İsmayıllı bələdiyyəsi üzvlüyünə namizədlər seçkiqabağı PLATFORMASI

I. İdarəetmə sahəsində
– Bələdiyyənin kollegial və şəffaf idarə edilməsini təmin edərək vətəndaşların etimad göstərəcəyi səviyyədə idarəçiliyi təşkil etmək;
– Bələdiyyənin bütün sahələrdə fəaliyyəti barədə ildə 2 dəfədən az olmayaraq xüsusi bülletenlər və KİV vasitəsilə seçicilərə geniş məlumat vermək;
– İdarəetmənin daha səmərəli təşkili mədsədilə bacarıqlı, səriştəli mütəxəssislərin ekspert qismində cəlb edilməsi;
– Bələdiyyə qanunvericiliyinə müvafiq olaraq hərtərəfli, dəqiq uçot sistemini qurmaq, bələdiyyənin gəlir mənbələrini genişləndirmək;
– Dövlət idarəetmə sistemi, Qeyri-Hökumət Təşkilatları, ictimai birliklərlə və dini qurumlarla sıx münasibətlər yaratmaqla əlaqəli işin qurulmasını təmin etmək, siyasi əqidəsindən asılı olmayaraq vətəndaş hüququna üstünlük vermək;
– Bələdiyyəyə edilən müraciətlərə, vətəndaşların ərizə və şikayətlərinə vaxtında və həssaslıqla yanaşmaq, tərəfsizlik prinsipini əsas götürmək, müvafiq qanunvericiliyə riayət etmək;
İsmayıllı bələdiyyəsi üzvlüyünə namizədlər  seçkiqabağı PLATFORMASIİsmayıllı bələdiyyəsi üzvlüyünə namizədlər  seçkiqabağı PLATFORMASI

İsmayıllı bələdiyyəsi üzvülüyünə namizəd
İsmayıllı bələdiyyəsi üzvlüyünə namizədlər  seçkiqabağı PLATFORMASI
Tarverdiyev İsmayıl Emin oğlu

1963-cü ilin dekabr ayının 1-də İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur. Orta təhsilini 1971-1979-cu illərdə Hacıhətəmli kənd orta məktəbində, 1979-1981-ci illərdə isə Bakı şəhəri 1 saylı respublika fizikia-riyaziyyat təmayüllü internat məktəbində almışdır.
1981-ci ildə Belorusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi institutunun (indiki Belarus Aqrar Texniki Universiteti) mühəndis-pedaqoq fakultəsinə daxil olmuş, 1986-cı ildə həmin institutu bitirərək mühəndis-müəllim ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyətinə 1986-1987-ci illərdə Göyçay 179 saylı texniki-peşə məktəbində ixtisas-fənn müəllimi işləməklə başlamışdır.
1987-ci ildə komsomol işinə irəli çəkilmişdir. Əvvəlcə Hacıhətəmli kəndində sovxoz, 1988-1990-cı illərdə isə rayon komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. 1990-1995-ci illərdə İsmayıllı ət-süd emalı kombinatında mühəndis-mexanik vəsifəsində, 1995-1999-cu illərdə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində müəllim, 2004-2005-ci illərdə rayon şahmat məktəbində məşqçi-müəllim vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək İsmayıllı Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləyir.
Ailəlidir. İki övlad atasıdır.

İsmayıllı bələdiyyəsi üzvülüyünə namizəd
İsmayıllı bələdiyyəsi üzvlüyünə namizədlər  seçkiqabağı PLATFORMASI
Şirəliyev Rövşən Qasım oğlu

24 dekabr 1957-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə orta təhsilini almış, 1975-1979-cu illərdə Xankəndi Pedaqoji İnstitunun filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1979-1981-ci illərdə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasında oxumuşdur. 1979-1992-ci illərdə müəllim, direktor müavini, 1992-1993-cü illərdə İsmayıllı RİH başçısının birinci müavini vəzifəsində işləmişdir.
1993-2010-cu illərdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2010 -cu ildə İsmayıllı kənd bələdiyyəsinə üzv seşilmiş və bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. 2013-cü ildən İsmayıllı bələdiyyəsi sədrinin köməkçisidir.
Ailəlidir, 6 övladı, 7 nəvəsi vardır. Ailənin yeganə oğlu hal-hazırda cəbhə bölgəsində hərbi xidmətdədir.

İsmayıllı bələdiyyəsi üzvlüyünə namizədlər – Yeni Azərbaycan Partiyasının üzvü Tarverdiyev İsmayıl Emin oğlu və bitərəf Şirəliyev Rövşən Qasım oğlunun birgə, seçkiqabağı PLATFORMASI
I. İdarəetmə sahəsində
– Bələdiyyənin kollegial və şəffaf idarə edilməsini təmin edərək vətəndaşların etimad göstərəcəyi səviyyədə idarəçiliyi təşkil etmək;
– Bələdiyyənin bütün sahələrdə fəaliyyəti barədə ildə 2 dəfədən az olmayaraq xüsusi bülletenlər və KİV vasitəsilə seçicilərə geniş məlumat vermək;
– İdarəetmənin daha səmərəli təşkili mədsədilə bacarıqlı, səriştəli mütəxəssislərin ekspert qismində cəlb edilməsi;
– Bələdiyyə qanunvericiliyinə müvafiq olaraq hərtərəfli, dəqiq uçot sistemini qurmaq, bələdiyyənin gəlir mənbələrini genişləndirmək;
– Dövlət idarəetmə sistemi, Qeyri-Hökumət Təşkilatları, ictimai birliklərlə və dini qurumlarla sıx münasibətlər yaratmaqla əlaqəli işin qurulmasını təmin etmək, siyasi əqidəsindən asılı olmayaraq vətəndaş hüququna üstünlük vermək;
– Bələdiyyəyə edilən müraciətlərə, vətəndaşların ərizə və şikayətlərinə vaxtında və həssaslıqla yanaşmaq, tərəfsizlik prinsipini əsas götürmək, müvafiq qanunvericiliyə riayət etmək;
– Bələdiyyənin fəaliyyətinə qanundan kənar müdaxilələrə yol verməmək;
– İdarəetmədə yüksək texnologiyanın bütün imkanlarından istifadə edilməsini təmin etmək;
– Bütün bələdiyyə üzvlərinin fəallığına şərait yaratmaq, təşəbbüskarlığa yol açmaq, eyni zamanda yüksək işgüzar, tələbkarlıq mühitini formalaşdırmaq;
– Bələdiyyələrin fəaliyəti ilə əlaqədar bütün qanunların tam gücü ilə işləməsinə nail olmaq.
II. Sosial sahədə
– Şəhərin yaşayış məhəllələri arasındakı yolların abadlaşdırılması, suötürücü arxların təmizlənməsi, sıradan cıxmış körpülərin bərpası, zəruri olan yerlərdə yeni körpülərin salınması;
– Məhəllələr arasında ümumi istifadədə olan torpaq sahələrinin kol-kosdan təmizlənməsi, yararsız, istifadəsiz tikintilərdən azad olunması, iri yaşayış məhəllələrində istirahət güşələrinin yaradılması;
– Dövlət layihələrindən kənarda qalan ərazilərin infrastruktur təminatı ilə məşğul olmaq;
– Qəzli, Tingçilik adlanan ərazilərdə yaşayan məktəbli uşaqların daha uzaqda yerləşən məktəblərə aparıb-gətirilməsi üçün nəqliyyat vasitəsinin ayrılmasına nail olmaq;
– Gənclərin və uşaqların fiziki sağlamlığının möhkəmləndirilməsi üçün müxtəlif ərazilərdə idman meydançalarının yaradılması;
– Vətəndaşların həyətyanı torpaq sahələri ilə təmin olunmasında sosial ədalət prinsipini gözləmək, əhalinin məskunlaşması üçün uzunmüddətli proqram hazırlamaq, bələdiyyə mənzil fondunun yaradılmasına nail olmaq;
– Mövcud dövlət mənzil fondunun yerli özünüidarəetməyə verilməsi üçün bələdiyyənin üzərinə düşən vəzifələri yerinə yetirmək, bu işin mərhələlərlə həyata keçirilməsini təmin etmək;
– Şəhərin gur, hərəkətli müxtəlif ərazilərində özəl və ya bələdiyyə sanitar qovşaqlarının yaradılması.
– İmtiyazlı vətəndaşlara (şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranlar və s.) daim diqqət və qayğı göstərmək, problemlərinin həll edilməsində onlara yardımçı olmaq;
– Kimsəsiz və tənha insanlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara hüquqi, maddi və mənəvi yardımlar göstərmək;
– İstedadlı gənclərə, yüksək göstəriciləri ilə fərqlənən məktəblilərə xüsusi qayğı ilə yanaşmaq;
– Məktəblərin, məktəbdənkənar təhsil müəssisələrinin, o cümlədən məktəbəqədər tərbiyə müəssisələrinin, mədəniyyət ocaqlarının problemlərinin həllində onlara yardımçı olmaq. Bələdiyyədə vətəndaşlara hüquqi yardımın göstərilməsi üçün hüquq məsləhətxanasının yaradılmasına nail olmaq;
– Məktəb yollarının işıqlandırılmasına nail olmaq.
III. İqtisadi sahədə
– Bələdiyyənin maddi-texniki bazasının yaradılmasına nail olmaq, şəhər təsərrüfatı üçün zəruri olan alət və avadanlıqların, o cümlədən texnikanın (yük avtomobili, ekskovator, avtobus və s.) mərhələlərlə alınmasını təmin etmək;
– Bələdiyyə torpaqlarında bələdiyyə təsərrüfatlarının (bağçılıqq bostançılıq, tingçilik, quşçuluq, istixanalar və s.) yaradılmasına və inkişaf etdirilməsinə nail olmaq;
– Bələdiyyə büdcəsinə gəlir gətirə bilən xidmət sahələrinin yaradılmasına və inkişaf etdirilməsinə nail olmaq;
– İsmayıllı rayonu ərazisində “İsmayıllı məhsulları topdan və pərakəndə satış” funksiyalı ticarət mərkəzi yaratmaq. İsmayıllını “BREND” məhsulları ilə tanıdaraq şöhrətləndirmək;
– Respublikanın şəhər bələdiyyələri ilə əlaqəli işləyərək turist axınını sürətləndirmək, yüksək tələblərə cavab verən turizm xidmətlərinin qurulması üçün proqram və layihələr hazırlamaq, onların icrasına nail olmaq;
– Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlara münbit şəraitin yaradılması
üçün qanun çərçivəsində yardımçı olmaq;
– Şəhər ərazisində kənd təsərrüfütının inkişafı üçün təşkilatı tədbirlər görmək, əkin sahələrinin mühafizə xidmətini təşkil etmək, torpaqların təyinatı üzrə istifadəsinə nəzarəti artırmaq, torpaqlara
ziyan vuran qanunsuz qazıntıların qarşısının alınması, zəbt olunmuş örüş sahələrinin əhalinin istifadəsinə qaytarılması, təsərrüfatlararası yolların bərpası, şəhər əhalisinin ərzaq təhlükəsizliyi sahəsində fəallığının artırılması üçün səfərbər edilməsi;
– Məişət tullantılarından istifadə etməklə kiçik həcmli emal sahəsinin yaradılması;
– İqtisadı layihələrin həyata keçirilməsi üçün dövlət subsidiyalarının alınmasına nail olmaq;
– Əhalinin məşğulluğunu təmin etmək, bələdiyyənin gəlirlərini artırmaq üçün xidmət və ticarət sahəsi yaratmaq;
– Müvafiq dövlət qurumları ilə birlikdə şəhərin perspektiv inkişaf proqramını müəyyən etmək.

IV. Yerli ekoloji problemlər
– “Gələcək öz əlimizdədir” layihəsinə uyğun olaraq təmiz şəhərə nail olmaq üçün daimi
maarifləndirmə işləri aparmaq, ərazinin ən ucqar nöqtələrində belə zibilliklərin birdəfəlik ləğv edilməsi, antisanitariya yaradan fiziki və hüquqi şəxslərə qarşı aidiyyatı qurumlarla birgə tədbirlərin görülməsi;
– Ümumi istifadədə olan şəhər torpaqlarında yararsız tullantıları, tikinti qalıqlarını bələdiyyə hesabına təmizləmək, ümumyaşayış binaları ətrafındakı əraziləri kol – kosdan təmizləmək, təhlükəli ağacları qanun çərçivəsində zərərsizləşdirmək;
– Şəhərin təmizliyinə cavabdeh olan dövlət qurumlarının (Kommunal Müəssisələri Kombinatı, Mənzil İstismar Sahəsi və s.) işini bələdiyyənin işi ilə uzlaşdırmaq, lazım gələrsə, onların gələcəkdə bələdiyyədə fəaliyyət göstərməsinə nail olmaq;
– Yeni yaşıllıq zolaqlarının salınması, mövcud olanların qorunub inkişaf etdirilməsi üçün mərkəzləşmiş xidmətlərin yaradılması;
– Şəhər ərazisindən axıb keçən Əyriçay çayının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün aidiyyatı qurumlar qarşısında məsələlərin qaldırılması və həllinə səy göstərilməsi;
– Şəhər ərazisində sürüşmə zolaqlarında qabaqlayıcı tədbirlərin görülməsi;
– Şəhərin abadlaşdırılması, təmizliyi və yaşıllaşdırılması işini tam nəzarətə götürmək.
V. Milli-mənəvi dəyərlər sahəsində
– Milli-mənəvi dəyərlərin təkmilləşdirilməsi üçün qətiyyətli mövqe nümayiş etdirmək, mütəmadi maarifləndirmə işini aparmaq;
– Şəhər ərazisindəki qəbiristanlıqları abadlaşdırmaq, mütərəqqi qaydaların tətbiqinə nail olmaq;
– Milli, dini və dövlət bayramlarının yüksək səviyyədə keçirilməsinə nail olmaq;
– Şəhid adının ucaldılması üçün ictimai rəy əsasında tədbirlər həyata keçirmək;
– Yeni ailə quran aztəminatlı gənclərə yardım göstərmək;
– Vəfat etmiş tənha, kimsəsiz, imkansız şəxslərin dəfnini təşkil etmək;
– Dəfn mərasiminin təşkili üçün hərtərəfli xidmət təşkil etmək;
– Maarifləndirmə, informasiya xidmətini təşkil etmək üçün bələdiyyə televiziyasının təşkilinə çalışmaq;
– Milli sənətkarlığın, xalq musiqisinin inkişafı üçün proqram və layihələrin gerçəkləşməsinə nail olmaq.

Şərh Yaz