Yeniliklərin tədrisə tətbiqi

Bu yaxınlarda İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında “Promethean” interaktiv lövhələrinin tədrisə tətbiqi mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb müəllimləri və Qəbələ rayonundan bir qrup müəllim iştirak edirdi.
“Promethean” interaktiv lövhələri və İKT üzrə təlimçi, Lahıc qəsəbə tam orta məktəbinin fizika-inormatika məllimi Rövşən Əliyev lövhədən istifadə, onun imkanları haqqında geniş məlumat verdi və öyrədilənlər bir neçə müəllim tərəfindən nümaiş etdirildi.

Yeniliklərin  tədrisə tətbiqi

“Promethean” interaktiv lövhələrinin tədrisə tətbiqi haqqında qısa məlumat:
Müasir dünyada klassik lövhə və təbaşiri elektron lövhə və elektron qələm əvəz edir.İnteraktiv lövhə dərsləri daha da rəngarəng, informativ və maraqlı qurmağa şərait yaradır. Lövhədə baş verən hadisələr sanki uşaqları ovsunlayır və şagird fikrini yayındırmır. Dərsdə interaktiv lövhədən istifadə şagirdin diqqətini cəlb etmək və onun yayınmasının qarşısını almaq üçün qiymətli bir vasitədir. Bu, xüsusilə, diqqəti yayınıq uşaqlarla iş zamanı daha əhəmiyyətlidir. İnteraktiv lövhə dərsin tempini artırmağa və bütün sinfin diqqətini dərsə cəlb etməyə imkan yaradır. Adi lövhədən fərqli olaraq bu lövhə ilə işləmə zamanı şagirdlər daha da diqqətli, öyrənməyə həvəsli olurlar. Adi lövhədən fərqli olaraq elektron lövhədə işləyərkən müəllimin daha geniş iş sahəsi və əvvəlki yazdıqlarına bir idarəedici düymənin köməyilə qayıtmaq imkanı var. Bu, vaxta qənaət etməyə və dərsi daha səmərəli qurmağa imkan yaradır. Həmçinin bu lövhə müəllimiin pedaqoji axtarışları üçün geniş diapazon açır. Adi lövhə ilə qurulan dərsdə şagird fəaliyyəti dərsin 15-20 faizini təşkil etdiyi halda, elektron lövhənin köməyilə qurulan dərslər bu vaxtın 75-80 faizə qədər yüksəlməsinə imkan yaradır.
Altay Ağayev,
RTŞ-nin əməkdaşı

Şərh Yaz