Uğurla həyata keçiriləcək

Artıq növbəti bələdiyyə seçkilərinə çox az vaxt qalır. Demokratiya yolunda daha bir uğuru reallaşdırmaq üçün ölkəmizdə ictimai-siyasi həyatın nəbzi bələdiyyə seçkilərinə hazırlıq prosesi ilə bir vurur. Respublikamızın bütün bölgələrində olduğu kimi, 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasında da bu mühüm kompaniyaya ciddi hazırlıq işləri görülmüşdür.
Uğurla həyata keçiriləcəkUğurla həyata keçiriləcək

Artıq növbəti bələdiyyə seçkilərinə çox az vaxt qalır. Demokratiya yolunda daha bir uğuru reallaşdırmaq üçün ölkəmizdə ictimai-siyasi həyatın nəbzi bələdiyyə seçkilərinə hazırlıq prosesi ilə bir vurur. Respublikamızın bütün bölgələrində olduğu kimi, 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasında da bu mühüm kompaniyaya ciddi hazırlıq işləri görülmüşdür.
Uğurla həyata keçiriləcək

Bu günlər DSK-da işlərin ən qızğın çağıdır. Mərkəzi Seçki Komissiyasının bütün tapşırıq və tövsiyələrinə məsuliyyətlə əməl olunur. Dairə üzrə seçki siyahılarına ərazidə daimi yaşayan və seçki hüququ olan 40448 nəfər rayon sakininin adı daxil edilmişdir. İlk dəfə səs verəcək gənc seçicilərlə maarifləndirmə işinin aparılması diqqət mərkəzində olmuşdur. Bələdiyyə seçkilərinin demokratik prinsiplər əsasında, şəffaf və ədalətli keçirilməsi üçün etibarlı bünövrə yaradılmışdır.
Dairənin əhatə etdiyi 66 məntəqədə diqqətçəkən yerlərdə əhalinin 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkilərində fəal iştiraka çağıran plakatlar vurulmuşdur. MSK-nın göndərdiyi avadanlıqlar hesabına dairə və məntəqələrin maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmişdir. Bütün seçki məntəqələri dəmir seyflər, elektrik generatorları, stol, stul, rabitə və s. zəruri avadanlıqlarla etibarlı təmin olunmuşdur. Ötən seçkidə olduğu kimi, yenə 6 məntəqədə veb-kamera quraşdırılmışdır.
İnanırıq ki, ismayıllılar qarşıdakı bələdiyyə seçkilərində ən layiqlilərə səs verəcəklər. Bələdiyyə seçkiləri uğurla həyata keçiriləcək.
Yaqub Hacıyev,
DSK-nın katibi

Şərh Yaz