Səfərlər bölgələrə 20-30 ilin sosial-iqtisadi inkişafını gətirir

Ümummilli liderimizin, rəhbərlik etdiyi illərlə Azərbaycan tarixində yeni bir mərhələ yaratmış, ölkəmizə, millətimizə şərəf gətirmiş, firavan həyat bəxş etmiş Heydər Əliyevin İsmayıllıya səfərlərinə həsr olunmuş “Mübarək səfərlər, səmimi görüşlər” kitabını oxumuşam, rayonumuzun yeni tarixinin şanlı səhifələri ilə bu dəyərli kitabdan tanış olmuşam. Vətənim Azərbaycan, rayonum İsmayıllı üçün qəlbən sevinən bir insan kimi, dərindən dərk etmişəm ki, ulu öndərin bütün yerlərə səfərlər ənənəsini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrə hər bir səfəri o yerlərə 20-30 ilin sosial-iqtisadi inkişafını gətirir, gələcək 50-100 ilin inkişafı üçün fundamental əsas yaradır. Vətəndaşlar rəhbər səmimiyyətini, Prezident qayğısını bilavasitə özündən, özü ilə görüşdən, mehriban söhbətindən, qayğılı münasibətindən duyurlar, görürlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin, bilavasitə nitqlərindən eşidir, öz üzərimizdə hiss edirik ki, xalqın rifahı və güzəranı naminə ən mühüm tədbirlər həyata keçirilir. Paytaxtda olduğu kimi, bölgələrdə də sürətli inkişaf region üçün təəccüb doğuracaq səviyyədə gedir. Cənab Prezidentimizin yerlərə tez-tez səfər etməsi ilə biz onun hər zaman bölgələrə olan diqqət və qayğısının şahidi oluruq.
Səfərlər bölgələrə 20-30 ilin sosial-iqtisadi inkişafını gətirir

Prezident İlham Əliyevin İsmayıllıya səfərləri zamanı mən də onu qarşılayanların, tapşırıq, tövsiyə və məsləhətlərini eşidənlərin sırasında olmuşam. Əməlləri insanlığından, insanlığı əməllərindən böyük olan bu yenilməz rəhbərdən, bu uca şəxsiyyətdən həyat dərsi, səmərəli fəaliyyət proqramı almışam. Görüş zamanı Prezidentimizin İsmayıllı sakinləri ilə səmimi söhbətləri və rayonumuza olan diqqət və qayğısı, onu yüksək inkişaf etmiş bölgələr sırasında görmək arzusu hər bir İsmayıllı vətəndaşı kimi məndə də böyük ruh yüksəkliyi yaratdı. Eyni zamanda, cənab Prezidentimiz İsmayıllıya səfəri zamanı rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə aparılan işləri yüksək qiymətləndirdi. Prezidentimiz görüşdə qeyd etdi:- “Bu heç də işlərin sonu deyil, bundan sonra da bu bölgəyə daha çox diqqət göstəriləcək, sosial yönümlü yeni obyektlərin və infrastrukturun sürətli inkişafına nail olacağıq.” Dərin inam hissi ilə deyə bilərəm ki, cənab Prezidentin həyata keçirdiyi tədbirlərin İsmayıllı üçün və bütövlükdə Azərbaycan üçün önəmli olduğunu hər bir soydaşımız dərindən dərk edir. Möhtərəm Prezidentimizin hər il rayonumuza səfər etməsi rayonumuza olan diqqətin və qayğının bariz nümunəsidir. Bu səfərlər rayon əhalisində qurub-yaratmaq əzmini daha da artırır. Onun tapşırığı ilə tikilən sosial və digər təyinatlı obyektlər əhalinin yeni iş yerləri ilə təmin olunmasında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində böyük rol oynayır. Prezidentimiz cənab İlham Əliyev yol infrastrukturunun inkişafına da daim diqqət və qayğı göstərir.
Onun sərəncamları ilə tikilən, yenidən qurulan rayondaxili və kəndlərarası yollar əhalinin rahat gediş-gəlişini təmin edir. Son vaxtlar iqtisadiyyatın bütün sahələrində olduğu kimi, yol infrastrukturunda da böyük həcmli layihələr həyata keçirilir. Bu inkişafdan bizim rayonumuza da pay düşür. Məhz cənab Prezidentimiz 2013-cü ildə İsmayıllı rayonuna səfər edəndə bir çox tikilən obyektlərlə yanaşı, 7 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 29,5 kilometr olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışını da etdi. 2013-cü il səfərindən ötən bir il ərzində rayonda bir çox tikinti-quruculuq işləri görülmüşdür. Həmin işlərin davamı olaraq rayonumuzda xəstəxana, mədəniyyət sarayı, İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir olunmuşdur. Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni binası, uşaq bağçası tikilmiş, parklar salınmış, küçələr asfaltlaşdırılmış, hər tərəf abadlaşdırılmış, bir sözlə, rayonumuz xeyli inkişaf etmişdir. Bu dövr ərzində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 26-29-cu kilometr hissəsinə yeni asfalt örtük vurulmuşdur. Muğanlı-İsmayıllı avtomobil yolunda yeni dəmir-beton körpü tikilib istifadəyə verilmişdir. Basqal və Г‡ayqovuşan kəndlərinə gedən yollarda yeni dəmir-beton körpülər tikilib istifadəyə verilmişdir.
2013-cü ildə Prezidentimiz rayona səfər etdikdən sonra 10 dekabr 2013-cü il tarixdə 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi üçün sərəncam imzalamışdır. Bu sərəncamla əlaqədar olaraq 2014-cü ildə 18 kilometrlik avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Həmin yolun tikintisi bu kəndlərin əhalisi üçün böyük töhfə olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı keçirdiyi görüşdə qeyd etmişdir ki, 3-cü Dövlət proqramı başlamışdır və 2018-ci ilə qədər başa çatmalıdır. Ümid edirəm ki, İsmayıllı rayonunda da o vaxta qədər bir dənə də olsun həllini tapmamış sosial infrastruktur proqramı qalmayacaq. Kollektivimiz də çalışacaq ki, xalqla bərabər bu məqsədə nail olaq.
Prezidentin rayonumuza olan qayğısına cavab olaraq İsmayıllı əhalisi də daim onun daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyəcək, dövlətə və dövlətçiliyə sadiq qalacaqdır.
Cənab Prezidentin siyasətinə sədaqətli yanaşmadan ilk növbədə özümüz, ailəmiz və rayonumuz qazanır. Ölkə başçısının tapşırıqlarını düşünərək, məsuliyyət dərk edərək yerinə yetirdikcə həyatımız dəyişir, inkişaf edir, zənginləşir. Rayon mərkəzlərində paytaxta bənzər mənzərələr yaranır. Yüksələn ölkəmizin xoşbəxt vətəndaşı olaraq fəxr edirik ki, Azərbaycan kimi vətənimiz, İlham Əliyev kimi Prezidentimiz var. Onların varlığı əbədi milli varlığımızdır
Məhəmməd Musayev,
10 saylı Yol İstismarı Sahəsinin rəisi

Şərh Yaz