Qəhrəmanlıq tarixi

1990-cı il 20 Yanvar hadisələrinə həsr olunmuş tədbirlər çərçivəsində Xanagah kənd ümumi orta məktəbində də anım mərasimi keçirilmiş, şagirdlərə tarix müəllimi tərəfindən ətraflı məlumat verilmişdir. Bu hadisənin mahiyyəti geniş izah edilmiş, bu günün eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixinin bir parçası olduğu söylənmişdir. Г‡ünki ağır texnikalı qoşunlara qarşı əliyalın şəkildə mübarizə göstərib bu yolda canından keçmək əsl qəhrəmanlıqdır. Şagirdlərə 20 Yanvar şəhidləri, istərsə Qarabağ uğrunda canlarından keçən şəhidlərin sayəsində bugünkü yaşamımıza qovuşduğumuz bildirilmişdir.

Qəhrəmanlıq tarixiQəhrəmanlıq tarixi

Şagirdlər tərəfindən bu hadisəyə həsr olunmuş şeirlər söylənmiş, ədəbi-bədii kompozisiyalar qurulmuşdur. Məktəbin şagird və müəllim kollektivi kənd qəbiristanlığına gedərək məktəbimizin adını daşıdığı Teymur Xəlilov və digər şəhidimiz İlham Bünyatovun qəbiri üzərinə qərənfillər düzmüşlər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tükəzban Balaliyeva,
məktəbin tarixin müəllimi

Şərh Yaz