Seçicilər gələcəklərinə səs veriblər

Artıq 23 dekabr 2014-cü il tarixə çevrildi. Həmin gün seçicilər seçki məntəqələrinə gələrək növbəti beş il üçün yaşadıqları ərazidə mövcud problemlərin həllinə çalışacaq şəxslərə səs verdilər. Dördüncü dəfə keçirilən bələdiyyə seçkiləri baş tutdu. Bu seçkilər Azərbaycan demokratik dəyərlərinin inkişafında, seçki təcrübəsinin formalaşmasında əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir.
Seçicilər gələcəklərinə səs veriblərSeçicilər gələcəklərinə səs veriblər

Seçicilər gələcəklərinə səs veriblər

Artıq 23 dekabr 2014-cü il tarixə çevrildi. Həmin gün seçicilər seçki məntəqələrinə gələrək növbəti beş il üçün yaşadıqları ərazidə mövcud problemlərin həllinə çalışacaq şəxslərə səs verdilər. Dördüncü dəfə keçirilən bələdiyyə seçkiləri baş tutdu. Bu seçkilər Azərbaycan demokratik dəyərlərinin inkişafında, seçki təcrübəsinin formalaşmasında əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir.
Seçki günü İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsi üzrə keçirilən seçkiləri izləmək üçün şəhərdəki məntəqələrə üz tutduq. Saat 10:00-da 2 saylı şəhər seçki məntəqəsində olduq. Məntəqənin sədri Vaqif Rəhimov hələlik 112 nəfərin səs verdiyini qeyd etdi. Seçici Humay Əhmədovanın təəssüratlarını öyrəndik. O dedi ki, sərbəst seçim etdim. İnanıram ki, qalib gələn namizədlər faydalı işlər görə biləcəklər.

Seçicilər gələcəklərinə səs veriblər

3 saylı seçki məntəqəsində saat 10:30-da olduq. Məntəqə sədri Xalıq Xalıqov həmin vaxta 97 nəfərin səsvermədə iştirak etdiyini, seçici axınının qənaətbəxş olduğunu bildirdi. Seçici Hicran Ağayeva ən layiqli namizədlərə səs verdiyini söylədi.
6 saylı seçki məntəqəsinin sədri Möhübbət Musayev 10:55-dək 98 nəfər seçici səsvermədə iştirak etdiyini dedi. Seçici Vidadi Əliyev işgüzarlığı ilə seçilən, şəhər sakinləri arasında nüfuzu olan namizədlərə səs verdiyini vurğuladı.
5 nömrəli tam orta məktəbdə yerləşən 5 saylı seçki məntəqəsinin sədri Elçin Məmmədovdan öyrəndik ki, saat 11:15-dək 171 nəfər səs verib. Seçici Fərman Dəmirov bələdiyyə seçkilərinin demokratik şəraitdə keçdiyini dedi. O bildirdi ki, ismayıllılar bu gün öz gələcəklərinə səs verirlər. Seçicilər bilirlər ki, bələdiyyələr bir qurum kimi yetərincə inkişaf edən və özünə müəyyən baza yaratmış bir təşkilatdır. Növbəti seçki mövcud fəaliyyəti daha da gücləndirəcəkdir.
59 saylı məntəqə seçki komissiyasında məntəqənin sədri Lətifə Həmidova 11:25-dək 80 nəfərin səs verdiyini bildirdi.

Seçicilər gələcəklərinə səs veriblər

66 saylı seçki məntəqəsinin sədri Yaşar Nuriyevdən aldığımız məlumata görə 11:45-dək 80 nəfər səsvermədə iştirak edib.
1 saylı seçki məntəqəsində də olduq. Saat 12:05-dək 182 nəfər seçicinin səsvermədə iştirak etdiyini öyrəndik. Məntəqə sədri Г‡ingiz Muradlı bildirdi ki, səsvermə prosedur qaydalara əməl olunmaqla gedir. Seçkinin müvəffəqiyyətlə başa çatacağına tam əminik. Burada müşahidəçi Aygün Rüstəmova söylədi ki, seçkinin gedişində heç bir qanun pozuntusu müşahidə olunmayıb. Hər kəs özü, müdaxiləsiz səs verir. Məntəqədə yaradılmış demokratik, şəffaf və aşkar şəraitdən razıyıq.

Seçicilər gələcəklərinə səs veriblər

Günün ikinci yarısında da olduğumuz seçki məntəqələri ilə telefon əlaqəsi saxladıq. Seçkilərin normal şəraitdə keçməsi barədə məlumatlar aldıq.
Müşahidələrimizə və aldığımız məlumatlara əsaslanıb qeyd edə bilərik ki, İsmayıllı şəhərindəki seçki məntəqələrində seçkilər fəallıq, aşkarlıq və demokratiya şəraitində keçmişdir.
İsmayıllı bələdiyyəsində bələdiyyə üzvü olmaq üçün kifayət qədər səs toplaya bilmiş namizədləri, eləcə də rayonun digər bələdiyyələrində qalib olanları təbrik edir, bələdiyyə fəaliyyətinin gücləndirilməsi, genişləndirilməsi sahəsində hər birinə uğurlar və müvəffəqiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz