İsmayılov Sabir Qurban oğlu

İsmayıllı təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Amansız ölüm gözəl insan, tanınmış təhsil işçisi, uzun illər rayonun müxtəlif dövlət qurumlarında işləmiş Sabir Qurban oğlu İsmayılovu aramızdan aparmışdır.
S.İsmayılov 1941-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşdur.
İsmayılov Sabir Qurban oğluİsmayılov Sabir Qurban oğlu

İsmayıllı təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Amansız ölüm gözəl insan, tanınmış təhsil işçisi, uzun illər rayonun müxtəlif dövlət qurumlarında işləmiş Sabir Qurban oğlu İsmayılovu aramızdan aparmışdır.
S.İsmayılov 1941-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşdur.
İsmayıllı şəhər orta məktəbini bitirdikdən sonra 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun pedaqoqika və metodika fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra Talıstan kənd orta məktəbində əmək fəaliyyətinə başlamışdır.

İsmayılov Sabir Qurban oğlu

S.İsnayılov 1966-cı ildən 1972-ci ilə kimi İsmayıllı Rayon Komsomol Komitəsində şöbə müdiri işləmişdir. Bir müddət rayonda çıxan “Zəhmətkeş” qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri işlədikdən sonra 1973-1975-ci illər arasında Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur. 1975-ci ildə irəli çəkilərək İsmayıllı Rayon Partiya Komitəsində əvvəlcə təlimatçı, sonra isə təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1979-cu ildən 1983-cü ilə kimi İsmayıllı Rayon XDS İcraiyyə Komitəsində şöbə müdiri, bir müddət İsmayıllı Rayon Г‡örək Kombinatının direktoru işləmişdir.
Tanınmış təhsil işçisi S.İsmayılov 1986-cı ildən 2013-cü ilə kimi rayon təhsil şöbəsinin metodisti vəzifəsində çalışmışdır. S.İsmayılov işlədiyi müddətdə rayon partiya komitəsinin üzvü, rayon sovetinin deputatı seçilmişdir. İşlədiyi dövrdə həmişə əməyi, zəhmətsevərliyi ilə fərqlənmiş, rayon partiya komitəsinin və təhsil şöbəsinin Fəxri fərmanlarına layiq görülmüşdür. Sabir müəllim 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü idi.
S.İsmayılovun əziz xatirəsi onu tanıyanların və dostlarının yadından heç vaxt çıxmayacaqdır.
İsmayıllı Rayon Təhsil Şöbəsi

Şərh Yaz