Vətən eşqi, mənəvi birlik, həmrəylik

Hər bir xalqın milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi şərəfli və çətin bir missiya onun taleyində müstəsna rol oynamış tarixi şəxsiyyətlərin əməlləri ilə bağlıdır. Həmişə ülvi məqsədlər uğrunda mübarizənin önündə dayanan belə insanlar əlverişli siyasi məqamdan böyük məharətlə bəhrələnərək, xalqın düşüncə tərzini, mental xüsusiyyətlərini istənilən şəraitdə hifz edərək gələcəyə doğru inamla daşımışlar. Г‡ağdaş tariximizdə belə bir missiyanı ulu öndər Heydər Əliyev müvəffəqiyyətlə yerinə yetirmişdi.
Vətən eşqi,   mənəvi birlik, həmrəylikVətən eşqi, mənəvi birlik, həmrəylik

Hər bir xalqın milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi şərəfli və çətin bir missiya onun taleyində müstəsna rol oynamış tarixi şəxsiyyətlərin əməlləri ilə bağlıdır. Həmişə ülvi məqsədlər uğrunda mübarizənin önündə dayanan belə insanlar əlverişli siyasi məqamdan böyük məharətlə bəhrələnərək, xalqın düşüncə tərzini, mental xüsusiyyətlərini istənilən şəraitdə hifz edərək gələcəyə doğru inamla daşımışlar. Г‡ağdaş tariximizdə belə bir missiyanı ulu öndər Heydər Əliyev müvəffəqiyyətlə yerinə yetirmişdi.
XX əsrin sonlarında dünyada cərəyan edən mürəkkəb proseslər fonunda Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli duyğuları, özünüdərk hisslərini daha da gücləndirən məqsədyönlü addımlar məhz ulu öndərin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Bu dövrdə Heydər Əliyev çətin günlər yaşayan Naxçıvana mənəvi dayaq olmaqla yanaşı, bütün dünya azərbaycanlılarını vahid platformada birləşdirə biləcək azərbaycançılıq ideyasının gerçəkləşməsində mühüm bir addım atdı.
1991-ci il dekabrın 16-da Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul etdi. Qərarda deyilirdi:
“Uzun əsrlik tarixə malik olan Azərbaycan türkləri öz inkişafının müxtəlif mərhələlərində dəfələrlə xarici istilaya məruz qalmış, onun ərazisi zəbt edilmiş və parçalanmış, dövlət müstəqilliyi və istiqlaliyyəti əlindən alınmışdır. Lakin dəfələrlə tarixi ədalətsizliyə məruz qalsa da, iqtisadi, siyasi və mədəni bütövlüyü, milli dövlət qurumu ləğv edilsə də, Azərbaycan türkləri müstəqillik və bütövlük yolunda mübarizəsini dayandırmamış, iyirminci yüzilliyin əvvəllərində yaranmış mürəkkəb tarixi şəraitdə öz müstəqilliyini bərpa etmək yolunda mühüm addımlar atmışlar. Azərbaycan türkləri 1918-ci il mayın 28-də dövlət müstəqilliyi qazanaraq öz tarixi ərazisində milli dövlət qurumunu –“ Azərbaycan Demokratik Cümhuriyyətini təşkil etdilər. Г‡ox keçmədən Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü yeni təcavüzə –“ bolşevik Rusiyasının silahlı müdaxiləsinə məruz qaldı–¦
Sovet imperiyası tərkibinə qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilmiş, Azərbaycan türkləri təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmışlar. Dünya türklərinin və o cümlədən Sovetlər İttifaqında yaşayan türklərin arasında əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərilmişdi. Bu siyasətin təzahürü kimi qanunsuz çəkilən sərhəd çəpərləri Azərbaycan türklərini ikiyə parçaladı. Bütün bunlara baxmayaraq, Azərbaycan türkləri milli dövlət quruculuğu, milli və mənəvi bütövlük, müstəqillik uğrunda mübarizəni davam etdirmişlər”.
Ali Məclisin qərarında “Sərhəd hərəkatı” milli birlik və həmrəylik yolunda atılan mühüm addım kimi dəyərləndirilir, sərhədlərin söküldüyü 31 dekabr günü Naxçıvan ərazisində Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü elan olunurdu. Bu günün bütün Azərbaycanda rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında respublika Ali Sovetinə təklif verilirdi.
XX əsrin sonunda soydaşlarımızın müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyası məhz Ulu öndərin şərəfli adı ilə bağlıdır. Bu məsələdə xüsusi həssaslıq nümayiş etdirərək azərbaycançılıq ideyasının reallaşması istiqamətində ilk addımı da Heydər Əliyev atmışdır. Onun təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olsa da, təəssüf ki, müstəqilliyimizin ilk illərində dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi ilə bağlı dövlət siyasəti yürüdülmədi.
Ulu öndərin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, müstəqil Azərbaycan dünyanın ayrı-ayrı bölgələrində məskunlaşmış soydaşlarımız üçün mənəvi dayaq və güvənc yeri oldu. Məhz buna görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli liderin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri hesab olunur.
Heç də təsadüfi deyil ki, bu məsələnin ölkəmiz və müxtəlif ölkələrdə yaşayan soydaşlarımız üçün əhəmiyyətini nəzərə alan Heydər Əliyev xaricdəki soydaşlarımızın təşkilatlanması məsələlərini daim diqqət mərkəzində saxlayırdı. Ümummilli liderin təşəbbüsü ilə 2001-ci il noyabrın 9–“10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayı milli həmrəyliyimizin əzəmətli nümayişi oldu. Qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi üçün şərait yaratdı. I qurultaydan sonra diaspor təşkilatlarının işində canlanma yarandı, soydaşlarımızın birləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar.

Vətən eşqi,   mənəvi birlik, həmrəylik

Diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək məqsədi ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Milli Məclis isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul etdi. Dövlət komitəsinin yaradılması və qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin genişləndirilməsini təmin etdi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yeni stimul verdi.
Heydər Əliyev milli düşüncəni düzgün məcraya yönəldərək xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorudu, azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə və mənəvi birliyinə nail oldu.
Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda deyilir: “Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir”.
Ulu öndərin milli birlik və azərbaycançılıq ideyaları bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirməklə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır.
Prezident İlham Əliyev Azərbaycan diasporunun fəaliyyətini keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmaq üçün yeni-yeni addımlar atır. Diaspor quruculuğunu önəmli hesab edən Azərbaycan Prezidenti bu işi xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi dəyərləndirir, bu fəaliyyətin daha da gücləndirilməsi vacibliyini vurğulayır:
“Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Buna görə də bu gün bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mənəvi dəyərlərimizin qorunması, Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm”.
Cənab Prezidentin iştirakı ilə Dünya azərbaycanlılarının qurultaylarının mütəmadi keçirilməsi diaspor quruculuğu sahəsinə ölkə başçısı tərəfindən böyük diqqətin bariz nümunəsi oldu. Sonuncu qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edildi, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsi, azərbaycanlı və türk icmalarının birgə fəaliyyət imkanlarının araşdırılması məsələləri önə çəkildi.
Qədirbilən xalqımız ulu öndərin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hər il öz mədəniyyətinə, ənənəsinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır.
Turxan Seyid

Şərh Yaz