Xatirələr işığında

Bu, təkcə onun deyil, məktəb kollektivinin, gələn qonaqların, həm də saysız-hesabsız şagirdlərinin xatirəsində uzun müddət yaşayacaq bir gün oldu.
Gözəl və zövqlə, məclisin ruhuna uyğun bəzədilmiş otaqda “Məktəb illəri” mahnısı səslənir. Neçə-neçə nəslin yol-yoldaşı olan bu mahnı məclisdəkiləri sirli-sehirli bir aləmə aparır. O, indi xatirələr nuruna bələnən bu insanların hərəsinin ömür yoluna bir cür təsir edib: Minlər, milyonlar üçün gələcəyə bir xoşbəxt tramplin rolunu oynayıb. Pillə-pillə ucaldan bir məbədgaha sonsuz ehtiram hissi ilə qəlbində həzin xatirələr oyadıb.
Bu xatirələrin içindən nurlu bir sima canlanır: Müəllim siması.

Xatirələr işığındaXatirələr işığında

Bu, təkcə onun deyil, məktəb kollektivinin, gələn qonaqların, həm də saysız-hesabsız şagirdlərinin xatirəsində uzun müddət yaşayacaq bir gün oldu.
Gözəl və zövqlə, məclisin ruhuna uyğun bəzədilmiş otaqda “Məktəb illəri” mahnısı səslənir. Neçə-neçə nəslin yol-yoldaşı olan bu mahnı məclisdəkiləri sirli-sehirli bir aləmə aparır. O, indi xatirələr nuruna bələnən bu insanların hərəsinin ömür yoluna bir cür təsir edib: Minlər, milyonlar üçün gələcəyə bir xoşbəxt tramplin rolunu oynayıb. Pillə-pillə ucaldan bir məbədgaha sonsuz ehtiram hissi ilə qəlbində həzin xatirələr oyadıb.
Bu xatirələrin içindən nurlu bir sima canlanır: Müəllim siması.
Müəllim üçün illər bitmir, tükənmir. Sanki hər il qəlbinə bahar təravəti yayılır, suları duruldur, arzuları qönçələr kimi açılır, pöhrələnir, insanlara yeni-yeni təravət bəxş edir.

Xatirələr işığında

Bəli, hər səhər məktəb yoluna iz düşür: biri ucaltmaq, biri isə ucalmaq arzusu ilə alışıb-yananların izləri. Bu izlərdən ən şərəflisi ucaltmaq istəyənlərin izidir, müəllim izidir, müəllim yoludur.
Belə müəllimlərdən biri üçün düzənlənmişdi bu düzəngah.
Bitməz-tükənməz, uğurlu, sirli-sehirli bir yola qədəm qoyan, neçə-neçə ömürlərə işıq olub səpələnən bir ömür sahibi, 60 illik həyatının 40 ilini pedaqoji işə sərf edən, müqəddəs yolun yolçusu, hamının sevimlisi Güllü müəllim üçün qurulmuşdu bu məclis . Özündən də xəbərsiz. Lap nağıllarda olduğu kimi.
İclas bəhanəsi ilə sinfə gətirilən, başqaları ilə birgə sanki “nağıllar” aləminə düşən, bu diqqət və qayğıdan riqqətlənən, gözləri dolan Güllü Səmədovanın ucaldığı zirvəyə gedən yola işıq salındı.
İsti və mənalı çıxışlar çıxışlara, xatirələr xatirələrə, sevinc sevincə, arzu arzuya calandı
Musiqi müəllimi Lalə Kəbirovanın yüksək zövqlə hazırladığı slaydlar, RTŞ-nin Həmkarlar təşkilatının sədri Hafiz Kərimovun, metodist Sədəf Mikayılovanın, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın, məktəbin direktoru Vaqif Əsgərovun, keçmiş şagirdləri – Şahin Baxışovun, Г‡ingiz Muradlının, Təranə Məmmədovanın, həmkarları Oktay Nəzirovun, Firəngiz Əsədovanın, Lətifə Məhyəddinovanın, Sevil Məmmədovanın, ailə üzvlərinin və başqalarının çıxışları ilə bu sadə, zəhmətkeş və nəcib pedaqoqun, fədakar Azərbaycan qadınının ömür yolu vərəqləndi, əsl portreti yaradıldı:
1954-cü ilin ilıq oktyabr günündə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində sayılıb-seçilən ailədə bir qız uşağı dünyaya gəldi. Bu xoş xəbəri artıq əsgərliyinin birinci ayını keçirən atasına yazdılar. Yeni doğulan uşağa ad verilməsi önəmli olan ailədə bu işi Camal nənəyə həvalə etdilər. Ağbirçəyə hörmət əlaməti olaraq ona ulu nənəsinin adı qoyuldu: Güllü.
İllər keçdi. Bu qızcığaz böyüdü, kənd məktəbinin birinci sinfinə qədəm qoydu, əlaçı, intizamlı bir şagird kimi tanındı. Sinifdən-sinfə müvəffəqiyyətləri ilə valideynlərini qanadlandırdı.
O günləri xatırlayanda Güllü deyir: “Atam gözüaçıq bir adamdır. Bu gün də bütün məşhur pedaqoqların fikirlərini əzbərdən deyir. Lazım gəlsə, gözünün ziyasını oxuyan uşaqlara verməyə hazır idi. Müvəffəqiyyətlərimdən sevinən atam çox istəyirdi ki, irəli gedəm, ali təhsil alam. Atamın etimadını doğrultmaq, bununla fəxr etmək istəyirdim. Bu istək mənim məqsədimi qətiləşdirdi: gecəni gündüzə qatıb ümidləri doğrultmaq, arzularımı reallaşdırmaq”.
Bu qətiyyət onun yoluna işıq saçdı. Kənd 8 illik məktəbini tərifnamə ilə bitirib təhsilini şəhər 1 nömrəli orta məktəbində davam etdirdi. Məktəbi əla qiymətlərlə bitirib 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil oldu.
Həmin gün bu şad xəbər dağlar qoynundakı Qurbanəfəndi kəndini ev-ev gəzdi, dolaşdı. Həmişə başqalarının sevincindən sevinməyi bacaran kənd sakinləri bir-birinə gözaydınlığı verdilər. Kənd üçün bu xəbər sensasiya olmaya bilməzdi: axı, o, kəndin ilk ali təhsilli qızı olacaqdı.
El-oba içində böyüyən bu qızın savadına, mərifətinə, mehribançılığına, canıyananlığına hamı bələd idi. Sevinirdilər ki, bir neçə ildən sonra onların balalarına Güllü dərs deyəcək, tərbiyə verəcək.
G.Səmədova ona göstərilən etimadı doğrultdu. Kamil bir mütəxəssis kimi doğma kəndə qayıtdı. Doğma kəndin məktəblilərinə riyaziyyat elminin sirlərini öyrətməyə başladı. Vaxtilə ona dərs deyən sevimli müəllimləri ilə çiyin-çiyinə çalışaraq qısa müddətdə bilikli, bacarıqlı, ixtisasını yaxşı bilən və tədris edən, daim axtarışda olub yenilikləri öyrənən və işində tətbiq edən bir pedaqoq kimi həm kənd camaatının, həm də şagirdlərin sevimlisinə çevrildi.
Sonralar işlədiyi Topçu kənd, şəhər 2 nömrəli orta və hal-hazırda çalışdığı şəhər 4 nömrəli tam orta məktəblərində də bu məhəbbət və məsuliyyət əskilmədi. Ailə həyatı qursa da, həyatı yeni bir məcraya düşsə də, işə olan qayğıları çoxalsa da, oxuyub-öyrənmək istəyi onu bir an da tərk etmədi. Harada işləməsindən asılı olmayaraq onu bir məsələ düşündürür: axtarışlar aparmaq, daim yeniliyə can atmaq.
“Bu gün ənənəvi üsullarla dərs keçmək yüksək səmərə vermir və yeni təlim texnologiyaları və fəal təlim üsullarına yiyələnmədən müvəffəqiyyət qazanmaq çətindir”, – deyən Güllü müəllim müasir təlim üsullarından, interaktiv təlim metodlarından məharətlə istifadə etməyi bacarır. O, çalışır ki, sinifdə bütün şagirdlər fəal təlimə cəlb olunsun, uşaqlar tədqiqatçılığa meyilli olsunlar, gözlənilən nəticə onlardan alınsın. Şagirdi pedaqoji ustalıqla ələ almağı, onunla əməkdaşlıq etməyi, dialoq qurmağı bacarır.
Güllü müəllim dərsdə işgüzar şərait yaradıb uşaqların müstəqil mühakimə yürütmələrinə meydan açır, şagirdlərin yaradıcı təxəyyülünü inkişaf etdirən məsələlərə geniş yer verir.
G.Səmədova həm də riyaziyyat fənni üzrə məktəb metodbirləşməsinin sədri kimi proqram materiallarının planlaşdırılmasına kömək göstərir, müxtəlif pedaqoji yeniliklər, təlimat və metodik tövsiyələrlə müəllimləri tanış edir, olimpiadaların, sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə yardım edir.
O, dövlətimizin təhsil işçilərinin qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün əlindən gələni əsirgəmir. Təşkilatçılığı, işgüzarlığı, sənətinə vurğunluğu, məktəb və rayon miqyaslı mədəni-kütləvi tədbirlərdə fəal çıxış etməsi, ictimaiyyət arasında mövqeyi, şəxsi keyfiyyətləri ona şagird və müəllim kollektivinin dərin hörmətini qazandırıb.
O,daim axtarışdadır, müntəzəm olaraq elmi, pedaqoji, metodiki, pisxoloji biliyini artırır, müəllim və şagirdləri mütaliə etməyə sövq edir.
G.Səmədova məktəbə gələn gənc müəllimlərin yaxın dostudur. Maraqlı və məzmunlu, ana qayğılı söhbətlərindən sonra kollektivin hər bir üzvünün işə yaradıcı münasibəti artır.
O, sadə, təvazökar, nəcib olmaqla yanaşı, güclü yumor hissinə malik insandır. Hansı çətinliyi olsa da, heç kimi öz problemlərinə şərik etməz. Bir anda kollektivi səfərbər etməyi bacarır.
G.Səmədovanın təltifləri, mükafatları çoxdur. Dəfələrlə işi mətbuat səhifələrində işıqlandırılıb. Qazandığı ən böyük mükafat isə el-obanın sonsuz məhəbbətidir. Bütün bunları o, təbii sayır. İnsan harada olursa-olsun könül verdiyi sənətinə ürəkdən bağlanmalı, işinə məsuliyyətlə yanaşmalıdır. Belə olmasa, uğur qazana bilməz. Güllü müəllim bu gün ölkəmizin hər yerində çalışan məzunları ilə fəxr edir, onların hər bir uğurundan fərəhlənir. Həmin məzunlar neçə il əvvəllər olduğu kimi, indi də ona hörmətlə baş əyib salamlaşırlar: Salam, Güllü müəllimə.
Əsl müəllim üçün bundan böyük xoşbəxtlik ola bilərmi?
O, həm də xoşbəxt ailə sahibidir. Cəmiyyətdə layiqli mövqe tutmuş 3 övladı və ona dünyanı bəxş edən 6 nəvəsi var.
Ömrünün dəyərli, halal illərini yaşayan, əsl insan, əsl ziyalı Güllü Səmədovaya daha uca zirvələr arzulayırıq.
Xatirələr işığında
Rəna Mirzəliyeva
İsmayıllı şəhəri

Şərh Yaz