Heydər Əliyev dühası

9 dekabr 2014-cü il tarixdə İsmayıllı Rayon Mərkəzi Kitabxana Sistemində dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev dühası sönməzdir” adlı tədbir keçirilib. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev dühasıHeydər Əliyev dühası

9 dekabr 2014-cü il tarixdə İsmayıllı Rayon Mərkəzi Kitabxana Sistemində dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev dühası sönməzdir” adlı tədbir keçirilib. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev dühası

İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov ümummilli liderin həyat və fəaliyyətindən geniş söz açıb. O bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı, xalqın adət-ənənələrinin zənginləşdirilməsi sahəsində misilsiz işlər görüb.
İsmayıllı MKS-nin direktoru Ələddin Ələkbərov, Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin direktoru Təhmuraz Bayramov, “Tərəqqi” medallı müğənni Sahibə Abdullayeva çıxış edərək ölməz şəxsiyyətin mədəniyyət və incəsənət xadimlərinə, onların yaradıcılığına verdiyi qiymətdən söhbət açıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz