Düşünən və düşündürən filosof


Müasir Azərbaycan fəlsəfi fikrinin istedadlı təmsilçilərindən biri Novruz Aslanın 2005-ci ildə nəşr olunmuş “Əbədi həyat və möcüzəli varlıq” kitabında zaman haqqında çox dərin elmi-detektiv məzmunlu ideyaları öz əksini tapmışdır. Maraqlı cəhət burasındadır ki, Novruz müəllim çox
Elmi-intellektual zəkası sayəsində bəzi fəlsəfi fikirləri həm klassik dini-fəlsəfi ideyalar əsasında, həm də müasir internet əsrinin təcrübələri üzrə konspektləşdirib konkret diskruktiv problemlərə dolğun açıqlamalar gətirir.
Filosofun həm həyatı təcrübələri, həm də elmi diskussiyaları əsasında fəlsəfi bilgilərə digər yanaşı elmi sahələri üzrə gətirdiyi elmi açıqlamalar, nəzəri faktlar oxucunu hər dəqiqə düşünməyə vadar edir.

Düşünən və düşündürən filosofDüşünən və düşündürən filosof

Müasir Azərbaycan fəlsəfi fikrinin istedadlı təmsilçilərindən biri Novruz Aslanın 2005-ci ildə nəşr olunmuş “Əbədi həyat və möcüzəli varlıq” kitabında zaman haqqında çox dərin elmi-detektiv məzmunlu ideyaları öz əksini tapmışdır. Maraqlı cəhət burasındadır ki, Novruz müəllim çox
Elmi-intellektual zəkası sayəsində bəzi fəlsəfi fikirləri həm klassik dini-fəlsəfi ideyalar əsasında, həm də müasir internet əsrinin təcrübələri üzrə konspektləşdirib konkret diskruktiv problemlərə dolğun açıqlamalar gətirir.
Filosofun həm həyatı təcrübələri, həm də elmi diskussiyaları əsasında fəlsəfi bilgilərə digər yanaşı elmi sahələri üzrə gətirdiyi elmi açıqlamalar, nəzəri faktlar oxucunu hər dəqiqə düşünməyə vadar edir.
Bu önəmli cəhəti “Əbədi həyat və möcüzəli varlıq” kitabına yazdığı ön sözdə fəlsəfə elmləri doktoru, professor. Əlipaşa Əliyev də qeyd etmişdi. Doğru olaraq göstərirdi: Müəllif bu qüvvələri (xeyir və şər) ziddiyyətli insan təbiəti ilə əlaqələndirir və onu üç kökdən Allahdan şeytandan və heyvandan yaranması fikrini irəli sürür. Bununla bağlı müəllifin müqəddəs kitablara –“ Tövrat, İncil və Quranda deyilmələrə Nuh peyğəmbər haqqındakı əfsanəyə müraciət edərək gəldiyi nəticə və qənaətlərlə insanı düşündürür.

Düşünən və düşündürən filosof

Novruz Aslanın düşünən və düşündürən bir filosof kimi, “Əbədi həyat möcüzəli varlıq” kitabında qələmə aldığı ən dərin mövzulardan biri “Zaman” mövzusudur. Filosofun bu mövzuda oxuculara bəzi dərin elmi-həyati problematik məsələləri izah etmək üçün gətirdiyi terminlər dərin anlayışa malikdir. “Bioloji zaman”, “geoloji zaman”, “tarixi zaman”, “sosioloji zaman”, “bədii zaman” və s. Hər biri zamanın ümumi bölünmə”, “vəhdəti zaman” anlayışına xas müxtəlif məsafə – era ölçüləridir. Lakin filosof öz şəxsi zəkasının müasir intellektual biliyi sayəsində bu məsələlərin qarışıq problemlərinin “maddi və mənəvi ” tendensiyaların birləşməsi şəklində dolğun şəkildə mürəkkəb elmi, lakin oxucunun başa düşəcəyi sadə eksperimental situasiya doğuracaq lakonik qısa dillə aydınlaşdırır. Filosofun misal gətirdiyi bəzi qısa elmi təhlillərlə bizi hətta zamanın xassələrinə bölmək təsadüfi prosesin belə fəlsəfi mahiyyətini də müəyyən yönümlərdə anlamış oluruq.
Məsələn o, “Zaman” bölümündə belə yazır: Zaman haqqında təsəvvürlərin inkişaf tarixində fizikanın xüsusən nisbilik nəzəriyyəsinin və Kvant mexanikasının həlledici rolu olmuşdur . Bu nəzəriyyələr zaman formalarının çoxluğu konsepsiyasının formalaşmasına da ciddi təsir göstərmişdir. Fəlsəfə ədəbiyyatlarında zaman əsasən antoloji problem kimi səciyyələndirilir. Bu istiqamətdə mütəxəssislər əsasən mövcudluğun hansı hissələrinin zaman kateqoriyasında əks olunduğunu üzə çıxarmağa çalışmışlar. Zaman haqqında bütün nəzəriyyələrə diqqət yetirsək görərik ki, aparılan araşdırmalar əsasən mövcud zaman fəlsəfi kateqoriyalar baxımından müxtəliflik təşkil edir.
Bu da əsas etibarilə zamanın təbiətinin rəngarəng olduğunun təzahürüdür.
Bu fikirləri bir-bir mütaliə etdikcə aydın olan əsas elmi həqiqət nəzəriyyəsinin bəzi substiantik müddəaları üzə çıxır. Həmin müddəaların tarixən müxtəlif fəlsəfi nəzəriyyələr əsasında müəyyən dialektizm nöqteyi-nəzərindən izahları məlum olmuşdur. Lakin hər bir filosof yeni ideyaların kəşfi ilə dolğun nəzəri tendensiyalar yaratmağa çalışırdı. Məhz bu nöqteyi-nəzərdən fikirlərimizi əsaslandırmağa çalışsaq, göstərə bilərik ki, Novruz müəllim müasir internet əsrinin bu cür filosoflarındandır. O, ənənəvi ideyalarını misal gətirməklə yanaşı, müasir gənclərimizi düşündürə biləcək sadə üsullarla prizmatik metod və vasitələrlə yeni bilgi obyekti yaratmağa çalışır . Beyinlərdə və təsəvvürlərdə filosofun “Zaman” haqqında düşüncələrindən bəzilərini yada salsaq fikrimizin tutarlı izahı üçün kifayət edər. Məsələn, o belə yazır “Elə vəziyyətlər də olur ki, hər bir insan yaşının artması səbəbindən onun mümkün imkanlarının fəaliyyəti üçün çox az vaxt qalsın, buna görə insanlar keçmiş hadisələrdən daha çox asılı vəziyyətə düşürlər və zaman bu reallığın əsas amilidir (insan keçmişin yükünü öz üzərində daşıyır). Bu baxımdan da gələcəyi keçmişdən qidalanan insanların həyatı, yəni hər bir insanın hazırkı zamanda ömür sürməsi keçmiş məqamların təkrarlanmasından ibarət olduğu üçün belə insanları gələcəksiz, gələcək həyatının mənasız olduğu kimi qəbul edirlər. Keçmişin təzyiqinin ağırlıqları altında yaşamaq, həyatda mənasız ömür sürmək deməkdir. Xaydeqqer, Sartr Folkeltom, və b. zamana realist kimi yanaşmalar Xayqeqqerin nəzəriyyəsinə görə Zaman nə subyektə nə obyektə nə daxildə nə də xaricdə yoxdur. Onun mövcudluğu hər subyektin və obyektin əvvəlində və yaxud həmin “əvvəlin” özünün mövcudluğu üçün şəraitin olmasından irəli gəlir”.

Düşünən və düşündürən filosof
Elsevər Məsim

Şərh Yaz