Tibbi müayinələr davam edir

İsmayıllı rayonunda 18 yaşadək uşaqların tibbi müayinəsi davam etdirilir. Noyabr ayının 27-də İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində müayinələrə başlanıb.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən aksiyanın yüksək səviyyədə başa çatdırılması məqsədi ilə Rayon Mərkəzi Xəstəxanasının həkim heyətindən ibarət iki səyyar qrup yaradılıb. Həkim qrupuna pediatr, nevropatoloq, lor, oftolmoloq və stomatoloqlar daxildir. Həkimlərdən ibarət səyyar briqadalar qrafik əsasında müayinələr aparırlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Tibbi müayinələr davam edirTibbi müayinələr davam edir

Tibbi müayinələr əsasən ümumtəhsil məktəblərində və uşaq bağçalarında aparılır. Bu günədək İsmayıllı rayonunda 12800 uşaq tibbi müayinələrdən keçirilib. Onlardan 10 uşaq müalicə üçün Bakı şəhərinə göndərilib, 25 uşaq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında pediatriya şöbəsində müalicə alır, 137 uşaq isə müxtəlif xəstəliklər üzrə dispanser müşahidəsinə götürülüb.
Təhsil müəssisələrindəki uşaqlarla yanaşı, uşaq bağçalarına gedən və evdəki qeyri-mütəşəkkil uşaqların icbari dispanserizasiyasının da paralel olaraq aparılması davam edir.
Çinarə Bəhərçinli

Şərh Yaz