Yora bilməz yollar məni

Qəhrəmanımız İbrahim İsmayılzadənin, onun atası Məşədi Həsən Hacı Ələkbər oğlunun fiziki, mənəvi təkamülünü daha dolğun, daha maraqlı təsvir etmək üçün onların doğulduğu Şamaxının o zamanki mühitinə, bütövlükdə ulu Şirvan elinin ictimai-siyasi vəziyyətinə, maarif, mədəniyyət, iqtisadi mənzərəsinə çox qısa şəkildə nəzər salmağı vacib hesab edirik.
Şamaxı hələ IX-X əsrlərdən başlayaraq şərqin ən böyük ticarət və sənətkarlıq mərkəzlərindən biri olmaqla, maarif, mədəniyyət, elm korifeyləri, böyük alimlər, sənətkarlar, ədiblər, şairlər, siyasi xadimlər məskəni kimi tanınırdı. Şamaxıda Azərbaycanın müxtəlif yerlərindən olan tacirlərlə yanaşı, İran, Hindistan, Türkiyə, Rusiya, Gürcüstan, Qərbi Avropa ölkələrindən gələn tacirlərlə də rastlaşmaq olurdu. Şirvanda hazırlanan mis qablar, xalılar, ipək mallar çox məşhur idi. Görünürdü ki, bu cür əlaqələr Şamaxıdan cəmi 32 kilometr yaxınlıqdakı Basqalda da sənətkarlığın inkişafına, əhalinin ticarət işlərinə fəal qoşulmasına səbəb olurdu.
Yora bilməz yollar məniQəhrəmanımız İbrahim İsmayılzadənin, onun atası Məşədi Həsən Hacı Ələkbər oğlunun fiziki, mənəvi təkamülünü daha dolğun, daha maraqlı təsvir etmək üçün onların doğulduğu Şamaxının o zamanki mühitinə, bütövlükdə ulu Şirvan elinin ictimai-siyasi vəziyyətinə, maarif, mədəniyyət, iqtisadi mənzərəsinə çox qısa şəkildə nəzər salmağı vacib hesab edirik.
Şamaxı hələ IX-X əsrlərdən başlayaraq şərqin ən böyük ticarət və sənətkarlıq mərkəzlərindən biri olmaqla, maarif, mədəniyyət, elm korifeyləri, böyük alimlər, sənətkarlar, ədiblər, şairlər, siyasi xadimlər məskəni kimi tanınırdı. Şamaxıda Azərbaycanın müxtəlif yerlərindən olan tacirlərlə yanaşı, İran, Hindistan, Türkiyə, Rusiya, Gürcüstan, Qərbi Avropa ölkələrindən gələn tacirlərlə də rastlaşmaq olurdu. Şirvanda hazırlanan mis qablar, xalılar, ipək mallar çox məşhur idi. Görünürdü ki, bu cür əlaqələr Şamaxıdan cəmi 32 kilometr yaxınlıqdakı Basqalda da sənətkarlığın inkişafına, əhalinin ticarət işlərinə fəal qoşulmasına səbəb olurdu.
XIX əsrin ikinci yarısı Şamaxının bədii yaradıcılığı, xüsusən poeziya sahəsi, mübaliğəsiz təsdiq etmək olar ki, əsl intibah dövrünü yaşayırdı. Ədəbi məclislər qaynar fəaliyyət göstərirdi. “Beytül-səfa” məclisi XIX əsrin 60-cı illərində Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı. Məclisin adı da bununla əlaqədardır. Seyid Əzim Şirvani, Mollağa Bixud, Ağababa Mahmud Qafil, Molla Mahmud Zuyi və başqa şairlər məclisin fəal üzvləri idilər. Seyid Əzim Şirvaninin və Mollağa Bixudun başçılıq etdiyi məclisin bir neçə məşğələsində Hacı Seyid Hüseyn babam da iştirak etmişdi.
Mirzə Ələkbər Sabir isə Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan böyük simalardan biri olmuşdur. Onun demokratik poeziyası öz müasirliyi, xəlqiliyi, yüksək sənətkarlığı və dərin realizmi ilə Azərbaycan mədəniyyətinin, bədii və ictimai fikrinin tərəqqisində müstəsna rol oynamışdır.
Qədim və çox rəngarəng mütərəqqi hadisələrlə dolu tarixi ənənələri, etnoqrafik xüsusiyyətləri olan Şamaxıda mövhumatın, nadanlığın, təriqət ayrılığının hökm sürməsinin öldürücü təsirindən də danışmamaq mümkün deyil. Sual və cavablar, inkar və təsdiqlər qaynar qazana bənzər bu şəhərdə qara qüvvələrin meydan oynatması kimi təzahür edirdi. Şirvan dağlarının zirvələrində çaxnaşan buludlar kimi bədxahlarla elm, tərəqqi, ədalət carçılarının mübarizəsi toqquşur, ildırımlar çaxır, qəzəblər coşur, cəbhələr arı pətəyi kimi uğuldayırdı.
… Nur kimi zahiri, pakdan pak daxili aləmi olan doğulduğu Lahıcdan gəlib Şamaxını özünə ikinci vətən sayan, burada pak, müqəddəs əməlləri ilə tarixi iz qoyan Ağaseyidəli ağa düşündükcə xəyalında canlanan səhnələr daha da güclənir. Hamının “Ağa” deyib ucaltdığı, bütün Şirvan əhlinin, mütərəqqi ziyalıların və füqəranın sevdiyi, kəlamlarını şəfa saçan vasitə kimi ürəkdən qəbul etdiyi Ağaseyidəli ağa məscidə keçir, böyük şair Hacı Seyid Əzim Şirvaninin çıxışını diqqətlə dinləyir: “… Nə vaxt biz gözümüzü xabi-qəflətdən açıb qeyri millətlər kimi qardaş dərdi çəkəcəyik, övladlarımızın həqiqi dünyəvi elmlər öyrənməsinə, tərəqqi tapmasına çalışacağıq?”
Üfunətli nəfəslər, hədəqədən çıxmış kinli gözlər, murdar əllər, ayaqlar böyük şairi dəmir məngənə kimi sıxıb məscidin dar qapısından başmaq çıxarılan dəhlizinə salmışdı. Başsız kütlə, qaragüruh Hacı Seyid Əzim Şirvani kimi xalqını ürəkdən sevən, yaradıcılığını onun xoşbəxt gələcəyinə həsr etmiş gözəl şairi məscid kimi müqəddəs yerdə sıxıb öldürməklə öz qara niyyətinə imza atmışdı. 5 may 1888-ci ildə baş vermiş misli görünməmiş bu vəhşilik daim yaddaşlarda lənətlənir.
XX əsrin əvvəli isə Şamaxı böyük sarsıntılarla üzləşdi. 1902-ci il yanvarın 31-də baş vermiş zəlzələ, tarixçilərin deməsinə görə, 1859-cu il may ayının 31-də olmuş dağıdıcı fəlakətdən daha da güclü idi. İnsan qırğını ilə müşayiət olunan həmin zəlzələ yerli əhalini Azərbaycanın müxtəlif şəhər və kəndlərinə, Orta Asiyaya, Rusiya vilayətlərinə didərgin düşməyə məcbur etdi.
Dağıntıların təmizlənməsi, Şamaxının tədricən bərpa olunması 1905-ci ildə erməni daşnaklarının “Böyük Ermənistan” yaratmaq xülyası ilə pozuldu. Ruslar tərəfindən təpədən dırnağa qədər silahlandırılmış ermənilər Şamaxıda qırğın törətdilər. Şəhərdə zəlzələdən qalmış az-çox əhalini doğma od-ocağından qovdular.
İllər öz sözünü dedi. Ölənlər öldü, qaçanlar bir daha qayıtmadı. Şamaxıya yalnız öz doğma yurduna ürəkdən bağlananlar qayıtdı və öz od-ocağının bərpasına bütün gücləri ilə girişdilər. Şəhər tədricən dirçəlməyə başladı.
Uşaqlıqda atasından tərbiyə almış Həsən böyüdükcə düz yolla getməyi özünün həyat qanunu qəbul etdi. Evlənəndən sonra atası Hacı Ələkbər, qayınatası Hacı Mirismayıl onun sözlərinə fikir verdilər, əməllərinə göz qoydular. Hər dəfə görüşüb söhbət edəndə qayınatası cavanın ədəbindən, mərifətindən, dolanacağından razı qaldığını bildirdi, onun hərəkətini təqdir etdi:
– Anadan əmdiyin süd halal xoşun olsun. Səndən söhbət gedəndə Niyal dağı kimi vüqarla dayanıram. Əməlinə baxanda əllərimi Yaradana doğru tutaraq sənə uzun ömür, işıqlı gələcək üçün dua edirəm. İstər-istəməz sifətimdə məmnunluq hissi, təbəssüm yaranır.
Həsən öz qayınatası Hacı Mirismayılı, qayınanası Seyid Əsbəti valideynləri kimi sevirdi. Seyid Fərruxla evlənəndən sonra onun həm işləri düz gedir, həm bərəkəti artır, səhhəti günbəgündən yaxşılaşırdı.
Həsən kişi özünü xoşbəxt sayırdı. Г‡ətinliklər arxada qalmışdı. Zəlzələ evlərini dağıdanda, fəlakətdən üç il sonra ermənilər baş qaldıranda gah Basqaldakı qohumlarının, gah da Udulu kəndindəki tanışlarının evində sığınacaq tapdı. Şamaxı həsrəti isə onu və ata-anasını bir an da tərk etmirdi. Ara sakitləşəndən sonra doğma şəhərinə qayıdıb bütün maddi güclərini topladılar. Uçmuş evlərinin yerində xudmani od-ocaq düzəltdilər.
Həsən həyatından, ömür yoldaşından hədsiz dərəcədə razı idi. Seyid Fərrux da qayınatasının, qayınanasının etimadını, hörmətini qazanmışdı. Yaxşı dolanırdılar. Mömin insanların görəcəyi işlər, qəlblərində tutduqları niyyətləri həyata keçirilirdi. Həsən kişi də böyük yaradanla öz arasında niyyət eləmişdi: ilk övladı dünyaya gələndən az sonra qəriblər ağası İmam Rzanın Xorasandakı qərib məzarını ziyarət edəcək. 1913-cü ilin payızında özünün 36, oğlu İbrahimin bir yaşı tamam olanda böyük ümidlərlə, saf gənclik ehtirası ilə Məşhəd şəhərinə yollandı.
Məşhəd o zaman da, indi də on dörd məsuma, səkkizinci İmam Rzanın müqəddəsliyinə müştaq olanların “İkinci Məkkəsi” hesab olunur. Bura tarixi və dini abidələr şəhəridir. İmam Rza burada şəhid olduğundan şəhər də bu şəhidin şərəfinə Məşhəd adlandırılıb. İmam Rzanın türbəsi ətrafında salınmış çoxşaxəli mürəkkəb və müəzzəm abidələrin Şərq sənətinə söykənən şəhərciyin hələ o zaman da bəlkə tayı, bərabəri olmayıb. Min ildən çox yaşı olan bu şəhərin qədim məscidləri, camiləri, X əsrə aid tikililəri vardır.
Dünya götür-qoy dünyasıdır. Məşədi Həsənin gördükləri az olmadı. O, İmam Rzanın qızıl məzarının qarşısında yüzlərlə dəfə böyük Allaha həmd və sənalarını bəyan etdi. Bu ziyarətdən mənən zənginləşərək doğma Şamaxıya qayıtdı.
İbrahim isə qeydi-adi ağıla malik bir uşaq kimi hamının diqqətini cəlb edirdi. O, Məşədi Həsənin mehri-məhəbbəti, anası Seyid Fərruxun qayğısı və nəvazişi ilə böyüyürdü. Hələ dörd yaşı olanda qonşuluqdakı Əminəocatun adlı gəlinu uşağın təlim-tərbiyəsini öhdəsinə götürdü, ona yazmaq, oxumaq qaydalarını öyrətdi, şeirə, sənətə hörmət və məhəbbət aşıladı.
– İnanırsınız, – deyə babasının adını daşıyan Həsən müəllim atasının özü haqqında söhbətini bizə danışır, – beş-altı yaşı olanda atam İbrahim artıq Quranın ondan çox kiçik surələrini əzbər bilir, ərəb hürufatı ilə yazıb-oxumağı bacarırmış.
– İbrahim üç yaşa çatanda Həsən daha bir oğul övladının dünyaya gəlməsi ilə müjdələndi. Yeni uşağın adını Mürsəl qoydular.
Uşaqlar mürəkkəb ictimai-siyasi hadisələr fonunda böyüyürdü. Ömrünün sonuna kimi toxucu-kargər işləyən Məşədi Həsən öz sadə, amma bərəkətli sənəti ilə ailəsini şad-xürrəm yaşadırdı. İbrahimi cəsarətli böyütmək istəyən ata onun əlindən tutub Şamaxı Qız qalasına tərəf aparır, səhər çağı dağların dalında gizlənən günəşə hamıdan qabaq birlikdə baxardılar.
Beş yaşlı İbrahim təbiəti heyran-heyran seyr edirdi. Qartallar səmada dövrə vururdular. Biri elə hündürdə uçurdu ki, İbrahim onu tez-tez gözdən itirirdi. Böyük, enliqanad, qüvvətli başqa biri İbrahimin lap başının üstündə fırlanırdı.
– Hey! –“ İbrahim onu səslədi –“ Mən səndən qorxmuram!
Uşaq qəlbində bu məğrur, güclü, qorxmaz quşa qibtə edirdi. Axı bu səhər başqa qartallarla birgə o da günəşi birinci qarşılamışdı. İbrahim cəsarətlə qartala baxdı, barmağını qaldırıb onu hədələdi, hoppana-hoppana atasına tərəf qaçdı.
Məşədi Həsənin sevimli ömür-gün yoldaşı Seyid Fərruxla, balaları İbrahim və Mürsəllə keçirdiyi xoş günlər, firavan həyat yavaş-yavaş kədərli, təhlükəli görkəm alırdı. Bir neçə ay fasilə ilə əvvəlcə anası, sonra isə atası Hacı Ələkbər, qayınatası axirət dünyasına köçdülər. Beynəlxalq aləmdə isə dinclik açıq-aşkar pozulurdu.
1917-1918-ci illər arasında Cənubi Qafqazda vəziyyət mürəkkəb idi. Hələ o vaxt diyarda milli korpusların yaradılması haqqında komissarlığın qərarından istifadə edərək erməni siyasi təşkilatları fəal surətdə silahlı hərbi hissələr yaradır və bundan da fəal surətdə Azərbaycan torpaqları hesabına yaşayış məskəni əldə etmək üçün planlar cızırdılar.
Hadisələr sürətlə inkişaf edirdi. Erməni Milli Şurası və “Daşnakstyün” partiyası Azərbaycanda yaşayan ermənilər arasında azğıncasına şovinist təbliğat aparır, öz məqsədlərinə çatmaqdan ötrü bütün vasitələrdən: aldatmaqdan, fitnə-fəsad törətməkdən, məramı, qayəsi erməni xisləti ilə yoğrulan qəzet və kitabçaların nəşrindən istifadə edirdilər.
1918-ci ilin mart hadisələri ərəfəsində Azərbaycandakı siyasi vəziyyəti qeyd etmək lazımdır. İctimai mühitin sabitsizləşdirilməsi ilə təkcə daşnaklar yox, digər sol radikal siyasi təşkilatlar, monarxist və qaragüruhçu təşkilatlar da fəal iştirak edirdilər. Azərbaycan ümumi anarxiya bataqlığında boğulurdu, daşnak bolşeviklərin və erməni-müsəlman alovunun təhlükəsi altında olan dövlət aparatı daha işləmirdi.
Şaumyanın və onun tərəfdarlarının simasında Bakı Sovetinin “Böyük Ermənistan”la bağlı öz məqsədlərini və niyyətlərini gizlətmirdilər.
Bakı mübarizənin, daşnak hökumətinin mərkəzi idisə də, tərkibində bir neçə erməni kəndi, xain erməni əhalisi olan Şamaxı qəzası da mart hadisələri zamanı od-alovun tüğyan etdiyi daşnak xəyanətinin episentrlərindən biri idi.
Nanəcib, nəməkbəharam yerli ermənilərin Bakıdan gətirilən güclü silah-sursata ehtiyacları yox idi. Onlar həmişə yaxşılıq gördükləri qonşu müsəlman kəndlərinin əhalisinin sadəlövhlüyündən, inamından istifadə edərək çoxlu döyüş sursatı –“ tüfənglər, pulemyotlar toplamışdı. Mədrəsə, Sağyan, Meysəri ermənilərinin bir hissəsi ətrafdakı müsəlman kəndlərində böyük qırğın törətdi, evlərə, abidələrə od vurdu, o biri hissəsi isə Şamaxıya gələn daşnaklara qoşulub şəhərin əksər evlərini həmçinin cümə məscidinin içərisinə çoxsaylı müsəlmanları yığaraq yandırıb külə döndərdilər.
Oxucular 1918-ci ilin mart ayı hadisələrini təfərrüatı ilə bildikləri üçün mən bu iri miqyaslı soyqırımı bütün genişliyi ilə təsvir etməyə ehtiyac duymuram. Yalnız onu deyə bilərəm ki, hər şeyə qadir olan rəhimli Allah Məşədi Həsəni, Seyid Fərruxa azyaşlı İbrahimi və Mürsəli bu qətliamdan, od-alovdan qoruyub salamat saxladı.

***
… Məşədi Həsən o gün kəlağayı karxanasına getməmişdi. Dəzgahın dəmkarı pozulmuş, tərrah isə Bakıya getmişdi. O, Şamaxının on kilometr cənubi-qərbində olan Mirikəndə iş dalıyca getmişdi. Ermənilər bu kəndi xarabazara çevirmişdilər. Təbiət heç bir hadisədən asılı olmayaraq həmişə öz hakimiyyətini icra edir. Mirikənd çiçəklər dənizi, yaşıl rəngli taxıl zəmiləri, günəşə can atan otlar içərisində toy paltarı geymiş gəlinə bənzəyirdi. May ayı bizim Şirvan elində öz bənzərsizliyi ilə aran yerlərindən fərqlənir.
Bu füsunkar mənzərəyə vurğunluqla tamaşa edən Məşədi Həsən baş verəcək bir hadisəni ani olaraq qəlbinə gətirib işləri tələsik qaydaya qoydu və kirayə etdiyi atı Şamaxıya döndərdi.
Evə yaxınlaşanda sövqitəbii hiss onun qəlbini bürüdü. Fikirlərin təsirindən az qala bayılma vəziyyətinə düşdü. “Bəlkə ermənilər şəhərdə olmamağımdan xəbər tutub arvad-uşağımı öldürüblər?! Nə isə evdə bədbəxt hadisə üz verib”.
Suallarına cavab tapa bilməyib usta Məşədi Həsən addımlarını həyəcanla yeyinlətdi. Evin astanasında bir neçə qadının başmaqlarını görüb hövlnak içəri girdi. Seyid Fərrux çarpayıda uzanmış, qonşu qadınlar altı yaşlı İbrahimi və üç yaşlı Mürsəli sakitləşdirməyə çalışırdılar.
Məşədi Həsən dərhal hadisələrdən xəbər tutdu. Bir neçə gün idi ki, evin sahibəsi sozalır, solurdu. İndi isə hərarətin şiddətindən sinəsi aramsız enib-qalxırdı. Göz qapaqları örtülmüşdü.
Doktor gəlib çıxdı. O, Seyid Fərruxu diqqətlə müayinə etdi. Xəstə sevimli ərini görüb bütün ağrını, narahatlığı içinə çəkərək hətta üz-gözünü belə turşutmamağa çalışırdı. Məşədi Həsən göz yaşını saxlaya bilmədən həkimə yalvarırdı:
– Doktor, sənə canım qurban, mənim ümidim, əlacım ancaq ona gəlir. Ondan savayı mənim arxam, köməyim qalmayıb. Anam, bacım, qardaşım yerini verir bu qadın. Cəmi iyirmi altı il ömür sürüb. Mən ancaq onunla gözümü açıram. İki körpə uşaqla mən neylərəm? Onsuz mən nəyə lazımam?!
– Yaxşı, yaxşı, ağlama, sən arvadını məndən istə. Mənim arvadımı və üç uşağımı ermənilər öldürüb. Mən bilirəm ki, arvadsız ev zülmətdir. Mən nə bacarıramsa eləyəcəm ki, uşaqların və sən yetim qalmayasız.
Həkim bu sözləri təsəlli xatirinə deyirdi. Əslində, xəstənin vəziyyəti anbaan pisləşirdi. Yatalaq, xüsusilə qarın yatalağı 1918-ci ildə, dava-dərmanın təsirsiz olduğu bir dövrdə demək olar ki, çarəsiz hesab olunurdu. O zaman yatalaq epidemiyası bütün şəhər və kəndləri bürümüşdü.
Həkimin ciddi cəhdləri fayda vermədi. Bir həftə sonra səhər sübh çağı, xoruzlar banlayanda xəstənin iniltisi kəsildi. Onun yanında oturub keşiyini çəkən qadınlar, şəfqət bacısı məsələni başa düşdü.
Yora bilməz yollar məni
Miryavər Hüseynov

Şərh Yaz