20 Yanvar –“ xalqımızın qan yaddaşı

1990-cı ilin qanlı 20 yanvar günü xalqın yaddaşından heç vaxt silinməyəcəkdir. O zaman ağır, bədheybət tanklar şəhərə girəndə heç kəs düşünməzdi ki, onlar dinc insanlara, evlərə, maşınlara atəş açarlar. Kinolarda görmüşdük buna bənzər mənzərələri. Hətta, yaralılara köməyə gələn həkimləri atəşə tutmaq heç faşistlərin ağlına belə gəlməzdi. Sovet ordusu bunu etdi, özü də ən müasir silahlarla.
Hər tərəfdən informasiya blokadasına alınmış Azərbaycanda nələrin baş verdiyini bilmək, öyrənmək mümkün deyildi. “Azadlıq” radiosu bu işdə az-çox köməyimizə çatırdı. Xalq öz haqq sözünü deməyə toplaşdığı üçün ordunun hücumuna məruz qalmışdı…
20 Yanvar –“ xalqımızın qan yaddaşı20 Yanvar –“ xalqımızın qan yaddaşı

20 Yanvar –“ xalqımızın qan yaddaşı

20 Yanvar –“ xalqımızın qan yaddaşı

20 Yanvar –“ xalqımızın qan yaddaşı

Redaksiyadan:
1990-cı ilin qanlı 20 yanvar günü xalqın yaddaşından heç vaxt silinməyəcəkdir. O zaman ağır, bədheybət tanklar şəhərə girəndə heç kəs düşünməzdi ki, onlar dinc insanlara, evlərə, maşınlara atəş açarlar. Kinolarda görmüşdük buna bənzər mənzərələri. Hətta, yaralılara köməyə gələn həkimləri atəşə tutmaq heç faşistlərin ağlına belə gəlməzdi. Sovet ordusu bunu etdi, özü də ən müasir silahlarla.
Hər tərəfdən informasiya blokadasına alınmış Azərbaycanda nələrin baş verdiyini bilmək, öyrənmək mümkün deyildi. “Azadlıq” radiosu bu işdə az-çox köməyimizə çatırdı. Xalq öz haqq sözünü deməyə toplaşdığı üçün ordunun hücumuna məruz qalmışdı…
O zaman rayonda çıxan “Zəhmətkeş” qəzetinin kiçik kollektivi bir-iki gündən sonra bu qanlı hadisələrə münasibət bildirmək məqsədilə xüsusi nömrə buraxmaq qərarına gəldi. Həmin qəzet işıq üzü gördü. Bu nömrənin buraxılmasının əleyhinə olanlar da vardı. Respublikada çıxan mötəbər qəzetlərdən birinin zona müxbiri kollektivi bu fikirdən çəkindirməyə də çalışdı. Həmin günlərdə “Səhər” qəzeti də bu mövzuda bir nömrə buraxmışdı. Digər qəzetlər çıxmamışdı.
“Zəhmətkeş” qəzetinin qanlı 20 yanvar gününə həsr edilmiş xüsusi nömrəsi oxucular tərəfindən böyük maraqla qarşılandı. Qəzetin bu tarixi nömrəsini jurnalist Bəybala Babayevin şəxsi arxivindən əldə etdik. Həmin materiallardan ikisinin bugünkü oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, dərc etməyi qərara aldıq (Qəzet 25 yanvar 1990-cı il tarixdə çıxmışdır).

Bu necə siyasətdir?

Bir neçə gündür ki, Azərbaycan matəm içərisindədir. Bakı şəhərində fövqəladə vəziyyətin icrası zamanı dinc əhaliyə görünməmiş bir vəhşiliklə divan tutulmuşdur. Bu vəhşiliyə qarşı respublikanın hər yerində etiraz nümayişləri və matəm mitinqləri keçirilir. Belə bir matəm mitinqi də yanvarın 22-də şəhərimizin mərkəzi meydanında keçirilmişdir. Minlərlə adamın iştirak etdiyi bu mitinqdə sonsuz kədər, göz yaşı, qəzəb və nifrət hakim idi. Г‡ıxış edənlər dinc əhaliyə qarşı bu cinayətin törədilməsində əli olanların xalqın mühakiməsinə verilməsini tələb edirdilər.
Məlumdur ki, bütün bu faciələr “Böyük Ermənistan” yaratmaq xülyası ilə ağlını itirmiş erməni mafiyasının uydurduğu “Qarabağ problemi” ilə əlaqədardır. Mərkəzi hakimiyyət orqanları isə bu uydurma problemin konstitusiya çərçivəsində birdəfəlik həll edilməsi üçün heç bir iş görmədi. Kölə psixologiyasından irəli gələn bir mütiliklə mərkəzin hər qərarına boyun əyən respublika rəhbərliyi də hadisələrdən baş çıxara bilmədi.
İki il əvvəl erməni mafiyasının agenti Aqanbekyan Parisdə daşnaklara verdiyi müsahibəsində deyəndə ki, “bir iqtisadçı kimi mənim Dağlıq Qarabağa aid bir sıra təkliflərim vardır və ümid edirəm ki, yenidənqurma şəraitində bunları həyata keçirmək mümkün olacaqdır” və Moskva onun bu bəyanatını sükutla qarşılayanda biz bunun fərqinə varmadıq. Biz ona da əhəmiyyət vermədik ki, Volski Aqanbekyanın “təkliflərini” həyata keçirmək üçün Dağlıq Qarabağa ezam olunur.
Hələ Qarabağ münaqişəsindən xeyli əvvəl baş vermiş hadisələri ardıcıllıqla izlədikdə belə məlum olur ki, sanki mərkəzi hakimiyyət erməni mafiyası qarşısındakı hansı öhdəliyini və ya hansı borcunusa sədaqətlə ödəyir. Bu siyasət ermənilərin səxavətlə yüksək vəzifələrə çəkilməsi ilə başlandı. Dağlıq Qarabağ barədə erməni millətçiləri üçün ümidverici eyhamlar verilməsi ilə davam etdi və Bakı qırğını ilə başa çatdı.
Rayonun mərkəzi meydanında keçirilən mitinqdə çıxış edənlər bütün bu hadisələrə münasibətlərini bildirirdilər. Г‡ıxışlardan birində deyilirdi: Azərbaycanın, xüsusən də Bakı və bakılıların SSRİ-nin boynunda elə bir haqqı-sayı vardı ki, onu heç nə ilə və heç bir vaxt ödəyib qurtarmaq olmaz. Lakin ikinci dünya müharibəsində Rusiyanın faşizm əsarətindən xilas edilməsində həlledici rol oynamış Bakı və bakılıların haqqını mərkəz özünəməxsus bir nankorluqla –“ şəhərin küçələrində axıdılan günahsız adamların qanı ilə ödədi.
Mitinqdə iştirak edən kommunistlərin bir çoxu Bakıda günahsız qanların axıdılmasına və mərkəzin millətləri bir-biri ilə salışdırmaq siyasətinə etiraz əlaməti olaraq partiya biletlərindən imtina etməklə Sov. İKP sıralarından çıxdıqlarını bildirmişlər.
Bəli, xalqa qarşı cinayət işlədilmişdir. Lakin onun inamını sarsıtmaq mümkün olmamışdır. Xalq öz respublikasının suverenliyini, öz torpağını, qeyrət və ləyaqətini qorumaq əzmi ilə daha sıx birləşmişdir.
Məmmədmirzə Rzayev,
25 yanvar 1990-cı il

Deputat sözü

Respublikamız, xalqımız üçün son dərəcə faciəli olan bu günlərdə hiddət və qəzəbimiz qat-qat artmışdır.
Bakıda faciə baş verib –“ deyiləsi və çəkiləsi dərd deyil. Hamımızın inandığımız, şəninə şeirlər, nəğmələr qoşduğumuz “şanlı” Sovet Ordusu respublikamızın paytaxtına qanlı divan tutub. Gözlər olsun görməsin, baxmaq mümkün deyil, al-əlvan qərənfillər altında asfalt görünmür: tökülən qanların üstünə hər yerdə qərənfil düzüb bakılılar. Bakı oğul itirib, ana, bacı, qardaş və ən dəhşətlisi də odur ki, uşaq itirib. Bakı qan ağlayır. Erməni çirkabına batmış, müqəddəs bildiyimiz “Pravda”qəzeti isə dünyaya yalan yayır, iftira yazır. Deyir, guya qadın, uşaq ölməyib. Deyir, 80-a qədər ölən var. Yalandı , ağ yalan. Ölən çoxdur, qadın da var, uşaq da. Bunu mən gözümlə görmüşəm.
Belə bir ağır gündə, yanvarın 21-də respublika radiosu xəbər yaydı ki, həmin axşam bütün respublika deputatları Bakıya Ali Sovetin binasına yığışsınlar. Növbədənkənar sessiya olacaq. Adam öz evində yersiz olarmış, özgə olarmış bunu da gördük, daha doğrusu, göstərdilər bizə. Sessiyaya necə çətinliklə gedib çıxdıq, bir Allah bildi, bir də özümüz. Doğma Bakımızı tanımadıq. Dağılmış, qana batmış, adamsızlaşmış tənha küçələr, tanklar, zirehli maşınlar, əli avtomatlı əsgərlər. Bu yerdə qarğışsız ötüşə bilmədim. Allah günahımdan keçsin. Sessiya axşam başladı və bütün gecəni davam etdi. Sessiya mühüm qərarlar qəbul etdi: Birincisi, qoşun hissələri təcili Bakını və Gəncəni tərk etməlidirlər. İkincisi, xalqın başına gətirilən bu fəlakət bütün dünyaya bildirilməli, bu faciənin törənməsinə bais olmuş sənədi imzalayan, bu işə fərman verən şəxs məsuliyyətə cəlb edilməli, bütün dünya qarşısında onun cavabdehliyi məsələsi qaldırılmalıdır.
Sessiyada çox məsələlərdən söhbət getdi. Yazıçı Anar təklif etdi ki, SSRİ Ali Sovetinin sessiyasına getməyək. Azərbaycan deputatları üçün ayrılmış yerlərə günahsız şəhidlərimizin şəkillərini düzək. Lakin yazıçı İsmayıl Şıxlı bu fikrə etiraz edərək bildirdi ki, sessiyaya getməliyik. Bizim mübarizəmiz hələ qabaqdadır. Biz Azərbaycanın suveren hüquqları uğrunda siyasi yolla mübarizəmizi davam etdirməliyik.
Deputatlarla söhbətlərimizdə özümüz də etiraf etdik ki, biz indiyə kimi sessiya və qurultaylarda həqiqətən passiv mövqe tutmuşuq. Xalqın bizi qınamağa haqqı var. Ancaq bizə deyirdilər ki, təmkinli olun, hər sözü danışmayın, belə olsa rəhbərə xoş gedər. Beləcə, bütün sessiya və qurultaylarda baş katibin ermənipərəst mövqeyini görə-görə susurduq. Rəhbərin “atalıq qayğısına” güvənirdik. Bu da o qayğının sonu. Partiyanın lideri Qorbaçovun bizə etdiyi “yaxşılıq”, “kömək” göz qabağındadır. Artıq sözə, şərhə ehtiyac yoxdur. Mən bu gün rayonda keçirilən matəm mitinqində neçə illərdən bəri iftixarla gəzdirdiyim partiya biletini təhvil verdim. Mən o, biletdən ona görə imtina etdim, ona görə onu Qorbaçova göndərdim ki, bu günahsız qanlar, bu nahaq qurbanlar o partiyanın göstərişi ilə edilib.
Fürsətdən istifadə edib bütün analara müraciət edirəm: Gəlin, övladlarımızı qoruyaq, onların ordu ilə üzbəüz durmasına yol verməyək. Mübarizəmizi dinc yolla –“ siyasi yolla davam etdirək.
Ruhi Ələsgərova,
SSRİ xalq deputatı,
25 yanvar 1990-cı il

32 güllənin qurbanı

Əslən rayonumuzun Aşıqbayramlı kəndindən olan Rövşən Rüstəmov Bakı şəhərində yaşayırdı. Ən xeyirxah, ən gərəkli bir işin sahibi idi-tikintidə işləyirdi, ev tikirdi. 20 yanvar 1990-cı ilə qədər Allahın qismət etdiyi yolla gedirdi, öz həyatını yaşayırdı, səmimi ailəsində 3 övlad böyüdürdü – bir oğlan, 2 qız. Qorbaçovun ev yıxanları, xarabalıq sevənləri, insan azadlığına qənim kəsilənləri Azərbaycana hücum edənədək Rövşənin, ailəsinin həyatı arzuladığı səviyyədə davam edirdi. Şükr edirdi Allahına ki, onun qismətinə Ziyafət kimi bir xanım çıxarıb. Rövşən Rüstəmovun həyatı, ailəsinin firavanlığı 20 yanvar 1990-cı ilədək davam etdi. Hər şey 20 yanvar gecəsi məhv oldu.
Vətəninə vurğun, xalqına məhəbbətlə dolu ürəyi olan, hadisələrdən narahatlıq keçirən Rövşən yalın əllə soydaşları ilə birgə Bakını müdafiəyə qalxmışdı. Keçmiş Əzizbəyov dairəsində barrikada qurmuşdular. Barrikadalar bütün texnikası və müdafiəçiləri ilə birgə rüs tankları altında əzildi, məhv edildi. Rövşən Rüstəmova 32 güllə vurulmuşdu. Vurğunu güclü gəlmiş Qorbaçovçular bütün Azərbaycanı hədəf seçmişdilər. Müvəqqəti də olsa, xainlər, milli düşmənlər erməni çalğısına oynayanlar qələbə çalsa da, birliyimiz daha da möhkəmləndi, qüdrətimiz artdı, azadlıq və müstəqilliyimizi əldə etdik.
Son mənzili “Şəhidlər xiyabanı” olan Rövşən Rüstəmovun məzarını həmişə ziyarət edirik. Övladları haqlı olaraq ataları ilə öyünür, fəxr edirlər.
Nazim Həmidov,
RİH başçısının Aşıqbayramlı İƏD üzrə nümayəndəsi

Şamil Babayev də 20 Yanvar faciəsinin qurbanı olub

Qubaxəlilli kəndi, oradakı təsərrüfat müstəqillik dövrümüzədək sovetlər zamanının inkişaf səviyyəsini özündə əks etdirirdi. Kənd plan əsasında salınmışdı, taxılçılıq yüksək nəticələr verirdi. Məktəb nümunəvi fəaliyyəti ilə seçilirdi. Qubaxəlilli orta məktəbinin məzunlarından biri-1952-ci ildə anadan olmuş Şamil Babayev vətənini, elini-obasını sevərək böyümüşdü, təhsil almışdı, həyatda öz yerini tapmışdı.
O, 1969-cu ildə Yüngül Sənaye Texnikumuna daxil olmuş, təhsilini başa çatdırdıqdan sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə işləmiş, 1975-ci ildə ailə qurmuşdu. İşlədiyi kollektivdə, qonşuluqda, qohumluqda həmişə ən yaxşı insani keyfiyyətləri ilə seçilmişdi. Səttarxan adına zavodda işləyərkən kütləvi tədbirlərdə xüsusilə fəallıq göstərmiş, yüksək əmək nailiyyətləri ilə diqqəti cəlb etmişdi.
Qorbaçov güruhu 1990-ci il 20 yanvarda xaincəsinə ən müasir silahlarla təchiz olunmuş qanlı ordusunu ölkəmizə yeritmiş, silahsız insanlara qarşı qətliam törətmiş, öz şərəfsiz tərcümeyi halına 20 yanvar faciəsini yazmışdır. Birlik, vəhdət, yekdillik, əsl vətənpərvərlik nümayiş etdirən Azərbaycan xalqının mərd oğulları tariximizi yeni bir səhifə ilə şərəfləndirmişlər. Şamil Babayev də 1990-cı il 20 yanvar faciəsində yaralanmış, 2002-ci ilədək yaralarla mübarizə apararaq yaşamış, həmin ilin dekabr ayında dünyasını dəyişmişdir. Ölümündən sonra Ş.Babayevə şəhidlik statusu verilmişdir. Onun 2 övladı və 5 nəvəsi fəxr edir ki, belə ataları-babaları olmuşdur. Kəndimiz də fəxr edir ki, belə bir vətənpərvər oğul böyüdüb.
Yaşar Calalov
RİH başçısının Qubaxəlilli İƏD üzrə nümayəndəsi

Tələbəliyim vətənimiz üçün faciəvi illərə düşüb

1968-ci ildə Güyüm kəndində anadan olmuşam. Vaxtilə buradakı kükürdlü su vasitəsilə çoxları şəfa tapıb. Mən isə 25 ildir yaralarıma əlac edə bilmirəm. Zaman-zaman qövr edir onlar.
Nə vaxt, niyə yaralanmışam?
Tələbəliyim Azərbaycanın ən ağır, ən ağrılı, keşməkeşli illərinə düşüb.
1988-ci ildən başlayaraq tarixi düşmənimiz olan ermənilər vətənimizi, torpağımızı parçalamaq, Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək iddiasına düşmüşdülər. Qorbaçov başda olmaqla sovet rəhbərliyi bütünlüklə ermənilərin sözünü deyir, bu xəyanətkarlara dəstək dururdu. Ölkəmizə rəhbərlik edənlərin fərsizliyindən separatçılıq meylləri dərinləşirdi. Özbaşınalıq baş alıb gedirdi. 70 illik əsarətdən Azərbaycanın xilas olmasının əleyhdarı olan SSRİ rəhbərliyi ara-sıra hərbi qüvvələri də işə salırdı. Ötən iki il müddətində xalqımızın səbir kasası dolmuşdu. Əsarət zəncirlərini qırmaq, torpaqlarını müdafiə etmək üçün ayağa qalxmışdı. 1990-cı il yanvar ayının 15-dən başlayaraq fasiləsiz mitinqlər gedirdi, barrikadalar qurulmuşdu. Yanvar ayının 19-u idi. Yataxanada imtahanlara hazırlaşırdıq. Xəbər tutduq ki, bu gecə Bakıya ordu yeridiləcək. Əlbəttə, bu ağır xəbərdən sonra yataqxanada qala bilməzdik. Xırdalan dairəsinə gəldik. Oradan da yoldaşlarımızla Biləcəri qəsəbəsinə – ordunun şəhərə daxil olduğu yerə gəldik. Əliyalın əhali yollara dolur, hərbi texnikanın, piyadaların yolunu kəsmək istəyirdi. Bu anda Bakının işıqları söndü. Ancaq atılan güllələrin, mərmilərin işığı gəlirdi. İnilti səsləri eşidilirdi. Bu səsləri eşidəndə özüm də o hala düşdüm, yaralandım. Gözümü xəstəxanada açdım və ətrafda çoxlu xəstə gördüm. Bir gün sonra əməliyyat olundum, qıçımdakı gülləni çıxartdılar.
20 Yanvar əliliyəm. Şükr edirəm Allaha ki, yaşayıram. Vətənimin bu növrağını görürəm. Qarabağın azad olunmasını və torpaqlarımızın bütövləşməsini də İnşallah görəcəyəm.
Allah şəhidlərimizə rəhmət eləsin!
Vətən sağ olsun!
Əlizadə Səmədov,
Güyüm kəndi

20 Yanvar –“ xalqımızın qan yaddaşı

20 Yanvar –“ xalqımızın qan yaddaşı

20 Yanvar –“ xalqımızın qan yaddaşı

20 Yanvar –“ xalqımızın qan yaddaşı

Şərh Yaz