İsmayıllını tanıtmağa, sevdirməyə çalışdıq

Mənəvi zənginliyi xalqın böyük sərvəti sayan ulu öndər Heydər Əliyev bu sahənin inkişafını daim diqqətdə saxlayırdı. Onun mədəni irsimizə münasibətini sənət adamlarına –“ ziyalılara, aktyorlara, gənc istedadlara qayğısından da görmək olurdu. Ulu öndərin siyasi kursunun varisi prezident İlham Əliyevin həmin ənənəni davam etdirməsi bu sahənin inkişafına böyük töhfələr verir. Bu gün hər sahəyə diqqət və qayğı göz qabağındadır. Dövlətin qayğısı sayəsində regionların inkişafı sürətlə davam etdirilir.
İsmayıllını tanıtmağa, sevdirməyə çalışdıqİsmayıllını tanıtmağa, sevdirməyə çalışdıq

Mənəvi zənginliyi xalqın böyük sərvəti sayan ulu öndər Heydər Əliyev bu sahənin inkişafını daim diqqətdə saxlayırdı. Onun mədəni irsimizə münasibətini sənət adamlarına –“ ziyalılara, aktyorlara, gənc istedadlara qayğısından da görmək olurdu. Ulu öndərin siyasi kursunun varisi prezident İlham Əliyevin həmin ənənəni davam etdirməsi bu sahənin inkişafına böyük töhfələr verir. Bu gün hər sahəyə diqqət və qayğı göz qabağındadır. Dövlətin qayğısı sayəsində regionların inkişafı sürətlə davam etdirilir.
İllər tarix üçün zamandırsa, insanlar üçün üst-üstə gələn yaşdır, ömürdür. Bu gün tarix yeniləşir, müasirləşir. Müasir İsmayıllı da hamımızın qürur məkanıdır. O günü-gündən abadlaşır, gözəlləşir, inkişaf edir, respublikamızla yanaşı addımlayır. RİH başçısı Mirdaməd Sadıqov prezidentin verdiyi tapşırıqları və göstərişləri gündəlik fəaliyyətində başlıca istiqamət kimi götürür. Bu işdə rayonun ağsaqqalları, gəncləri başçıya ən yaxşı köməkdir. Nəticədə, İsmayıllının inkişafı daha da sürətlənir, sosial-infrastruktur layihələri həyata keçirilir. Bu gün ismayıllılar ölkəmizdə, cəmiyyətimizdə gedən ictimai-siyasi proseslərdə həmişə öndədirlər. Ona görə də biz həmin işlərimizi ictimaiyyətə çatdırmalı, yerimizi, yurdumuzu tanıtmalıyıq.

İsmayıllını tanıtmağa, sevdirməyə çalışdıq

2014-cü il dekabrın 6-sı mənim üçün yaddaqalan günlərdən idi. Г‡ünki Azərbaycan Televiziyasının “Səhər” proqramında gözəlləşən, çiçəklənən, yeniləşən İsmayıllımız haqqında canlı veriliş gedirdi. Mən də veriliş iştirakçılarının arasında idim, qrupa rəhbərlik edirdim.
Televiziyada rayonumuzu tanıtmaq üçün gözəl şərait yaradılmışdı. Studiya rayonumuzda istehsal edilən və yetişdirilən kənd təsərrüfatı məhsulları nümayiş etdirilən sərgini xatırladırdı. Rayonumuzda çoxlu dərman bitkiləri var. Onlardan bir qismi burada burada sərgilənmişdi. Özümüzü evimizdəki kimi sərbəst hiss edirdik. Bundan əlavə, Lahıc miskərlərinin əl işləri, Basqal kəlağayıları, xalçalarımız nümayiş etdirilirdi. İsmayıllı yazarlarının çapdan çıxmış kitabları da nümayiş olunurdu. Verilişdə Lahıcın eyni adlı və İvanovkanın “Slavyanoçka” folklor ansamblları da öz məharətlərini nümayiş etdirdilər.
“Səhər” proqramı İvanovka folklor qrupunun ifasında mahnı ilə başladı.
Qaynayan “Simuzər” samovarından bir stəkan çay süzüb içən aparıcı İsmayıllı haqqında xoş sözlər söyləyərək hər bir sahənin inkişafı bacarıqlı, elmli kadrlardan asılıdır söylədi. Sözü rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, tarix müəllimi, Əməkdar müəllim Ramiz Baloğlanova verdi. Ramiz müəllim rayonun tarixi və bu günü haqqında məlumat verdi. Tamaşaçılar qədim Lahıcın sənətkarları haqqında xeyli məlumat əldə etdilər.
Bu sətirlərin müəllifi isə fikrini İsmayıllı yazarları haqqında xoş sözlərlə başladı, sonda televiziya tamaşaçılarına çatdırdı ki, möhtərəm Prezidentin rayonumuza hər səfərindən sonra rayonda görülən işlərin sürəti, adamların işgüzarlığı daha da artır. Bu səfərlər həm də yeni layihələrin, yeni uğurların başlanğıcı olur. Müəllif sonra televiziya rəhbərliyinə və bu işdə əməyi olanlara təşəkkürünü çatdırdı.
“Tərəqqi” medallı müğənni Sahibə Abdullayeva şair həmyerlimiz Şahməmməd Dağlaroğlunun lahıc dilində yazdığı bayatıları oxudu. Onu “Lahıc” folklor ansamblının rəqs qrupu müşaiyət etdi.
Talıstan kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Aydın Əzizov İsmayıllı ziyalıları haqqında geniş məlumat verdi.
Gənc sənətkarımız, muğam müsabiqəsinin qalibi olmuş Kamilə Nəbiyevanın oxuduğu muğamlar televiziya tamaşaçılarının ürəyincə oldu.
Rayonda yetişən kənd təsərrüfatı məhsulları, onların saxlanması barədə RİH-nin mütəxəssisi aqronom Şahin Hüseynov geniş məlumat verdi və bu sahəyə daha geniş əhəmiyyət verildiyini qeyd etdi. Kənd təsərrüfatı məhsulları ilə yanaşı burada bəzi milli xörəklər –“ aş, dolma, müxtəlif şirniyyatlar –“ şəkərbura, paxlava, ivanovkada bişirilən müxtəlif növ çörəklər və sair nümayiş etdirildi. İvanovka kənd sakini onların istehsal etdikləri çörək məmulatlarından danışdı.
İsmayıllı təhsili haqqında şəhər 6 nömrəli tam orta məktəbinin dil- ədəbiyyat müəllimi Minazər İskəndərova məlumat verdi:- Ölkəmizdə neft kapitalını insan kapitalına çevirmək istiqamətində əhəmiyyətli tədbirlər görülür. İsmayıllı təhsili respublikada ön sıralardadır. Rayonda yeni məktəblər tikilir, köhnələri əsaslı təmir edilir, onların maddi-texniki bazası möhkəmləndirilir.

İsmayıllını tanıtmağa, sevdirməyə çalışdıq

Veriliş zamanı tamaşaçılara Basqal kəlağayısı, onun hazırlanma texnologiyası haqqında dolğun məlumat verildi. Lahıc xalçaları haqqında Xoşbəxt Süleymanova məlumat verdi. O, qeyd etdi ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Olimpiadası yarışlarında fərqlənən idmançılara üstündə 2015 rəqəmləri yazılmış suvenir xalçalar toxuyuruq.
RİH başçısının İvanovka İƏD-i üzrə nümayəndəsi Olqa Jabina kəndin sosial inkişafından, əhalinin məşğuliyyətindən söhbət açdı.
Tədbirin sonunda televiziya müzeyinə miskərlik məmulatları, kəlağayı və xalça hədiyyə edildi.
İki saat ərzində televiziya tamaşaçıları bizimlə bərabər gözəl məkan olan İsmayıllını qiyabi səyahət etdilər. Yəqin ki, rayonumuz haqqında xeyli yeni məlumat əldə etdilər. İsmayıllıya turist səfərinə gələn hər kəs bu məkandan xeyli təəssürat aparacaq. Sizləri öz torpaqlarımızda salamlamağa həmişə hazırıq.
Hacıməmməd Məmmədov

Şərh Yaz