Mini futbol turniri

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Rayon Futbol və Futzal Federasiyası filiallarının birgə təşkilatçılığı ilə gənclər və kişilər arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilmişdir. 24 komandanın iştirakı ilə keçirilən oyunlar iki gün davam etmişdir.
Final yarışı 11 dekabr 2014-cü il tarixdə günün ikinci yarısında olmuşdur.

Mini futbol turniriMini futbol turniri

Finalda İsmayıllı və Kürdmaşı bələdiyyələrinin komandaları görüşmüşdür. Görüşdən əvvəl Rayon Polis Şöbəsinin rəisi, Rayon Futbol və Futzal Federasiyası filialının sədri Nizami Qocayev ümummilli lider Heydər Əliyevin nəsillərə örnək olan həyatından, ölkəyə rəhbərlik fəaliyyətindən, idman sahəsində həyata keçirdiyi səmərəli tədbirlərdən, hüquqi və müstəqil dövlət yaradıcılığından ətraflı danışmışdır. Qeyd etmişdir ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi tikinti-abadlıq, quruculuq işlərini sürətlə aparmaqla yanaşı, gənclər və idman siyasətinin həyata keçirilməsinə də önəm verir.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda İsmayıllı bələdiyyəsinin komandası 6:3 hesabı ilə qələbə qazanmışdır.
İsmayıllı bələdiyyəsinin komandası birinci, Kürdmaşı bələdiyyəsinin komandası ikinci, Qalınçaq bələdiyyəsinin komandası üçüncü yeri tutmuşdur.
Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov qalib komandalara kubok və diplomlar, Rayon Futbol və Futzal Federasiyası filiallarının sədri Nizami Qocayev və İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədov pul mükafatlarını təqdim etdilər.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi final yarışını izləyib, qalibləri təbrik edib.
Taleh Məhərrəmov,
Rayon Gİİ-nin əməkdaşı

Şərh Yaz