Görüş-qəbullar

Regionların Sosial-İqtisadi İnkişaf proqramına uyğun olaraq, İsmayıllı rayonunun Mücühəftaran kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlərlə görüş-qəbul keçirilib.
Görüş-qəbullarGörüş-qəbullar

Mücühəftaran
Görüş-qəbullar
Regionların Sosial-İqtisadi İnkişaf proqramına uyğun olaraq, İsmayıllı rayonunun Mücühəftaran kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlərlə görüş-qəbul keçirilib.
Kənd sakinləri ilə görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Çıxış edənlər ölkədə və rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini və Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə ediblər. Rayonda görülən quruculuq-abadlıq işlərindən razılıqlarını bildiriblər.
Sakinlər kənddaxili yolların və Mücühəfaran-Ruşan yolunu birləşdirən torpaq yolunun təmirinə, həmçinin kəndə mavi yanacaq xəttinin çəkilməsinə ehtiyac olduğunu diqqətə çatdırıblar.
Görüşdə çıxış edən RİH başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticələri olduğunu bildirib, bu siyasətin bu gündə uğurla davam etdiyini söyləyib. Eyni zamanda, icra başçısı kənd sakinlərinin qayğıları və problemlərinin həlli ilə əlaqədar göstərişlər verib.
Sakinlər onları narahat edən problemlərin həllində göstərilən dəstəyə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Ruşan
Görüş-qəbullar

26 noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ruşan kəndinin sakinləri ilə görüş-qəbul keçirib.
İcra başçısı sakinlərin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Respublika Prezidentinin yürütdüyü uğurlu siyasətdən, əldə olunmuş nailiyyətlərdən, həyata keçirilən və perspektivdə olan layihələrdən, görülən tədbirlərdən, mövcud problemlərin aradan qaldırılması yollarından danışıb.
Kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinə görə dərin minnətdarlıqlarını bildiriblər.
Ruşan kənd tam orta məktəbinin fizika müəllimi Sahilə Əsədova, kənd sakini Həşim Səfixanov və digər çıxışçılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Ruşan kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Sahib Məmmədov kənddə mədəniyyət evinin tikilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
Sakinlər təbii qazın verilməsinə, tibb məntəqəsinin açılmasına ehtiyac olduğunu deyiblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ruşan kəndində keçirilən səyyar görüş-qəbulda sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlərini verib.
Çinarə Bəhərçinli

Şərh Yaz