Press "Enter" to skip to content

Balaca idmançı

İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı rayonumuzda bu sahənin ayrı-ayrı növlərinin daha da inkişaf etdirilməsinə şərait yaradır. Şagirdlərin sağlam həyat tərzinin yüksəldilməsinə nail olunması məqsəd ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tez-tez tədbirlər keçirir. Bu tədbirdə Talıstan kənd tam orta məktəbinin I A sinif şagirdi Kənan Şirəli də iştirak etmişdir. Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyində 21 kiloqram çəki dərəcəsində Kənan Şirəli II yer tutaraq gümüş medalla təltif edilmişdir. Dərs əlaçısı olan Kənanın fiziki tərbiyəyə də məhəbbəti yüksəkdir.
Balaca idmançıBalaca idmançı

Şagirdim Kənanın uğurlarına valideynləri, doğmaları ilə bərabər mən də sevinir, onunla fəxr edirəm. Balaca idmançını məktəbin müəllimləri, şagirdləri, xüsusilə də sinif yoldaşları təbrik edir, ona yeni-yeni uğurlar arzulayırlar.
Yeni qələbələrini gözləyirik, Kənan!
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Be First to Comment

Şərh Yaz

Mission News Theme by Compete Themes.