Veteran futbolçularla görüş

İsmayıllı Rayon Gənclər və İdman İdarəsində ötən əsrin 50-60-cı illərində rayonumuzun idman – futbol şərəfini qorumuş veteran futbolçuların bir qrupu ilə görüş keçirilmişdir.
Veteran futbolçularla görüşVeteran futbolçularla görüş

İsmayıllı Rayon Gənclər və İdman İdarəsində ötən əsrin 50-60-cı illərində rayonumuzun idman – futbol şərəfini qorumuş veteran futbolçuların bir qrupu ilə görüş keçirilmişdir.

Veteran futbolçularla görüş

Bu görüşü böyük sevinc hissi ilə qarşılayan veteranlar öz razılıqlarını bildirmişlər.
Səksən iki yaşlı ağsaqqal Dönməz Ələkbərov son illərdə rayonumuzda aparılan tikinti-abadlıq işlərindən danışaraq rayonda yaradılan xoş ab-havaya, işgüzar münasibətə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
Veteran futbolçu Fikrət Mirzəyev onları yada salanlara razılığını bildirmiş, rayon idmançılarının respublika və beynəlxalq yarışlarda iştirakını daimi izlədiyini qeyd etmişdir.
Fərdi idmanla məşğul olmaq üçün rayonumuzda çox gözəl şərait yaradılmışdır. Ölkəmizdə idmanın inkişafı möhtərəm prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi bir veteran futbolçu kimi məni də ürəkdən sevindirir.
Xalıq Xalıqov

Şərh Yaz