Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı

Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən çox vaxt insan itkisi ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Bu onu göstərir ki, sakinlər hələ də təbii qazdan, ümumiyyətlə, bütövlükdə qaz təsərrüfatından istifadə edərkən təhlükəsizlik qaydalarına tam əməl etmirlər.
Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması kimi hallara yol verirlər. Bütün bunları nəzərə alaraq qaz, qaz cihazları, qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların – müəssisə, təşkilat rəhbərlərinin və əhalinin nəzərinə çatdıraraq aşağıdakı qaydalara əməl olunmasını vacib hesab edirik.
Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalıQaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı

Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən çox vaxt insan itkisi ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Bu onu göstərir ki, sakinlər hələ də təbii qazdan, ümumiyyətlə, bütövlükdə qaz təsərrüfatından istifadə edərkən təhlükəsizlik qaydalarına tam əməl etmirlər.
Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması kimi hallara yol verirlər. Bütün bunları nəzərə alaraq qaz, qaz cihazları, qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların – müəssisə, təşkilat rəhbərlərinin və əhalinin nəzərinə çatdıraraq aşağıdakı qaydalara əməl olunmasını vacib hesab edirik.
Qaz təsərrüfatı: təhlükəsizlik qaydalarına nədən başlamalı?
Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi arzuolunmaz hallardan mühafizə olmaq üçün mülkiyyət formasından asılı olmayaraq hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara əməl etməsi zəruridir.
Qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarına tikinti və quraşdırma işlərindən başlamaq lazımdır. Təhlükəsizliyi təmin etmək üçün yaşayış binalarında yanğın təhlükəsizliyi ilə bağlı bütün qaydaların tələblərinə riayət olunmalıdır.
Qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edin!
Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı
– İstənilən satış mərkəzindən əldə edilən məişət cihazının müvafiq sənədləri ilə, o cümlədən texniki pasportu, uyğunluq sertifikatı və s. ilə tanış olmalı, onlardan istifadə qaydasını satışı həyata keçirən mağazanın nümayəndəsindən öyrənmək lazımdır.
– Qaz cihazlarının istər obyektdə, istərsə də evdə quraşdırılması mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməlidir.
-Təyinatından asılı olmayaraq obyektlərdə və yaşayış sahələrində standarta uyğun olmayan qaz cihazlarından istifadə etmək olmaz.
– Quraşdırılan hər bir məişət qaz qızdırıcısı tələb olunan standartlara cavab verməli, onların təhlükəsizlik qurğuları daima saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir.
Qazdan istifadə zamani təhlükəsizlik qaydalarının pozulması zəhərlənmə ilə nəticələnə bilər
Qazdan istifadə olunan yerlərdə havanın daimi hərəkəti olmadıqda yığılan dəm qazının xaric olması çətinləşir, bu isə zəhərlənmə və boğulma kimi təhlükəli hallar yaradır.
Dəm qazının məişətdəki əsas mənbələri nasaz, standarta uyğun olmayan qaz cihazlarıdır, işlək vəziyyətdə olmayan tüstü bacalarıdır.
Zəhərlənmə halları baş veribsə…
Qazın yanma məhsullarından zəhərlənmə və boğulma halları baş verdikdə ilk tibbi yardım göstərməyi hamı bacarmalıdır. Yadda saxlamaq lazımdır ki, qazın yanma məhsullarından zəhərlənmə və ya qazdan boğulma hallarında başgicəllənmə, ürək bulanması, qusma, dodaqların göyərməsi, huşun itirilməsi müşahidə olunur.

Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı

Zəhərlənmə zamanı:
– Zərərçəkən təmiz havaya çıxarılmalı, yaxası açılmalı, nəfəsalmanı çətinləşdirən bütün amillərdən azad edilməlidir;
– Dərhal təcili yardımdan həkim çağırılmalıdır;
– Zərər çəkənə naşatır spirti iylədilməli (naşatır spirti olmadıqda onu adi sirkə ilə də əvəz etmək olar), tünd çay və ya qəhvə içirilməlidir.
– Zərərçəkənin yuxulamasına imkan verilməməli, ayaqlarını isidib, bədəni yüngülcə sürtülməlidir.
Süni nəfəsi həyat əlaməti kəsildikdə və ya son anda vermək lazımdır. Süni nəfəsi ancaq yaxşı hazırlıqlı adamlar verə bilər.
Od almış adamı quru parçaya və ya geyim əşyasına bükməklə söndürmək lazımdır.
Müəssisə və təşkilatlarda, xüsusən də təhsil ocaqlarında, səhiyyə müəssisələrində, uşaq evlərində qaz cihazlarından istifadə edilməsi üçün mütləq məsul şəxslər ayrılmalı və onlar təlimatlandırılmalıdırlar.
Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki, bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.
Bir daha əhalinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin – bütün qaz istehlakçıların nəzərinə çatdırırıq ki, qazdan istifadə edərkən təhlükəsizlik qaydalarının bütün tələblərinə ciddi riayət edilməlidir.
FHN Dövlət Yanğın Nəzarəti Xidməti

Şərh Yaz