Hikmət Əhmədov –“ “Quran söhbətləri” kitabı

Əziz oxucularımız, Diyallı kənd sakini, Allah adamı, dini ayinlərin bilikli icraçısı, həcc ziyarətində olmuş, əvvəllər daha çox pəhləvan kimi ad çıxarmış Hikmət Əhmədovu yaxından tanıyırsınızmı? Onun mövqeyinə, dinə, Qurani-Kərimə, cümə xütbələrinə, din qardaşlarına münasibətinə bələdsinizmi? Bu və yaranacaq digər suallara müsbət cavab tapmaq üçün məsləhətdir ki, Hacı Hikmətin “Quran söhbətləri” kitabını səbrlə, tələsmədən, düşünərək, mahiyyətə vararaq, hər bir cümləni, fikri həyatda gördüklərinizlə müqayisə edərək oxuyasınız.
Kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 30 may 2014-cü il tarixli DK-314 Q saylı razılıq məktubu əsasında “Zərdabi-LTD” MMC-də çap olunmuşdur.
Hikmət Əhmədov  –“ “Quran söhbətləri” kitabıHikmət Əhmədov –“ “Quran söhbətləri” kitabı

Əziz oxucularımız, Diyallı kənd sakini, Allah adamı, dini ayinlərin bilikli icraçısı, həcc ziyarətində olmuş, əvvəllər daha çox pəhləvan kimi ad çıxarmış Hikmət Əhmədovu yaxından tanıyırsınızmı? Onun mövqeyinə, dinə, Qurani-Kərimə, cümə xütbələrinə, din qardaşlarına münasibətinə bələdsinizmi? Bu və yaranacaq digər suallara müsbət cavab tapmaq üçün məsləhətdir ki, Hacı Hikmətin “Quran söhbətləri” kitabını səbrlə, tələsmədən, düşünərək, mahiyyətə vararaq, hər bir cümləni, fikri həyatda gördüklərinizlə müqayisə edərək oxuyasınız.
Kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 30 may 2014-cü il tarixli DK-314 Q saylı razılıq məktubu əsasında “Zərdabi-LTD” MMC-də çap olunmuşdur.

Hikmət Əhmədov  –“ “Quran söhbətləri” kitabı

Tərbiyəvi, əxlaqi, ilahiyyat elminə bələdlik, fəaliyyətində dini dəyərlərə əsaslanmaq baxımından çox dəyərli olan bu kitab. Ön söz və 53 bölümdən ibarətdir. Kütləvi oxucular üçün nəzərdə tutulmuş “Quran söhbətləri” sadə və hamının başa düşə biləcəyi dildə, İslam dininə məhəbbətlə, Allah eşqiylə yazılıb. Kitabın əsl mahiyyətini kiçik bir qəzet yazısı ilə oxuculara çatdırmaq imkan xaricindədir. Məsləhət görərdim ki, maraqlanan hər kəs “Quran söhbətləri” kitabını əldə etsin, oxusun, yazılanları dərindən öyrənsin, təmiz düşüncəsinin saxlancına yönəltsin, yeri gəldikcə bu mənəvi xəzinədən səmərəli istifadə etsin. Mən bircə nümunə ilə Hikmət Əhmədovun kitabının fəzilətlərinin hamı üçün xeyirli olacağını qeyd etmək istədim. O, ön sözün “Müsəlman kimdir?” sərlövhəli hissəsində yazır:- “ Müsəlman: digər müsəlman qardaşına iftira və böhtan ataraq günaha girməz. Onun (din qardaşının) qeybətini edərək onun ölü ətini yeməz. Ona qarşı kin bəsləməz. Ona paxıllıq və həsəd etməz. Namərdcə onu arxadan vurmaz. Onunla mübahisə və münaqişə etməz, dalaşaraq vuruşmaz. Onu xeyirlə yad edər və ona xeyr-dua edər. Onun ayıbını örtərək günahlarını araşdırıb-qurcalayıb yaymaz”. “Kamil müsəlman yer üzündə fitnə çıxarmaz. Fəsada yol verməz haqsız yerə canlılara, təbiətə, ətraf mühitə, yaşadığı topluma və cəmiyyətin inkişafına zərər verməz”. Müsəlmanın digər müsbət keyfiyyətlərini sadalamadan demək istərdim ki, biz belə gözəl, mənalı, həyati nəşrlərə ehtiyaclıyıq. Oxuyaq və oxuduqlarımızı həyat və fəaliyyətimizdə görməyə çalışaq.
Valeh Salehov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz