Sevindilər, sevindirdilər

Dekabr ayının 30-da İsmayıllı Rayon Uşaq Kitabxanasında məktəbəqədər təhsil müəssisələrinin fidanları üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə şənlik təşkil edilmişdi.
Sevindilər, sevindirdilərSevindilər, sevindirdilər
Dekabr ayının 30-da İsmayıllı Rayon Uşaq Kitabxanasında məktəbəqədər təhsil müəssisələrinin fidanları üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə şənlik təşkil edilmişdi.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov çıxış edərək balacaları bayramlar münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Tədbirdə şəhər 1, 2, 3 saylı, Təzəkənd, Quşencə, Talıstan uşaq bağçalarının hazırladıqları rəqslər, səhnəciklər alqışlarla qarşılanıb. Bayram şənliyinin keçirilməsini böyük sevinc hissi ilə qarşılayan balacaların çıxışları onları izləyənlər üçün unudulmaz dəqiqələrə çevrilib.
Sonda Şaxta baba uşaqlara bayram hədiyyələri təqdim edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz