Açıq dərsin müzakirəsi

Ömrümüzün sevinci olan uşaqların hərtərəfli inkşafı uşaq müəssisələrinin pedaqoji kollektivi ilə ailənin birgə səyindən asılıdır. Uşaqların tərbiyəsində ailənin rolu, irsi faktorlar müstəsna əhəmiyyətə malikdir. Uşaqlarda intizamlılıq və mədəni davranışın tərbiyəsinə kiçik yaşlardan başlamaq lazımdır. Ailədə qarşılıqlı, səmimi, mehriban münasibət, hörmət və tələbkarlıq olduqda uşaq düzgün tərbiyə olunur. Ailə uşaqların tərbiyəsində əsas və uzunmüddətli rolu olan qurumdur. Kiçik yaşlı uşaqlar məhz böyüklər tərəfindən qoyulmuş qaydaları yalnız onların köməyi ilə yerinə yetirirlər. Bağçaya qəbul olunan uşaqların valideynləri ilə işin hansı istiqamətdə aparılması zəruriliyini nəzərə alaraq dekabr ayının 9-da şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında “Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə işin təşkili” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Açıq dərsin müzakirəsiAçıq dərsin müzakirəsi

Müşavirə öncəsi “Vətən anadır” mövzusunda açıq məşğələ təşkil olunmuşdu. Tədbirdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, Rayon Təhsil Şöbəsinin metodisti, bu sətirlərin müəllifi və rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdir və tərbiyəçiləri iştirak edirdilər.
Bağça müdiri Qalibə Abdullayeva gələn qonaqları salamlayaraq sözü balacalara verdi. Seminar öncəsi uşaqlar mahnı və rəqslərlə qonaqları salamladılar. Daha sonra məktəbəqədər hazırlıq qrupunun iştirakı ilə “Vətən anadır” adı altında açıq məşğələ təqdim olundu. Tərbiyəçi Sevinc Əsədova mövzunu uşaqlara əhatəli şəkildə təqdim etdi. İKT-dən istifadə etməklə müəllim vətənimizin gözəlliklərini, sərvətini, tarixi abidələrini, əzəmətli binalarını və s kimi dəyərli məlumatları uşaqlara əyani olaraq çatdırmış oldu.
Açıq dərsin müzakirəsindən sonra Təzəkənd kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi Aləmzar Nağıyeva “Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə işin təşkili”, Cülyan kənd uşaq bağçasının tərbiyəçisi Rəsmiyyə Orucova “Bağçalarda valideyn-tərbiyəçi, valideyn-uşaq, tərbiyəçi-uşaq münasibətləri” mövzusunda məruzə və çıxışlar etdilər. Seminar maraqlı diskusiyalarla davam etdi.
Güllübəyim Lətifova

Şərh Yaz