Qayğı göstərilir

Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin dəstəyi və təşkilatçılığı ilə dekabr ayının 1-də Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində rayon mədəniyyət müəssisələrinin rəhbərləri, üzv təşkilatlarda çalışan əlil işçilərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.Qayğı göstərilir

Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin dəstəyi və təşkilatçılığı ilə dekabr ayının 1-də Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində rayon mədəniyyət müəssisələrinin rəhbərləri, üzv təşkilatlarda çalışan əlil işçilərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin sədri Lətif Quliyev çıxış edərək üzv təşkilatlarda çalışan əlillərin qanunvericilikdə nəzərdə tutulmuş əmək, məzuniyyət, istirahət hüquqlarından istifadə olunması sahəsində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, üzv təşkilatlarda çalışan əlil işçilərin 42 təqvim günündən az olmayaraq əmək məzuniyyətindən, qısaldılmış iş saatlarından istifadə etmələri bütün müəssisələrdə təmin olunmuşdur.
Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi tərəfindən İsmayıllı Uşaq İncəsənət Məktəbi, Mərkəzləşdirilmiş Kitabxana Sistemində çalışan bir neçə əlil işçiyə il ərzində maddi yardım göstərilmişdir.
Talıstan kənd klubunun müdiri II qrup Çernobıl əlili Nizami Hüseynova Respublika Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinə müraciəti əsasında ona dekabr ayına “Bilgəh” sanatoriyasına pulsuz göndəriş verilmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz