İsmayıllı rayonu –“ son statistika

2014-cü ilin sentyabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yenidən rayonumuza səfər etmiş və ötən dövr ərzində görülən işlərə yüksək qiymət vermişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı xətti ilə həyata keçirilən abadlıq-quruculuq işləri İsmayıllı rayonunun simasını tamamilə yeniləşdirib. Rayonda inkişaf son dövrlər daha sürətlə gedir, iqtisadiyyat artır, mövcud imkanlardan səmərəli istifadə olunur. Görülən işlər insanların ürəyincə olduğuna görə əhval-ruhiyyə də yüksəkdir.
İsmayıllı rayonu –“ son statistika

İsmayıllı rayonu 24 noyabr 1931-ci ildə yaradılmışdır.
Ərazisi 2074 kvadrat kilometrdir.
1 şəhər, 2 qəsəbə, 105 kənd yaşayış məntəqəsi vardır.
İnzibati ərazi dairələri 37, bələdiyyələrin sayı 34-dür.

İsmayıllı rayonunun 2013-cü il və 214-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 avqust 2013-cü il tarixində İsmayıllı rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşü zamanı demişdir: “Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir. Rayon inkişafdadır, böyük dəyişikliklər vardır. Əminəm ki, rayon bundan sonra bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır”.
Bu sözlərdən ruhlanan idarə, müəssisə, təşkilatlar və İsmayıllı əhalisi böyük əzmlə çalışmışlar. Bu, fədakarlığın nəticəsidir ki, 2013-cü ilin və 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarının nəticələri yüksək artan templə inkişaf etmiş, əhalimizin maddi rifahı dəfələrlə yaxşılaşmışdır.

Rayonun demoqrafik göstəriciləri:

01 yanvar 2014-cü il tarixinə 01 oktyabr 2014-cü il tarixinə
Daimi əhalinin sayı –“ 83,1 min nəfər Daimi əhalinin sayı –“ 83,8 min nəfər
Kənd əhalisi –“ 56,2 min nəfər və ya 67,6 % Kənd əhalisi 56,7 min nəfər və ya 67,6 %
Şəhər və qəsəbə əhalisi 26,9 min nəfər və ya 32,4% Şəhər və qəsəbə əhalisi 27,1 min nəfər və ya 32,4%
Məcburi köçkünlərin sayı –“ 864 vahid Məcburi köçkünlərin sayı –“ 866
Məcburi köçkün insanların sayı –“ 3470 nəfər Məcburi köçkün insanların sayı –“ 3467
Əhalinin əsas tərkibi azərbaycanlılardan ibarətdir (86,3%) Əhalinin əsas tərkibi azərbaycanlılardan ibarətdir
(86,3%)
Ləzgilər 10,2%, ruslar 2,6 % təşkil edir. Qalanları kürdlər, yəhudilər, ukraynalılar və digər millətlərin nümayəndələri. Ləzgilər 10,2%, ruslar 2,6 % təşkil edir. Qalanları kürdlər, yəhudilər, ukraynalılar və digər millətlərin nümayəndələri.

ƏSAS MAKRO-İQTİSADİ GÖSTƏRİCİLƏR

ÜMUMİ MƏHSUL BURAXILIŞI

2013-2012-ci illər üzrə
Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi 2013-cü ildə faktiki qiymətlərlə 169,5 milyon manat, müqayisəli qiymətlərlə isə 165,8 milyon manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə faktiki qiymətlərlə 2039,5 manata, müqayisəli qiymətlərlə isə 1994,5 manata çatmışdır. 2012-ci illə müqayisədə bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 365,6 manat və ya 22,4 faiz artmışdır. Məhsul və xidmətlərin 77,4 faizi və ya 128,4 milyon manatı istehsal sahələrinin, 22,6 faizi və ya 37,4 milyon manatı isə xidmət sahələrinin payına düşür.
2013-cü ildə rayonda sabit qiymətlərlə kənd təsərrüfatı və balıqçılıq sahəsində 68,4 milyon manatlıq və ya ümumi məhsulun 41,3 faizi qədər, sənayedə 3,3 milyon manatlıq (müvafiq olaraq 2,0 faiz) məhsul istehsal edilmiş, tikintidə 56,6 milyon manatlıq (34,2 faiz) iş görülmüş, rabitədə 0,7 milyon manatlıq (0,4 faiz), nəqliyyatda 2,7 milyon manatlıq (1,6 faiz), ticarət və xidmət sahəsində 34,1 milyon manatlıq (20,5 faiz) xidmət göstərilmişdir.
Keçən illə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 9,3 faiz , sənaye məhsulunun həcmi 7,1 faiz, tikinti işi 66,9 faiz , rabitə 11,4 faiz , nəqliyyat 4,9 faiz, ticarət isə 8,5 faiz çox olmuşdur.
Ümumi məhsul buraxılışının sahələr üzrə bölgüsü aşağıdakı kimidir:

İsmayıllı rayonu üzrə ümumi məhsul buraxılışının həcmi:
(müqayisəli qiymətlərlə)
İqtisadiyyatın sahələri 2013-cü il
(min manat) 2012-ci il
(min manat) 2012-ci il
2013-cü ilə
nisbətən
(faizlə)
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 68405.7 62600.9 109.3
Sənaye
3345.3 3123.5 107.1
Tikinti-quraşdırma işləri 56623.4 33922.4 166.9
Nəqliyyat və anbar təsərrüfatı 2688.0 2562.4 104.9
İnformasiya və rabitə 700.1 628.5 111.4
Ticarət xidmətləri 34000.4 31342.8 108.5

Yekun 165762.9 134180.5 123.5

Ümumi məhsul buraxılışı (2013-2012-ci illər üzrə)
2014-cü ilin 9 ayında.
Rayon üzrə ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2014-cü ilin yanvar-sentyabr aylarında müqayisəli qiymətlərlə 122,5 milyon manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 1461,9 manata çatmışdır. Məhsul və xidmətlərin 70,6 faizi istehsal sahələrinin, 29,4 faizi isə xidmət sahələrinin payına düşür.
Hesabat dövründə kənd təsərrüfatı və balıqçılıq sahəsində 63,0 milyon manatlıq və ya ümumi məhsulun 51,5 faizi qədər, sənayedə 2,6 milyon manatlıq (müvafiq olaraq 2,1 faiz), məhsul istehsal edilmiş, tikinti 20,9 milyon manatlıq (17,1 faiz), iş aparılmış, rabitədə 0,6 milyon manatlıq (0,4 faiz), nəqliyyatda 2,1 milyon manatlıq (1,7 faiz), ticarət və xidmət sahəsində 33,4 milyon manatlıq (27,2 faiz) xidmət göstərilmişdir.
Keçən illə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 3,1 faiz, sənaye məhsulunun həcmi 2,5 faiz , rabitədə 11,3 faiz, nəqliyyatda 3,7 faiz, ticarətdə isə 37,3 faiz çox olmuşdur.
Kənd təsərrüfatı istehsalı
2013-2012-ci illər üzrə
Tarixən aqrar rayon kimi tanınan İsmayıllı 2013-cü ildə kənd təsərrüfatı məhsulları istehsalında yüksək nəticələr qazanmışdır. Bu dövrdə kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2012-ci ilə görə müqayisəli qiymətlərlə 9,3 faiz artmışdır. 2013-cü ildə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının 51,1 faizi və ya 36,3 milyon manatı bitkiçilikdən, 48,9 faizi və ya 34,7 milyon manatı heyvandarlıqdan qazanılmışdır. Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 71,0 milyon manat təşkil etmişdir. 2012-ci illə müqayisədə bitkiçilikdə 21,0 faiz, heyvandarlıqda isə 6,5 faiz artım əldə olunmuşdur.
Kənd təsərrüfatı məhsulunun ümumi həcmi (2013-2012-ci illər)
(milyon manatla)

Bitkiçilik və heyvandarlıqda məhsulun həcmi (2012-2013-cü illər)
(milyon manatla)

2014-cü ilin 9 ayında
2014-cü ilin 9 ayında da kənd təsərrüfatının inkişafı artan templə davam etmiş, bu dövrdə keçən ilin 9 ayı ilə müqayisədə 3,1 faiz çox məhsul istehsal olunmuşdur. Ümumilikdə, kənd təsərrüfatı məhsulunun 36,8 milyon manatı (58,0 faiz) bitkiçilikdən, 26,7 milyon manatı (42,0 faiz) heyvandarlıq sahəsindən əldə edilmişdir. 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə hesabat dövründə bitkiçilikdə 4,4 faiz, heyvandarlıqda 3,1 faiz artım əldə olunmuşdur.

BİTKİГ‡İLİK

2013-2012-ci illər üzrə
Dənli və dənli paxlalıların istehsalı 2013-cü ildə 80894 tona çatdırılmışdır. Bu da 2012 –“ci illə müqayisədə 23,4 faiz çoxdur.
Hesabat ilində 62938 ton buğda (2012-ci ildə 52986 ton), 15091 ton arpa (2012-ci ildə 11164 ton), dən üçün 786 ton qarğıdalı (2012-ci ildə 435 ton), 2079 ton paxlalılar (2012-ci ildə 965 ton ), 505 ton dən üçün günəbaxan(2012-ci ildə 390 ton) istehsal olunmuşdur.
Kartof, tərəvəz, meyvə istehsalında da artım əldə edilmişdir. Kənd təsərrüfatı istehsalının bütün sahələrində irəliləyiş olmuşdur.
Hesabat ilində bar verən üzümlüklər 44 hektar artaraq 802 hektara çatmışdır. Hər hektarın məhsuldarlığı da artmışdır. Bu səbəbdən də 2013-cü ildə 5320 ton, yəni 2012-ci ilə nisbətən 1096 ton çox üzüm istehsal edilərək, emal müəssisələrinə təhvil verilmişdir.
2014-cü il oktyabrın 01 tarixinə 29752 hektar dənli və dənli paxlalı bitkilər əkilmiş sahələrin məhsulu yığılmış və 83620 ton məhsul toplanmışdır. Keçən ilin eyni dövründə bu göstərici 80478 ton olmuşdur. Rayon üzrə hər hektarın orta məhsuldarlığı 28,1 sentner (keçən il 27,1 sentner) olmuşdur. Buğda istehsalında 29,1 sentner məhsuldarlıq əldə olunmuşdur.
Üzüm bağlarından 2014-cü ilin 9 ayında 1474 ton məhsul toplanmışdır ki, bu da əvvəlki ilin eyni dövründəkindən 467 ton çoxdur. Üzüm istehsalının məhsuldarlığı keçən ilin 9 ayı ilə müqayisədə 5,8 faiz artaraq 18,4 sentnerə çatmışdır.
Heyvandarlığın vəziyyəti heyvandarlıq məhsulları istehsalı
2013-2012-ci illər üzrə
2013-cü ildə 2012-ci ilə nisbətən heyvanların baş sayında və heyvandarlıq məhsulları istehsalında da artım var.
İri buynuzlu mal-qara – 100,3%
İnək və camışlar -100,4%
Qoyun-keçilər – 100,3%
Quşlar -100,2%
Arı ailəsi – 107,6%
Diri çəkidə 5217 ton ət, 34066 ton süd, 8,9 milyon ədəd yumurta, 388 ton yun istehsal olunmuşdur. Bu sahənin göstəriciləri 2012-ci illə müqayisədə xeyli yüksəkdir.
2014-cü ilin 9 ayında
2014-cü ilin 9 ayında da bu göstəricilər artan templə davam etmişdir. Belə ki, heyvanların baş sayı 2013-cü ilin eyni dövrü ilə müqayisədə artaraq iri buynuzlu mal-qarada –“ 51348 başa, xırda davarlarda isə 178431 başa çatmışdır. Hesabat ilinin doqquz ayında 3899 ton diri çəkidə ət, 25613 ton süd, 7,3 milyon ədəd yumurta, 390 ton yun istehsal olunmuşdur ki, bu da ötən illə müqayisədə artım deməkdir.

Heyvandarlıq məhsullarının istehsalı Ölçü vahidi 2014-cü ilin
9 ayı 2013-cü ilin
9 ayı
Ət istehsalı (diri çəkidə) Ton 3899 3892
Süd Ton 25613 25609
Yumurta Min ədəd 7318 7313
Yun Ton 390 388

Sənayenin əsas göstəriciləri
2013-2012-ci illər üzrə
2013-cü ildə rayon ərazisində 8 sənaye müəssisəsi fəaliyyət göstərmişdir.
Yeni texnologiyaların tətbiqi, işə yeni yanaşmanın nəticəsidir ki, məhsul buraxılışı müqayisəli qiymətlərlə 7,1 faiz artmış, 2012-ci ildəki 3,1 milyon manatdan 2013-cü ildəki 3,3 milyon manata çatmışdır. Sənaye məhsulunun həcminin 37,9 faizi (1,5 milyon manatı )emal sənayesində, 46,9 faizi (1,8 milyon manatı) elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatında, 14,2 faizi (0,5 milyon manat) su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində yaranmışdır.
Emal sənayesindəki artımın 3,6 dəfə olması, içki istehsalının 5,5 dəfə artması üzümçülüyün inkişafına elmi yanaşmanın, marketinqin səmərəliyinin yüksəldilməsinin nəticəsi kimi qiymətləndirilməlidir.
2013-cü illə müqayisədə istehlakçılara ötürülmüş elektrik enerjisi natura ifadəsində 4,1 faiz azalmış, təbii qaz yanacağı isə 2,2 faiz artmışdır. Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması işinin sürətləndirilməsi obyektiv zərurətə çevrilmişdir.
2014-cü ilin 9 ayında
2014-cü ilin yanvar-sentyabr aylarında bütövlükdə sənaye sahəsində müvafiq ilin faktiki qiymətləri ilə 2793,2 min manatlıq məhsul istehsal edilmişdir. Bu göstərici əvvəlki ilin müvafiq dövründəkindən 302,9 min manat çoxdur. Sabit qiymətlərlə bu göstərici keçən ilə nisbətən 102,5 faiz təşkil edir.
Bu göstərici sənayenin emal sahəsində 744,4 min manat təşkil etmişdir.
Hesabat ilinin yanvar-sentyabr aylarında mədən sənayesində 30,0 min manatlıq məhsul istehsal edilmişdir.
Sənayenin digər sahəsi olan elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində iş və xidmətlərin dəyəri ötən ildən 353,4 min manat artaraq 1567,1 min manat təşkil etmişdir.
Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahəsində 451,7 min manatlıq, yəni əvvəlki ilin müvafiq dövründən 59,1 min manatlıq çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Rayonda sənaye məhsulu istehsalında dövlət mülkiyyəti xüsusi mülkiyyəti qabaqlamışdır. 2014-cü ilin hesabat dövrü ərzində xüsusi mülkiyyət bölməsi üzrə 774,4 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 88,1 faiz təşkil edir. Dövlət mülkiyyəti üzrə məhsul istehsalı və xidmətlər göstərilməsinin həcmi isə 2018,8 min manat, yəni əvvəlki ilin müvafiq dövründən 407,2 min manat çox olmuşdur.
Tikintinin əsas göstəriciləri
2013-2012-ci illər üzrə
2013-cü ildə rayonda tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi 56,6 milyon manat təşkil etmişdir. 2012-ci illə müqayisədə bu göstərici 22,7 milyon manat çoxdur. 2013-cü ildə əsas kapitala 38,3 milyon manat investisiya yönəldilmişdir. 2012-ci ilin rəqəmləri ilə müqayisə etsək bu, 2,3 dəfə artım deməkdir. Bu investisiyanın 36,8 milyon manatı tikinti-quraşdırma işlərinə qoyulmuşdur. 2012-ci ilə nisbətən bu istiqamətdə artım 2,4 dəfədir. 2013-cü ilin yanvar-dekabr aylarında rayonda 19,8 milyon manat həcmində əsas fondlar istifadəyə verilmişdir ki, bu da 2012-ci ildəkindən 16,4 milyon manat çoxdur.
Yaşayış evlərinin tikintisinə diqqət artmışdır. Belə ki, 2013-cü ildə 2012-ci ildəkindən 10,5 dəfə çox, 12 min 556 kvadratmetr sahəsi olan mənzil tikilmişdir. Fərdi yaşayış evlərinin tikintisində süni maneələr tamamilə aradan qaldırılmışdır. Nəticədə, 10 min 106 kvadratmetr, başqa sözlə, əvvəlki illə müqayisədə 8,5 dəfə çox fərdi ev inşa olunmuşdur.
2014-cü ilin 9 ayında
2014-cü ilin 9 ayında tikinti müəssisələri öz gücləri ilə 20419,0 min manat həcmində tikinti işləri yerinə yetirmişlər. Yerinə yetirilmiş tikinti işlərinin 67,0 faizini və ya 13683,9 min manatını yeni tikinti, yenidənqurma və genişləndirmə işləri, 18,2 faizini və ya 3716,5 min manatını əsaslı təmir, 7,8 faizini və ya 1590,5 min manatını cari təmir, 7,0 faizini və ya 1428,1 min manatını isə sair tikinti işləri təşkil etmişdir.
Dövlət mülkiyyətli tikinti müəssisələri öz gücləri ilə 999,3 min manat həcmində tikinti işləri, qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri isə öz gücləri ilə 19419,7 min manat həcmində tikinti işləri yerinə yetirib.
Yerinə yetirilmiş tikinti işlərinin ümumi həcmində dövlət mülkiyyətində xüsusi çəkisi 4,9 faiz (əvvəlki ilin müvafiq dövründə 2,8 faiz), qeyri-dövlət mülkiyyətində 95,1 faiz (əvvəlki ilin müvafiq dövründə 97,2 faiz) təşkil etmişdir.
Rayonda 2014-cü ilin yanvar-sentyabr aylarında 7607,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Əsas fondların 69,4 faizini dövlət mülkiyyəti, 30,6 faizini isə qeyri-dövlət mülkiyyəti təşkil edir.
2014-cü ilin 9 ayında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 23704,4 min manat həcmində investisiya yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi investisiyanın 88,3 faizini təşkil edərək 20929,9 min manat olmuşdur.
Hesabat dövrü ərzində rayonda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 4195 kvadratmetr olan yaşayış evləri istifadəyə verilmişdir ki, bunun da hamısı 4195 kvadratmetri qeyri-dövlət mülkiyyətinin payına düşür.
Hesabat dövründə rayonun şəhər və kəndlərində geniş miqyasda tikinti, quruculuq və abadlıq işləri aparılmış, köhnə və primitiv obyektlərin yerinə müasir və milli memarlığa uyğun yeniləri inşa olunmuşdur. Bəzi obyektlərdə isə son tamamlama işləri gedir.
Ticarət və xidmətin əsas göstəriciləri
2013-2012-ci illər üzrə
Bu sahədə də inkişaf tempinin yüksəlməsi müşahidə olunur. 2013-cü ildəki müvafiq göstəricilər 2012-ci ildəkindən xeyli yüksəkdir.
Pərakəndə ticarət dövriyyəsi müqayisə olunan dövrdə sabit qiymətlərlə 8,3 faiz , iaşədə əmtəə dövriyyəsi 3,1 faiz , əhaliyə göstərilən pullu xidmət 18,6 faiz artmışdır. 2013-cü ildə rayonun hər sakininə 1227,1 manatlıq istehlak malları satılmış, 225,1 manatlıq pullu xidmətlər göstərilmişdir.
2014-cü ilin 9 ayında
2014-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 8,4 faiz artaraq 82,1 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 4,1 faiz artaraq 15,1 milyon manat təşkil etmişdir.
Bir sakinə düşən əmtəə dövriyyəsi 946,23 manat, pullu xidmət 174,50 manata bərabər olmuşdur.
Yeni açılmış iş yerləri
2013-cü ildə 1303 iş yeri açılmışdır. Onun 943-ü daimidir. Yeni yaradılan müəssisə və təşkilatlarda 349 nəfər, mövcud olanlarda 18 nəfər, fiziki şəxslərdə 576 nəfər, mövsümü abadlıq işlərində 360 nəfər işlə təmin olunmuşdur.
2014-cü ilin 9 ayında ümumilikdə rayonda 985 iş yeri açılmışdır ki, bunun da 445-i fiziki şəxslərdə, 30-u müəssisə və təşkilatlarda, 60-ı isə digər tədbirlər üzrə (mövsümi abadlıq işləri) olmuşdur.
Ümumiyyətlə, 2003-cü ilin oktyabr ayından indiyədək rayonda 7045 yeni iş yeri açılmışdır ki, bunun da 75,6 faizi və ya 5328-i daimidir.
İsmayıllı Rayon Statistika İdarəsi

Şərh Yaz