Birliyimizi dünyaya çatdırırıq

1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə azğınlaşmış sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Azadlıq harayını boğmağa yönəlmiş bu insan qırğını öz canını vətən yolunda qurban verənləri cənnətə, Azərbaycanı isə müstəqilliyə qovuşdurdu.
Vətən öz şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Г‡ünki Vətən və torpaq şəhidləri ilə ucalır.

Birliyimizi dünyaya çatdırırıqBirliyimizi dünyaya çatdırırıq
Biz varıq, güclü dövlətimiz var, biz birlikdə güclüyük!

1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə azğınlaşmış sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Azadlıq harayını boğmağa yönəlmiş bu insan qırğını öz canını vətən yolunda qurban verənləri cənnətə, Azərbaycanı isə müstəqilliyə qovuşdurdu.
Vətən öz şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Г‡ünki Vətən və torpaq şəhidləri ilə ucalır.
Azərbaycanın hər bir şəhər və rayonunda olduğu kimi, İsmayıllı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi məktəblərdə, müəssisə və təşkilatlarda yad edilir.
20 yanvar 2015 ci il tarixdə 20 Yanvar şəhidlərinin xatirəsi Hacıhətəmli kənd tam orta məktəbində də “ Şəhidlik zirvəsi ” adlı tədbirlə anılmışdır.
Tədbirdə məktəbin şagird və müəllimləri, Hacıhətəmli kənd bələdiyyəsi, kəndin İH-nin İƏD-i üzrə nümayəndəsi və “Qarabağ” uğrunda döyüşlərdə şəhid olmuş əsgərlərin yaxınları iştirak edirdi.
Birliyimizi dünyaya çatdırırıq

Tədbiri məktəbin direktoru N.Ağakişiyev acıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sukutla yad edildikdən sonra 20 Yanvar faciəsinin səbəblərindən danışıldı. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdikdən sonra, tədbir iştirakçıları kənd qəbiristanlığında dəfn olunmuş şəhidlərin məzarları ziyarət olundu və dualar oxundu. 20 yanvar faciəsinin 25 illiyinə həsr olunmuş tədbir məktəbdə təşkil olunmuş ehsan süfrəsilə sona çatdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Müşviq Məmmədov

Şərh Yaz