Yeni il şənliyi ərəfəsində yanğın təhlükəsızliyi

Yeni il şənliklərində və insanların kütləvi toplaşdıqları digər yerlərdə tədbirlər keçirilən zaman:
-ən azı iki ehtiyat çıxış qapısı qoyulan, tikinti norma və qaydalarına tam cavab verən, 2 mərtəbədən yuxarı olmayan və yanmayan arakəsmələri olan binalarda tədbir keçirilməsinə icazə verilir;
Yeni il şənliyi ərəfəsində yanğın təhlükəsızliyiYeni il şənliyi ərəfəsində yanğın təhlükəsızliyi

Yeni il şənliklərində və insanların kütləvi toplaşdıqları digər yerlərdə tədbirlər keçirilən zaman:
-ən azı iki ehtiyat çıxış qapısı qoyulan, tikinti norma və qaydalarına tam cavab verən, 2 mərtəbədən yuxarı olmayan və yanmayan arakəsmələri olan binalarda tədbir keçirilməsinə icazə verilir;
– bəzəkli şam ağacı qurularkən yerə möhkəm bərkidilməli və elə qurulmalıdır ki, ağacın budaqları divara, tavana dəyməsin;
– otaqlarda işiqlandırma sistemi olmadıqda tədbir yalnız gündüzlər keçirilməlidir;
– şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan artıq olmamalıdır;
– əgər elektrik təsərrüfatında nasazlıq yaranarsa (naqillərin qızması, lampaların yanıb-sönməsi, qığılcım çıxması və s.), cərəyan dərhal ümumi dövriyyədən ayrılmalıdır.

Yeni il şənliyi ərəfəsində yanğın təhlükəsızliyi

Qadağandır:

– otaqların pəncərələrində dəmir barmaqlıqlar olduqda tədbirlərin keçirilməsi;
– atəşfəşanlıq məqsədilə partlayıcılardan, güclü projektorlardan, şamlardan, fişənglərdən və digər yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi;
– şam ağacının bəzədilməsi zamanı selloiddən hazırlanmış oyuncaqlardan, o cümlədən odadavamlı məhlul hopdurulmayan cuna pambıqdan istifadə olunması;
– uşaqlara tezalışan materiallardan tikilən kostyumların geyindirilməsi;
– tədbir zamanı qaynaq, rəngləmə və digər yanğıntörədici, partlayış təhlükəli işlərin görülməsi;
– oturacaqların ara məsafəsinin azaldılması, əlavə stul və kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması;
– tamaşa vaxtı zalın işığının tam söndürülməsi;
– nəzərdə tutulduğundan artıq insanların zala buraxılması;
– yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilərin və yanğın təhlükəsizliyi orqanı əməkdaşlarının olmadığı zaman tədbirlərin keçirilməsi.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti

Şərh Yaz