YAP layiqli qələbəyə əmindir

Noyabrın 26-da YAP İsmayıllı rayon təşkilatının seçki qərargahında qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işlərinin gedişi, partiya tərəfindən namizədlikləri irəli sürülən və qeydə alınmış partiya təmsilçilərinə vəsiqələrin verilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova ulu öndər Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı cənab prezident İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti nəticəsində yeniləşən, müasirləşən, gündən-günə gözəlləşən Azərbaycan demokratik prinsiplərə əsaslanaraq böyük sürətlə inkişaf edir. Demokratiyanın inkişafında önəmli yer tutan yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin yaxından iştirakı sayəsində ölkəmizdə demokraik, siyasi, hüquqi, iqtisadi islahatlar uğurla həyata keçirilir. Bu səbəbdəndir ki, qarşıdan gələn 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri böyük önəm kəsb edir və əvvəlki illərdə olduğu kimi, bu ilki seçkilərin də ədalətli, şəffaf, ölkəmizin seçki qanunvericiliyinə uyğun, inkişaf etmiş ölkələrin praktikasından bəhrələnməklə, yeni texnologiyalardan səmərəli istifadə olunmaqla keçirilməsi üçün ciddi hazırlıq işləri görülür.

YAP layiqli qələbəyə əmindirYAP layiqli qələbəyə əmindir

Partiyanın öncül dəstələrindən olan YAP İsmayıllı rayon təşkilatının seçki qərargahı da qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Belə ki, rayon təşkilatı tərəfindən YAP Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun olaraq seçkilərin keçiriləcəyi bələdiyyə ərazilərində təbliğat-təşviqat tədbirlərinin qrafiki hazırlanmış, yerli təbliğatçılarla görüş keçirilmişdir.
Təşkilatın sədri qeyd edib ki, dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçiriləcək, YAP üzvləri əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də layiqli qələbə çalacaqlar.
Tədbirdə çıxış edən YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, Gənclər Birliyinin sədri Taleh Salehov, partiya fəalı, bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış İsmayıl Tarverdiyev çıxış edərək qarşıdan gələn seçkilərin ölkəmizin ictimai-siyasi həyatındakı önəmindən danışıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası tərəfindən İsmayıllı bələdiyyəsinə namizədliyi irəli sürülənlərə namizədlik vəsiqələr təqdim edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz