İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd Soltanov Şahməmməd Nurulla oğlu (Şahməmməd Dağlaroğlu)

1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olmuşam. İsmayıllı şəhər 1 nömrəli orta məktəbində natamam, 58 saylı Göyçay Texniki Peşə Məktəbində dülgər-xarrat ixtisası ilə yanaşı orta təhsil almışam. Ordu sıralarında xidmət etmişəm. Müxtəlif illərdə bir sıra tikinti idarələrində inşaatçı kimi çalışmışam. Qısa fasilələrlə 15 ildən artıq Mücühəftəran və Ağbulaq kənd məktəblərində əmək təlimi müəllimi işləmişəm.
Bir müddət Rusiyada yaşamışam. 1991-ci ildə Novosibirsk Xalq Təsərrüfatı İnstitutunu bitirmişəm.

İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd  Soltanov Şahməmməd Nurulla oğlu (Şahməmməd Dağlaroğlu)İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd
Soltanov Şahməmməd Nurulla oğlu
(Şahməmməd Dağlaroğlu)

İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd  Soltanov Şahməmməd Nurulla oğlu (Şahməmməd Dağlaroğlu)

1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olmuşam. İsmayıllı şəhər 1 nömrəli orta məktəbində natamam, 58 saylı Göyçay Texniki Peşə Məktəbində dülgər-xarrat ixtisası ilə yanaşı orta təhsil almışam. Ordu sıralarında xidmət etmişəm. Müxtəlif illərdə bir sıra tikinti idarələrində inşaatçı kimi çalışmışam. Qısa fasilələrlə 15 ildən artıq Mücühəftəran və Ağbulaq kənd məktəblərində əmək təlimi müəllimi işləmişəm.
Bir müddət Rusiyada yaşamışam. 1991-ci ildə Novosibirsk Xalq Təsərrüfatı İnstitutunu bitirmişəm.
Ağbulaq kəndində yaşadığım illərdə, ilk bələdiyyə seçkilərində qələbə qazanıb bələdiyyə sədri və sədr müavini vəzifələrində çalışmışam.
Rayonun Yerli Radio Verilişləri redaksiyasında redaktor vəzifəsində işləmişəm. 2005-ci ildə jurnalistika ixtisası üzrə birillik kurs bitirmişəm.
Bələdiyyələr üzrə keçirilən ikinci və üçüncü seçkilərdə İsmayıllı bələdiyyəsinin üzvü seçilmişəm. Hazırda bələdiyyədə Yerli Sosial Məsələlər daimi komissiyasının sədri vəzifəsində çalışıram.
1995-ci ildən Ana Vətən Partiyasının üzvü və AVP İsmayıllı rayon təşkilatının sədriyəm.
Erkən yaşlarımdan şeirlər yazıram. 5 kitabın müəllifi, 20-dən artıq kitabın redaktoru, 2 toplunun tərtibçisiyəm. İsmayıllıların sevimli qəzeti olan “İsmayıllı xəbərləri”nin təsisçisi və baş redaktoruyam.
1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm.
2014-cü ildən təsisçisi olduğum “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədriyəm.
Gəncliyimi gələcəyimizi quranlara verdim. Xoşbəxtliyimi başqalarına lazım olmaqda gördüm.
Əziz seçicilər, seçkilərdə fəal iştirak edin, səsinizi tərəddüd etmədən ən layiqli namizədlərə verin

Şərh Yaz