Yaradıcılıq tədbiri

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində dekabr ayı “Yaradıcılıq ayı” elan edilib.
Bu münasibətlə 6 dekabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasında kollec tələbələrinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Yaradıcılıq tədbiriYaradıcılıq tədbiri

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində dekabr ayı “Yaradıcılıq ayı” elan edilib.
Bu münasibətlə 6 dekabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasında kollec tələbələrinin əl işlərindən ibarət sərgi təşkil edilib.
Kollecin direktor əvəzi Sevda Qasımova çıxış edərək bildirib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Kollecin uğurlarından da söz açan S.Qasımova Rayon İcra Hakimiyyətinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Yaradıcılıq tədbiri

RİH başçısının müavini Sevil Əhmədova keçirilən tədbirin gənclər üçün əhəmiyyətindən danışıb, kollecə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
RİH başçısının birinci müavini Rövşən Ağayev gənclərin hazırladıqları əl işlərini yüksək qiymətləndirib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov kollec tələbələrinin rayonun gənclik həyatında fəal iştirakından danışıb.
Yekunda bu cür tədbirlərin davamlı olacağı bildirilib.
Г‡.Bəhərçinli

Şərh Yaz