İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd Mərdanov Sərkar Ağabala oğlu

1953-cü ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olmuşam.
1970-ci ildə Bakıdakı 1 saylı fizika-riyaziyyat təmayüllü orta məktəbi, 1975-ci ildə BDU-nun tətbiqi riyaziyyat fakültəsini bitirmişəm.
1975-1979-cu illərdə Bakıda Hesablama Mərkəzində böyük mühəndis, şöbə müdiri, 1979-1983-cü illərdə İsmayıllı rayon Statistika İdarəsində baş mühəndis, 1984-1992-ci illərdə həmin idarənin rəisi vəzifəsində çalışmışam. 1992-1993-cü illərdə İsmayıllı rayon İcra Hakimiyyətində müavin, 1993-1999-cu illərdə İsmayıllı Hidrometeorologiya İdarəsinin ixtisasartırma mərkəzində bölmə rəisi vəzifələrində çalışmışam.

İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd Mərdanov Sərkar Ağabala oğluİsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd
Mərdanov Sərkar Ağabala oğlu


İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd Mərdanov Sərkar Ağabala oğlu

1999 və 2004-cü il bələdiyyə seçkilərində İsmayıllı bələdiyyəsinin üzvü seçilmişəm.
İsmayıllı bələdiyyəsi sədrinin İqtisadi Məsələlər üzrə müavini olmuşam. 10 il İsmayıllı bələdiyyəsinin Büdcə Məsələləri daimi komissiyasına sədrlik etmişəm.
İsmayıllı şəhər Sovetinin və İsmayıllı rayon Sovetinin deputatı, 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd olmuşam.
Ailəliyəm, dörd övladım, beş nəvəm var. Hal-hazırda işsizəm.
1999-2009-cu illərdə İsmayıllı bələdiyyəsində bələdiyyənin formalaşmasında və yerli idarəetmə işinin günün tələbləri səviyyəsinə qaldırılmasında fəal iştirak etmişəm.
Dəfələrlə bələdiyyənin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunmuş seminarlarda, ixtisasartırma kurslarında iştirak etmişəm.
Yenidən bələdiyyə üzvü seçiləcəyim halda şəhər bələdiyyəsinin daha çevik işləməsinə, yerli icra orqanları ilə sıx əlaqələrin yaradılmasına, bələdiyyələrin statusunun artırılmasına dair təkliflərin verilməsinə, bələdiyyənin maliyyə mənbələrinin artırılmasına, məhəllə komitələrinin yaradılmasına və onların yerli idarəetmədə fəal iştiraka cəlb edilməsinə, fiziki tərbiyə və idmanın inkişafına, yoxsulluğun və işsizliyin aradan qaldırılmasına, şəhər ərazisinin daha da abadlaşdırılmasına, şəhərin ara küçələrinin asfaltlaşdırılmasına, gənclərə, xüsusilə istedadlı gənclərə diqqətin artırılmasına, təhsil və səhiyyənin inkişafı üçün əlavə tədbirlərin görülməsinə nail olmağa bilik və bacarığımı sərf edəcəyəm.
Əziz seçicilər! Sizi seçki günü layiq bildiyiniz namizədlərə səs verməyə çağırıram.

Şərh Yaz