İsmayılı bələdiyyəsinə üzvlüyə namizəd Qasımova Sevda Bəkir qızının PLATFORMASI

İdarəetmə sahəsində
Bələdiyyənin işində fəaliyyət göstərərkən bu yerli idarəetmə qurumuna xalqın inam və etibarını qazandırmaq, onu vətəndaş cəmiyyətinin qurulmasında güc mərkəzinə çevirmək istiqamətində səy göstərmək. Bu qurumun insanların güvənə biləcəyi institut olduğunu işdə sübut etmək.
Seçicilərin, ərazı sakinlərinin istək və arzularını, problemlərini həll etmək üçün bələdiyyə imkanlarından yetərincə istifadə etmək, bu problemləri müzakirəyə çıxarmaq, bələdiyyə yığıncaqlarında fəal şəkildə iştirak etmək.

İsmayılı bələdiyyəsinə üzvlüyə  namizəd Qasımova Sevda Bəkir qızının PLATFORMASIİsmayılı bələdiyyəsinə üzvlüyə namizəd Qasımova Sevda Bəkir qızının PLATFORMASI
İsmayılı bələdiyyəsinə üzvlüyə  namizəd Qasımova Sevda Bəkir qızının PLATFORMASI

İdarəetmə sahəsində
Bələdiyyənin işində fəaliyyət göstərərkən bu yerli idarəetmə qurumuna xalqın inam və etibarını qazandırmaq, onu vətəndaş cəmiyyətinin qurulmasında güc mərkəzinə çevirmək istiqamətində səy göstərmək. Bu qurumun insanların güvənə biləcəyi institut olduğunu işdə sübut etmək.
Seçicilərin, ərazı sakinlərinin istək və arzularını, problemlərini həll etmək üçün bələdiyyə imkanlarından yetərincə istifadə etmək, bu problemləri müzakirəyə çıxarmaq, bələdiyyə yığıncaqlarında fəal şəkildə iştirak etmək.
Fəaliyyət göstərdiyi ərazidə yalnızca şikayətləri dinləməklə kifayətlənməyib, həll ediləcək problemləri üzə çıxarmaq, bələdiyyənin illik hədəflərini müəyyənləşdirərək inkişafa kömək etmək istiqamətində real addımlar atmaq.
Bələdiyyənin insanların güvənə biləcəyi bir quruma çevrilməsi üçün beynəlxalq təcrübəni öyrənmək və ondan istifadə etmək, Türkiyə bələdiyyələri ilə qardaşlıq əlaqələri qurmağa çalışmaq.
Büdcənin səmərəli şəkildə istifadə olunması üçün programlaşdırma və nəzarət mexanizminin qurulmasına nail olmaq.
Sosial-iqtisadi sahədə
İsmayıllı şəhəri ərazisində, xüsusən son zamanlar şəhər ərazisinə birləşdirilən, lakin hələ şəhərləşdirilməmiş Mican, Qəzli, Aşağıbaş və Yuxarıbaş ərazilərində yolların abadlaşdırılması, işıqlandırılması, küçə adları lövhələrinin vurulması kimi ən vacib işlərin həllinə kömək etmək, bu məqsədlə həm müvafiq dövlət qurumları qarşısında məsələ qaldırmaq, həm də əhalinin, yerli icmaların qüvvələrindən istifadə etmək.
İnsanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, xüsusən Aşağıbaş, Mican və Yuxarıbaş ərazisində qaz, su və elektrik xətləri çəkilişindəki çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilarlar qarşısında məsələ qaldırmaq, bu problemlərin həllinə nail olmaq.
Həmin ərazilərdə parkların, idman meydançalarının və s. əyləncə və məişət xidməti yerlərinin açılması istiqamətində fəaliyyət göstərmək.
Artıq bütövlükdə şəhərin, daha çox isə Yuxarıbaş yaşayış massivinin probleminə çevrilmiş bazarın yaratdığı narahatlıqların aradan qaldırılması istiqamətində mühüm səylər göstərmək.Yuxarıbaşın ən strateji və əsas yolunun (Şirvanşahlar küçəsi) bazar və dəmirçi emalatxanaları tərəfindən zəbt olunması probleminin həlli üçün mübarizə aparmaq.
İctimai nəqliyyatın hərəkətinin əhatə dairəsinin genişlənməsi və işıqforların qoyulmasına nail olmaq.
Bir çox hallarda ictimai yolların və torpaqların ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz olaraq həyətlərinə qatılması, beləliklə, yolların daralması, ya da tamamən sıradan çıxması, məişət tullantılarının yol kənarlarına atılması, həyətinin qala divarlarından kənarda olan yollarda maşın və piyada hərəkətlərinə mane olan və s. hallara qarşı mübarizə aparmaq.
Şəhər ərazisində alış-veriş mədəniyyətinin bərqərar olması üçün maarıfləndirmə işləri aparmaq, bu işə müvafiq orqanları cəlb etmək.
Sahibkarlığın və mədəni şəkildə təşkil olunmuş ticarətin inkişafına dəstək vermək.
Kənd təsərrüfatının inkişafına dəstək olaraq, bu təyinatlı torpaqların əkilməsi, məhsul becərilməsinə dəstək olmaq.
Yaşayış məntəqələrində anti-sanitariya vəziyyətini aradan qaldırmaq, müvafiq təşkilatlarla əlaqələr qurub məişət tullantılarının idarə olunmasına çalışmaq.
Əhalinin tibbi və sanitar-gigiyenik baxımdan savadlandırılması istiqamətində tədbirlər həyata keçirmək.
Uşaqların təhsildən yayınması, azyaşlıların ağır əməyə cəlb edilməsi, uyğun olmayan şəraitdə dərs keçilməsi və s. kimi problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək, məktəbəqədər tədris müəssisələrinin inkişafına kömək etmək.
Qadına şiddət, qadın hüquqlarının hesaba alınmaması, əmlak payının verilməsindən imtina edilərək çarəsiz buraxılması, intihar hallarını doğuran sosial, maddi, psixoloji və digər hallara qarşı mübarizə vasitələrini işə salmaq.
Qadınların ictimai həyatda fəal iştirak etməsini əngəlləyən hər hansı subyektiv və obyektiv səbəblərə qarşı mübarizə aparmaq.
Köhnəlmiş, mütərəqqi xüsusiyyətlərini itirmiş və ya bayağılaşdırılmış xeyir və şər adətlərinə, ziyanlı vərdişlərə, narkomaniyaya qarşı mübarizədə ağsaqqalların, ziyalıların, din xadimlərinin – bir sözlə, cəmiyyərin öncül hissəsinin qüvvəsindən istifadə etməklə gənclərin, ümumilikdə isə insanların fiziki, maddi və mənəvi gücünü vətən və cəmiyyətin inkişafı naminə faydalı işlərə sərf etməsinə yönəldən layihələr işləyib hazırlamaq.
Demokratik, milli və dini dəyərlərin qorunması, ölkəmizin, müstəqil dövlətimizin içəridən sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin qarşısının alınması üçün mütəmadi olaraq təbliğat, inandırma, maarifləndirmə işləri aparmaq.
Gənclərimizi milli mentalitetimizə uyğun olmayan vərdişlərdən yayındırmaq, onları milli dəyərlər ruhunda tərbiyə etmək istiqamətində tədbirlər həyata keçirmək.
İsmayıllıda turizmin inkişafına yönəlmiş təbbirlər həyata keçirmək.
Ekologiya sahəsində
“Gələcəyimiz öz əlimizdədir” layihəsinə dəstək vermək.
İnsanlarda yaşıllaşdırma mədəniyyəti, torpağa qayğıkeş münasibət formalaşdırmaq üçün təşviqat işləri aparmaq. Rayon rəhbərliyinin əhali ilə birgə həyata keçirdiyi yaşıllaşdırma, meşəsalma layihələrinin gerçəkləşməsinə yaxından kömək etmək.
Ərazidən keçən Qəzli çayının, Əyriçayın sahillərinin, meşələrin – təbiətin qidaverici damarlarının zəbt olunmasının qarşısını almaq üçün təşəbbüslər göstərmək.
Əziz seçicilər!
Sizi bələdiyyə seçkilərinə dəvət edirik.
Bizə arzularinizi həyata keçirməyə bir şans verin!

Şərh Yaz