İnsan amilinə verilən yüksək qiymət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il dekabrın 10-da imzaladığı Sərəncamla “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” nı təsdiq edib. Bu sənədə əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə olunub.
İnsan amilinə verilən yüksək qiymətİnsan amilinə verilən yüksək qiymət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il dekabrın 10-da imzaladığı Sərəncamla “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” nı təsdiq edib. Bu sənədə əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə olunub.
“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nda ilk olaraq bildirilir ki, uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Proqramda son illər bu sahədə mühüm tədbirlərin həyata keçirildiyi, onların BMT-nin Uşaq Hüquqları Konvensiyasına və “Minilliyin İnkişaf Məqsədləri”nə, eləcə də “Azərbaycan -2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasına uyğun olaraq aparıldığı vurğulanır: “Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir. Bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərə çarpan müsbət dinamika müşahidə olunur.
Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanunun tətbiqi barədə ”Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanın 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış bu Dövlət Proqramı uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanının məhdudluğunun, ölümün səviyyəsinin azaldılmasına yönəldilmişdir.
Bu Dövlət proqramı 2013-2017- ci illəri əhatə edir və uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur”.
Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 71.100.101 saylı əmr hazırlanmış və tibb müəssisələrinə göndərilmişdir. Bu əmrlərə uyğun olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanası tərəfindən 20.10.2014-cü il tarixli 800 nömrəli əmr verilmişdir. Bu işin mütəşəkkil qaydada həyata keçirilməsi üçün tibbi briqadalar yaradılmış müayinə təqvimi hazırlanmış və görülən işlər barəsində Səhiyyə Nazirliyinə məlumat göndərilmişdir.
İnsan amilinə verilən yüksək qiymət

İsmayıllı rayonu üzrə 0-17 yaşlı 22645 nəfər, o cümlədən şəhər üzrə 6673 uşaq tibbi müayinədən keçiriləcəkdir. Uşaqlar mütəşəkkil və qeyri mütəşəkkil qruplarda müayinə olunacaqlar. Mütəşəkkil qrupları bağça, məktəb, peşə liseyi, kollecdə təhsil alan uşaqları əhatə edəcək, qeyri-mütəşəkkil qrupu isə 0-6 yaşlı evlərdə olan uşaqları əhatə edəcəkdir.
Mütəşəkkil qruplar, həkim briqadaları tərəfindən təhsil müəssisələrində müayinə olunur. Müayinənin nəticəsi uşağın inkişaf tarixində (AZS112/4) qeyd edilir və “Vətəndaşların Elektron Sağlamlıq kartı sistemi”nə daxil edilir.
Profilaktik müayinələrin nəticələrinə əsasən uşaqlar sağlamlıq qruplarına bölünür. Xəstə və xəstələnmə riski olan uşaqlar dispanser müşahidəsinə götürülür, onlara “Uşağın Dispanser müşahidə kartı” (AZS 030) açılır.
Hər bir xəstə və xəstələnmə riski olan uşaqlara plan tərtib edilir. Dispanserizasiya planına uyğun olaraq uşağa aparılan müayinə və müalicə tədbirləri barədə məlumat “Uşağın Dispanser müşahidə kartında” (AZS30/4) qeyd edilir.
Eyni zamanda Dövlət proqramında valideynlərin maarifləndirilməsi işi də nəzərdə tutulmuşdur, uşaqların sağlam böyüməsi üçün valideyn məsuliyyəti də böyük əhəmiyyət daşıyır.
Belə ki, valideynlər vaxtlı-vaxtında uşağını sahə həkiminə gətirməli, uşaqda yarana biləcək hər hansı xəstəliyin əlamətini vaxtında həkimlə məsləhət etməli, tibb işçilərinin çağırışlarına vaxtında cavab verməli, profilaktik peyvəndlərə vaxtında gətirməlidirlər.
Prezident İlham Əliyevin İsmayıllı rayonuna son səfəri zamanı əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərəcək xəstəxananın istifadəyə verilməsi dövlətimizin insan sağlamlığına verdiyi yüksək qiymətin böyük təzahürüdür. Təsadüfü deyil ki, cənab Prezident İsmayıllıda ictimaiyyət nümayəndələri ilə görüşü zamanı “İnsanların sağlamlığı dövlətimiz üçün çox vacibdir” demişdir.
Gələcəyimiz olan uşaqlara böyük qayğının nəticəsi kimi, “Uşaqların icbari dispanserizasiya” dövlətin insan amilinə verdiyi böyük qiymətin göstəricisidir. Biz də bu qayğıdan ruhlanaraq gələcəyimiz olan uşaqların fiziki-psixi sağlamlıqları üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Vidadi Rəhimov,
İsmayıllı Uşaq Xəstəxanasının baş həkimi

Şərh Yaz