Gənclərin fəallığı

İsmayıllı Mədəniyyət Sarayının qarşısında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 29 dekabr 2014-cü il tarixdə möhtəşəm bayram tədbiri keçirilib.
Tədbirdə yüzlərlə rayon sakini iştirak edib. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri gecənin aparıcılıq missiyasını üzərlərinə götürüblər. Aparıcılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən, soydaşlarımızı birliyə və dostluğa səsləyən bu bayramın dünyanın 100-dən artıq ölkəsində azərbaycanlılar tərəfindən qeyd edilməsindən söz açıblar.
Gənclərin fəallığıİsmayıllı Mədəniyyət Sarayının qarşısında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 29 dekabr 2014-cü il tarixdə möhtəşəm bayram tədbiri keçirilib.
Tədbirdə yüzlərlə rayon sakini iştirak edib. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri gecənin aparıcılıq missiyasını üzərlərinə götürüblər. Aparıcılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən, soydaşlarımızı birliyə və dostluğa səsləyən bu bayramın dünyanın 100-dən artıq ölkəsində azərbaycanlılar tərəfindən qeyd edilməsindən söz açıblar.

Gənclərin fəallığı

İsmayıllı Rayon Gənclər və İdman İdarəsini rəisi Taleh Salehov çıxış edərək bayramlar münasibəti ilə tədbirə qatılanları təbrik edib, il ərzində daha yüksək uğur qazanan idmançılara, rayonun ictimai həyatında fəallığı ilə fərqlənən gənclərdən bir qisminə hədiyyələr təqdim edib.
Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının üzvləri Rövşən Teyyubovun, İntiqam İbrahimovun oxuduğu mahnılar, kollec tələbələrinin hazırladıqları tamaşa və rəqs nümunələri alqışlarla qarşılanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz