasitələrini seçməkdə geniş imkanlar verir.
Lövhənin elektron interaktiv qurğudan fərqləndirən özəl funksiyası var. İkinəfərlik iş rejimində işləmə funksiyası müəllimə müxtəlif fənlərin tədrisində cütlər və ya qruplar arasında maraqlı yarışlar, estafetlər, oyunlar keçirmək imkanı yaradır. Proqramda təqdim olunan riyazi alətlərin (pərgar, sirkul, xətkeş , günyə, kalkulyator, koordinat başlanğıcı) rolu əvəzsizdir. Bu alətlər müəllimə dərsi daha aydın və əyani şəkildə izah etməyə kömək edir.
Rayonun ümumtəhsil məktəblərində “Promethean” interaktiv lövhələrtin tədrisdə tətbiqi ilə bağlı mütəmadi olaraq işlər aparılır.
Vəfa Ağayeva,
RTŞ-nin metodisti

Şərh Yaz