“Hüquqşünasın tribunası”

Sual: Əgər vətəndaş ona müvafiq orqanın qərarı ilə ayrılan və ya satılan həyətyanı torpaq sahəsindən artıq sahəyə sahiblik edirsə, onu sata bilərmi?

Cavab: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
“Hüquqşünasın tribunası”“Hüquqşünasın tribunası”

Lakin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü və 16.4-cü maddələrində nəzərdə tutulduğu kimi, bu Qanun qüvvəyə minənədək (29 iyun 2001-ci ilədək) torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.
Əlavə olaraq bildirirəm ki, bu növ torpaq sahələrinin rəsmiləşdirilməsi hərrac və ya müsabiqə keçirilmədən Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 – IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 11-ci, 14-21-ci, 23-25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada həyata keçirilir.
Sualınıza cavab olaraq bildirirəm ki, rəsmi sənədlərdə göstərilən ölçüdən artıq istifadə etdiyiniz torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdən sonra onu Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə əməl etməklə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında sata bilərsiniz.
Turxan Seyid,
İsmayıllı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor

Şərh Yaz