Bayramlar qovşağında

Yola saldığımız ilin son günündə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə rayon Mədəniyyət Sarayının konfrans zalında tədbir keçirilib.
Tədbirdə RİH başçısı Mirdaməd Sadıqov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun milli ruha, dünya görüşümüzə təsirindən, əlamətdar günlə bağlı ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. O bildirib ki, həmrəylik günü Azərbaycan xalqını bir ideya ətrafında birləşdirən, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini təcəssüm etdirən bir bayramdır. Məhz bu günün qeyd olunmasından başlayaraq azərbaycançılıq ideyalarının formalaşmasının əsası qoyulub.
Bayramlar qovşağındaYola saldığımız ilin son günündə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə rayon Mədəniyyət Sarayının konfrans zalında tədbir keçirilib.
Tədbirdə RİH başçısı Mirdaməd Sadıqov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun milli ruha, dünya görüşümüzə təsirindən, əlamətdar günlə bağlı ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. O bildirib ki, həmrəylik günü Azərbaycan xalqını bir ideya ətrafında birləşdirən, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini təcəssüm etdirən bir bayramdır. Məhz bu günün qeyd olunmasından başlayaraq azərbaycançılıq ideyalarının formalaşmasının əsası qoyulub.

Bayramlar qovşağında

Tədbirdə vurğulanıb ki, artıq azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır və ölkələrimizin qarşılıqlı əlaqələrinin formalaşmasına önəm verirlər. Bu bayramı dəyərləndirənlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində daha fəal iştirak edir, diaspor təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulmasında təsirli tədbirlər həyata keçirirlər.
Yığıncaqda ölkə Prezidentinin bölgəyə səfəri zamanı rayonun sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduğu, gələcək perspektiv inkişafı üçün tövsiyə və tapşırıqlar verdiyi xüsusi vurğulanıb.
Sonda müxtəlif sahələr üzrə rayonun ictimai həyatında fəallıq nümayiş etdirən bir qrup şəxsə hədiyyələr verilib. Tədbir prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubunun oxunuşu ilə başa çatıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz