Ulu öndərin irsi öyrədilir

Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycanın hər bir gənci öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz, millətinə olan məsuliyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz”.
Ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədris olunması nəzərdə tutulmuşdur. Məqsəd ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən hərtərəfli öyrənilməsinə maraq oyatmaqla onlarda fəal həyat mövqeyinin, vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə etibarlı zəmin yaratmaqdan ibarətdir.

Ulu öndərin irsi öyrədilirUlu öndərin irsi öyrədilir

Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycanın hər bir gənci öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz, millətinə olan məsuliyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz”.
Ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədris olunması nəzərdə tutulmuşdur. Məqsəd ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən hərtərəfli öyrənilməsinə maraq oyatmaqla onlarda fəal həyat mövqeyinin, vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə etibarlı zəmin yaratmaqdan ibarətdir.
Respublikamızın müstəqilliyinin bərpasından keçən illər təsdiq etmişdir ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti böyük məktəbdir. Ulu öndərin ideyaları ondan bəhrələnənlərin həyat yoluna daim işıq saçır. Müstəqil həyata hazırlaşan gənclərimiz ulu öndərin irsini öyənməklə mətinləşir, xalqını, vətənini sevən əsl vətəndaş kimi yetişirlər.
Ulu öndərin irsi öyrədilir

Bütün bunları nəzərə alan Respublika Təhsil Nazirliyi artıq ikinci ildir ki, həmin dərslərdə ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsini tövsiyə etmişdir.
Bunun üçün hər biri iki 45 dəqiqədən ibarət olan 2 dərs ayrılmışdır. Birinci dərsin mövzusu “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, ikinci dərsin mövzusu isə “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial iqtisadi inkişafının təminatçısıdır” müəy-yənləşdirilmişdir. Dərslərin ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzləərdə keçirilməsi tövsiyə edilmişdir.
Təhsil Nazirliyinin tövsiyəsi ilə İsmayıllı rayonunda dərslərin tədrisinə aid qrafik hazırlanaraq təsdiq edilmişdir. Qrafikdə rayonun 46 tam orta məktəbin hər birinin dərs günləri, dərsləri tədris edəcək müəllimlər və dərslərin təşkilinə məsul olan Rayon Təhsil Şöbəsinin nümayəndələri göstərilmişdir.
Rayon Təhsil Şöbəsi tərəfindən dərsləri tədris edəcək rayonun 12 nəfər qabaqcıl tarix müəllimi müəyyənləşdirilmişdir.
Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar tədris olunacaq dərslərə aid Rayon Təhsil Şöbəsində tam orta məktəblərin direktorları və dərsləri tədris edəcək müəllimlərin iştirakı ilə geniş müşavirə keçirilmiş, əlaqədar şəxslərə konkret tapşırıqlar verilmişdir.
Qrafikə uyğun olaraq ilk dərslər 7 noyabr 2014-cü il tarixdə başlanmışdır. Artıq şəhər 2, 5, 6, 7 nömrəli, Lahıc qəsəbə, Cülyan, Qalacıq, İstisu, Sumağallı, Buynuz, Qurbanəfəndi, Kəlbənd, Zərnava, Uştalqışlaq, Ruşan, Vəng kənd tam orta məktəblərinin XI sinif şagirdləri üçün ilk dərslər keçirilmişdir. Keçirilən dərslərdə şagirdlərin diqqətinə çatdırılmışdır ki, Azərbaycanın XX əsr tarixinin geniş bir dövrü ümumilli lider Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbyacan dövlətinin qurucusudur.
Şagirdlərə aydın şəkildə çatdırılmışdır ki, 1993-cü ilin iyununda Heydər Əliyevin qayıdısı ərəfəsində Azərbaycan öz tarixinin qanlı burulğanında idi. Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verirdi. Yaranmış vəziyyətdən istifadə edən düşmənlərimiz torpaqlarımızın işğalını daha da genişləndirmişdilər. Müdrik xalqımız həmin ağır günlərdə yeganə düzgün addımını ataraq dünyanın ən böyük siyasət adamını hakmiyyətə gətirdi. Bununla xalqımız məhv olmaqdan, dövlətçiliyimiz süqut etməkdən xilas oldu. Dahi şəxsiyyət ən kəskin ziddiyətlərin mövcud olduğu şəraitdə böyük təmkinlik və qətiyyət nümayiş etdirdi. Heydər Əliyevin bacarığı sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdlərinin qarşısı alındı, xalqın inamı özünə qayıtdı.
Dərslərdə şagirdlərə izah edilmişdir ki, dahi öndər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qaldırmaq üçün əməli addımlar atdı. O 1994-cü ilin sentyabrında BMT-nin 49-cu, 2000-ci ildə isə yubiley sesiyalarının tribunalarından Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı. 1996- cı ilin dekabrında keçirilən ATƏT-in Lissabon sammitində Ulu öndərin diplomatik səyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Bəyanat qəbul olundu. 1998-ci ilin sentyabr tarixində Bakıda İpək yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi Heydər Əliyevin müdrikliyi sayəsində mümkün oldu. 2000-ci ilin aprelində “Kitabi Dədə -Qorqud” dastanının Bakıda 1300 illik yubileyinin təntənə ilə qeyd olunması Ulu öndərin tarixi keçmişimizə, xalqımızın soy kökünə bağlılığının nəticəsi idi. O, uzaqgörən siyasəti ilə Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı, Mərkəzi Asiyanın müstəqil türk dövlətləri ilə tarixi dostluq münasibətlərimiz bərpa olundu. Şagirdlərə öyrədilmişdir ki, Ulu öndərin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının mükəmməl lahiyəsi hazırlanaraq 1995- ci ilin 12 noyabr tarixdə ümumxalq referendurumu ilə qəbul olundu.
Ulu öndərin irsi öyrədilir

1994-cü il sentyabrın 20-də dünyanın qabaqcıl neft şirkətləri ilə “əsrin müqaviləsi”nin imzalanması ilə neft strategiyasının əsasını qoydu. 2001- ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay xarici ölkələrdə Azərbaycanın diasporlarının yaradılmasında mühüm addım oldu.
Şagirdlərə izah edilmişdir ki, dünyanın ən qüdrətli siyasətçilərindən olan Heydər Əliyev Müstəqil Azərbaycan dövlətini qurdu, onu təhlükələrdən böyük ustalıqla, mərdliklə, incə və çevik siyasətlə qoruyub inkişaf yoluna çıxartdı.
Dərslərdə şagirdlərə ulu öndərin İsmayıllıya səfərləri, əhali ilə keçirdiyi görüşlər haqqında ətraflı məlumatlar verilmiş, bu səfərləri əks etdirən şəkillər və film nümayiş etdirilmişdir.
Şagirdlərə məlumat verilmişdir ki, ulu öndər ilk dəfə İsmayıllıya 1981-ci il 23 iyul tarixində səfər etmişdir. Bu səfər zamanı o, təsərrüfatlarda olmuş, zəhmətkeşlərlə səmimi söhbətlər etmiş, dəyərli məsləhətlərini vermişdir. Girdiman çay üzərində qurulan körpüdə işlərin gedişi ilə tanış olmuş, İsmayıllı Lahıc yolunun çəkilişi haqqında tapşırıqlarını vermişdir. İvanovka kəndində keçirilən Respublika heyvandarlarının seminar-müşavirəsini keçirən Ulu öndər İsmayıllıda bir neçə obyektin açılışında iştirak etmişdir.
Ümummilli liderin İsmayıllıya ikinci səfəri 1981-ci il dekabrın 5-də olmuşdur. O zaman İsmayıllıda zəlzələ baş vermiş, rayonda dağıntılar olmuşdu. Əhali çaşqınlıq içində idi. Dahi şəxsiyyət olan Heydər Əliyevin rayona gəlməsi, əhali ilə görüşləri insanlarda böyük ümid yaratdı. Zəlzələdən dağılmış evlər qısa müddətdə dövlət tərəfindən bərpa edildi. İsmayıllıya gələn kömək sayəsində yeni obyektlər tikildi. Bütün bunlar Ulu öndərin diqqəti və qayğısı sayəsində mümkün oldu.
Şagirdlərə izah edilmişdir ki, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində müstəqil respublikamız inkişaf edərək dünyanın qabaqcıl ölkələri sırasına daxil olmuşdur Ölkəmizdə əldə edilmiş siyasi sabitlik və davamlı inkişaf vətəndaşların maddi-rifah halını daha da yaxşılaşdırmaqdadır.
İsmayıllı rayonunda ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi ilə əlaqədar XI sinif şagirdləri üçün dərslər uğurla davam etdirilir.
Ramiz Baloğlanov,
Əməkdar müəllim, İsmayıllı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

Şərh Yaz