İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd Pənahov Ravid Vahid oğlu

1971-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşam. İsmayıllı rayonu İsmayıllı kənd orta məktəbində orta təhsili, Bakı Dəmir Yol texnikumunun Yolların tikintisi və istismarı fakültəsini oxuyub bitirmişəm. Ordu sıralarında xidmət etmişəm. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişəm, döyüşlərin birində ağır yaralanmışam.

İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd
Pənahov Ravid Vahid oğlu

İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd Pənahov Ravid Vahid oğlu

1971-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşam. İsmayıllı rayonu İsmayıllı kənd orta məktəbində orta təhsili, Bakı Dəmir Yol texnikumunun Yolların tikintisi və istismarı fakültəsini oxuyub bitirmişəm. Ordu sıralarında xidmət etmişəm. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişəm, döyüşlərin birində ağır yaralanmışam.
Hərbi döyüşdən qayıtdıqdan sonra 1993-cü ildə Qarabağ uğrunda əlil olmuş döyüşçüləri birləşdirmək məqsədilə Qarabağ Əlilləri cəmiyyətini yaratmışam. 1994-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin İsmayıllı rayon təşkilatını yaratmışam. Hal-hazırda AVMVB-nin İsmayıllı rayon təşkilatının sədri olmaqla Respublika Veteranları Birliyinin Şirvan bölgəsi üzrə sədrin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıram.
Bitərəfəm. Rayonun sosial-ictimai həyatında fəal iştirak edirəm.
Hörmətli seçicilər, əgər mənə etimad göstərsəniz bələdiyyə üzvü kimi istək və arzularınızın həyata keçməsi üçün var qüvvəmlə çalışacağam.
Əziz seçicilər, ümüdvaram ki, düzgün seçim edəcəksiniz.

Şərh Yaz