Pedaqoji prosesin tamlığını təmin etmək üçün nə etmək lazımdır?

Bu prosesdə şəxsiyyətin tərbiyəsi, təlimi və bacarığı ilə bağlı aparılan məqsədyönlü, planlı və mütəşəkkil işlər öz həllini tapmaqdadır. Müəllim kimi, deyə bilərəm ki, prinsip xarakterli tələbin həlli heç zaman asan olmur. Bütün zamanlarda dərsin keyfiyyətini yüksəltmək pedaqoji prosesin komponentlərinə görə tamlığının təmin edilməsi kimi aktual olmuşdur. Fənnindən asılı olmayaraq tədris edilmiş hər hansı mövzu ilk növbədə pedaqoji prosesin tamlığını təmin etməyə yönəldildikdə gözlənilən nəticə və nailiyyətlərin qazanılmasıdır.Pedaqoji prosesin tamlığını təmin etmək üçün nə etmək lazımdır?

Bu prosesdə şəxsiyyətin tərbiyəsi, təlimi və bacarığı ilə bağlı aparılan məqsədyönlü, planlı və mütəşəkkil işlər öz həllini tapmaqdadır. Müəllim kimi, deyə bilərəm ki, prinsip xarakterli tələbin həlli heç zaman asan olmur. Bütün zamanlarda dərsin keyfiyyətini yüksəltmək pedaqoji prosesin komponentlərinə görə tamlığının təmin edilməsi kimi aktual olmuşdur. Fənnindən asılı olmayaraq tədris edilmiş hər hansı mövzu ilk növbədə pedaqoji prosesin tamlığını təmin etməyə yönəldildikdə gözlənilən nəticə və nailiyyətlərin qazanılmasıdır.
Müəllim pedaqoji prosesdə öyrədənin-öyrənənin qarşılıqlı əlaqəsini, prosesin inkişafını, məqsədini, qanunauyğunluğunu, prinsiplərin forma və metodlarını gözəl bilməlidir. Pedaqoji prosesin tamlığı onun təşkili proseslərinin tərkib hissəsidir. Bu hissənin prinsiplərinə aşağıdakılar:
– Dəstəkləyici mühitin yaradılması, fəaliyyətin stimullaşdırılması, inkişafyönümlülük, şagirdyönümlülük, pedaqoji prosesin tamlığı, təlimdə bərabər imkanların yaradılması daxildir.
Bu prinsiplərin pedaqoji prosesdə qarşılıqlı əlaqəsinin tətbiqini müəllim həmişə təmin etməlidir. Pedaqoji prosesdə təlimin funksiyaları-öyrədici, tərbiyə edici və inkişafetdirici formaları həyata keçməlidir. Nəticələr yalnız müəllim və şagird fəaliyyətini əhatə etməlidir. Pedaqoji prosesdə bütün şagirdlərə eyni təlim şəraiti yaratmaqla onların potensial inkişafları tənzimlənir. Müəllim – şagirdyönümlülük prinsipindən istifadə edərək öyrənənlərin maraq və tələbatlarının ödənilməsinə təlim işini yönəltməlidir.
Dərsdə inkişafyönümlülük şagirdin idrak fəallığının izlənilməsi, nailiyyətlərin təhlili, bilik və bacarıq vərdişlərinin inkişaf səviyyəsi ilə şərtlənir. Müəllim şagirdlərə kifayət qədər dəstəkləyici mühitin yaradılmasına şərait yaratmağa səy göstərməlidir. Ona şagirdlərin özünə qarşı inamı artır, şagird sağlam mənəvi-psixoloji mühitlə əhatə olunduqda onun təlimdə fəallığı artır. Təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqoriyaları inteqrasiya olunmaqla yanaşı, həm də pedaqoji prosesin tamlığını əks etdirir. Pedaqoji prosesin tamlığının reallaşdırılması üçün öyrədici, tərbiyə edici və inkişafetdirici məqsədlərin reallaşdırmağa aid fikrimi riyaziyyat fənnindən, “Uzunluq ölçü vahidləri” adlı mövzu əsasında göstərmək istəyirəm.
Müəllimə kömək vasitəsində məzmun standartlar, şagirdlərin dərsdə əldə etdikləri bacarıq və vərdişlər, üsullar, inteqrasiya, öyrənmə, tətbiq, nəticə və ümumiləşdirmə, qiymətləndirmə ilə əlaqədar istiqamətin verilməsi, mən öyrədici, tərbiyə edici və inkişafetdirici amillərin həyata keçirilməsi üçün aşağıdakıları dərsdə reallaşdırıram.
Şagirdləri qruplara bölürəm.
İnkişaf etdirici Öyrədici Tərbiyə edici
Fəallıq Tədqiqatın aparılması imkanı Əməkdaşlıq
Yaradıcılıq,
təfəkkürün inkişafı Vaxt ərzində tapşırığın həlli. Təhlil etmə və nəticə çıxarma bacarığı, qiymətlənmə Bir-birinə hörmətlə yanaşma, bir-birini dinləmək bacarığı

Şagirdləri düşünməyə yönəldirəm, tədqiqat aparmaq üçün motivasiya yaradıram. Lövhəyə mm. (1), sm. (2), dm. (3), m. (4), km. (5), kq. (6), l t. (7) sair kimi sözləri yazıram. Bu vahidlərin hansı ölçü vahidi olduğunu soruşuram. Şagirdlər öyrənməli olduqları bilik əsasında suala düzgün cavab verərək ölçü vahidlərini seçib ayırırlar.
Mən sualları dəqiqləşdirirəm və soruşuram.
– Ölçü vahidlərini necə qruplaşdırdınız (uzunluq, kütlə, tutum ölçü vahidləri kimi)?
– Ən kiçik və ən böyük ölçü vahidləri hansıdır (millimetr, kilometr)?
– Ölçü vahidlərinin qısaldılmış forması necə yazılır (sm, dm, mm, km.)?
– Ardıcıl olaraq bu vahidlərin bir-biri ilə əlaqəsini ifadə edə bilərsiniz?
1 m. = 10 dm., 1 dm. = 10 sm., 1 sm. = 10 mm.
Mövzu ilə bağlı məzmun standartları 4, 2, 1 – uzunluğu, kütləni və tutumu müəyyənləşdirmək üçün vahidləri seçir, ölçmə aparır, nəticəni qiymətləndirir.
1, 2, 5 – kəmiyyətlərin ölçüsünə aid məsələ həll edir və təqdimat aparır.
1, 2, 6 – ölçü vahidlərindən istifadə etməklə kəmiyyətlərin ölçülərinə görə müqayisə aparır. Bu müvafiq bilik, bacarıqları şagirdlərə mənimsətməklə təhlil etmə və nəticə çıxarma bacarığı, əməkdaşlıq, fəallıq kimi proseslər təhsillənmə, tərbiyələnmə inkişaf etməni təmin edir.
Məntiqi, yaradıcı və tənqidi təfəkkürün inkişafına kömək məqsədi ilə tapşırıqları qrupların nəzərinə çatdırıram:
Ölçü vahidləri arasında əlaqə yaratmaq – məntiqi təfəkkür, ölçü vahidlərinin rolunu müəyyənləşdirmək və əhəmiyyətini müəyyən etmək – tənqidi təfəkkür, ölçü vahidləri haqqında nağıl, hekayə qurmaq – yaradıcı təfəkkür, ölçü vahidlərinə aid didaktik oyunları hazırlamaq yaradıcı məntiqi təfəkkürdür.
Beləliklə, şagird şəxsiyyətinin ahəngdar inkişafını təmin edən pedaqoji prosesin tamlığı dərsdə təmin olunmaqla bərabər intellektual, ideya-mənəvi, əmək və bacarıqlara, estetik zövq, fiziki sağlamlıq, gümrahlıq, müstəqillik, ekoloji hüquq mədəniyyəti kimi əsas keyfiyyətləri formalaşdırır və gələcək həyata zəmin yaradır.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz