Qadınların bələdiyyələrdə təmsilçiliyi

Ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında qadınların sayının artması bu təşkilatın sıralarını daha da möhkəmləndirməkdədir. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva – Yeni Azərbaycan Partiyası sədrinin müavini seçildikdən sonra partiyanın sıralarında qadınların sayı durmadan artmaqdadır. Bu isə deməyə əsas verir ki, bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasəti bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Məlum olduğu kimi, qadınlar cəmiyyətin avanqard hissəsidir. Bu baxımdan da YAP qadınların ictimai-siyasi fəallığında çox böyük rola malikdir. Qazanılan uğurlarda qadınların əhəmiyyətli rolu hər zaman ölkə prezidenti tərəfindən yüksək qiymətləndirilib. Sözsüz ki, bu fəallığı artırmağı arzulamaqla yanaşı, onun gerçəkləşdirilməsi üçün hər zaman lazımi şərait yaradılmışdır. Biz qadınlar iş həyatımızda bunu daha aydın görür və faydalanırıq.
Qadınların bələdiyyələrdə təmsilçiliyiQadınların bələdiyyələrdə təmsilçiliyi

Bu gün ölkənin lider partiyası olan Yeni Azərbaycan Partiyası digər müvafiq qurumlardan öz demokratikliyi, humanizm ideyaları ilə fərqlənir. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə YAP-ın tərkibində qadın şuraları yaradıldı. Bu gün yarım milyondan çox üzvü olan Yeni Azərbaycan Partiyasının 43 faizdən çoxunu qadınlar təşkil edir. Müxtəlif peşə sahibləri olan bu qadınları birləşdirən onların dönməz əqidələri, Vətənə. xalqa olan sevgiləridir. Yeni Azərbaycan Partiyası Qadın Şuralarının fəaliyyətinin gücləndirilməsi biz qadınlara daha böyük ruh yüksəkliyi verir, bizi cəmiyyət üçün daha faydalı işlər görməyə, daha fəal və təşəbbüskar olmağa, peşəkar səviyyəmizi artırmağa və Vətən üçün layiqli vətəndaşlar yetişdirməyə səsləyir.
Hal-hazırda ölkəmizdə həyata keçirilən siyasətdə qadınların təmsilçiliyi daha da artır və bu bizi çox sevindirir. Qadınların yerlərdə qərar qəbul etmək məsələsi bütün dünyada aktuallıq kəsb edir. Təbii ki, Azərbaycanda da buna xüsusi fikir verilir.
Qadınların seçki orqanlarında iştirakı bərabər hüquqlu cəmiyyətdən xəbər verir. Bu prosesdə qadınların fəallığı daha vacib və mühümdür. Çünki, bələdiyyələrin fəaliyyətinin əsas sahəsi sosial problemlərin həlli sayılırsa, bu problem cəmiyyətdə müxtəlif səbəblər üzündən əsasən qadınların üzərindədir. Qadınlar öz problemlərini daha yaxşı bilir. Məktəbin, xəstəxananın normal fəaliyyəti, yolların və bütövlükdə infrastrukturun qaydasında olması, işıq, qaz, su təminatı daha çox qadının problemidir.
Ölkəmizdə cəmi 15 il bundan əvvəl yaranmış yerli özünüidarəetmə-bələdiyyələr ötən illərdə xeyli təcrübə toplamış, fəaliyyət istiqamətləri artmışdır. Dövlət orqanları ilə əhali arasında körpü rolunu oynayan bələdiyyələr yerləşdikləri ərazilərdə yaşayan əhalinin təkliflərinin həyata keçirilməsində, abadlıq işlərinin aparılmasında təşəbbüskarlıqlarını artırırlar.
Ötən bələdiyyə seçkilərinin müqayisəli təhlilini aparsaq, gənclərin, qadınların bələdiyyələrdə təmsilçilik faizlərinin artdığının şahidi oluruq. 2009-cu ilin 23 dekabrında keçirilmiş bələdiyyə seçkilərində seçilmiş 310 nəfər bələdiyyə üzvünün 79 nəfərini, yəni 25,5 faizini qadınlar təşkil etmişdir. Bu da əvvəlki bələdiyyə seçkilərindən 5 dəfəyə yaxın çoxdur. Lakin 34 bələdiyyə sədrindən yalnız 2 nəfəri qadın olmuşdur. Ümidvarıq ki, 2014-cü ilin bələdiyyə seçkilərində həm üzvlər, həm də sədrlər sırasında qadınlarımız üstün olacaq. Bu ilki seçkilərdə biz çalışmalıyıq ki, qadın təmsilçilərimiz daha çox olsun, bələdiyyə üzvlərinin ən azı 30 faizini təşkil etsin. Biz Qadınlar Şurası olaraq bu göstəriciyə nail olmaq üçün qanunauyğun surətdə lazımi tədbirlər həyata keçirir və təbliğat-təşviqat kompaniyasına fəal qoşulmuşuq. Mənə verilən imkandan istifadə edərək namizədliyi irəli sürülmüş hər bir partiya üzvünə bu seçkilərdə uğurlayıram. İnanırıq ki, qadınlarımız öz ictimai-siyasi fəallıqları ilə xalqa yaxın olan bələdiyyələrə seçilmək istiqamətində daha səmərəli fəaliyyət göstərəcək, həqiqətən öz əməli işləri ilə cəmiyyətin aparıcı qüvvəsi olduqlarını təsdiq edəcəklər.
Xuraman Qurbanova,
YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri

Şərh Yaz