Tarixin müəmması

Qərbin görkəmli filosofu Hegel “Tarixin fəlsəfəsi” adlı məşhur əsərində belə yazırdı: “Misirlilərin şüuru qarşısında öz ruhlarının hələ həll edilməmiş bir sual halında durduğunu sübut etmək üçün biz, Siyasdakı Neyt İlahəsinin məbədgahında yazılmış məşhur sözlərə müraciət edə bilərik: “Mən keçmişin olmuşu, indinin olanı və gələcəyin olacağıyam. Heç kəs mənim üzərimdən pərdəni qaldırmamışdır”.
…Misir Neytində həqiqət hələ gizlidir”. Şərqin Füzuli kimi istedadlı şairi isə “Ənisül-qəlb” əsərində nəzm diliylə yazırdı ki, hikmət sahibləri bu pərdəni əql ilə üzərindən götürə bilərlər. Şair “Rindü-Zahid” əsərində isə daha gözəl bir mətləbi irəli sürür. Rindün dili ilə: “Hərə öz əqidəsinə görə bir kitab yazıbdır. Yaxşı olar ki, onların yazdığını heç oxumayam. Çox kitab oxumaq şübhəni aradan qaldırmaz, bəlkə şübhəni bir az da artırar, hər nə qədər artıq kitab oxusan, bir qədər də artıq heyrətdə qalacaqsan”.

Tarixin müəmmasıTarixin müəmması

Söhbəti filosoflardan insanlardan gətirməklə əsaslandırmaq istədik. Sözümüzün konkret məğzi “tarixi həqiqətlərə nə dərəcədə əsaslanmaq vacibdir” mövzusuna həsr olunub. Bu fikrə də bizi cəlb edən hürufi şairimiz İ.Nəsimi barədə çap olunmuş bir məqalənin mövzu obyekti oldu. Filologiya elmləri doktoru professor Qəzənfər Kazımov “Kredo” qəzetinin apardığı tədqiqat nəticəsində qeyd edirdi ki, Azərbaycanın istedadlı şairi İmadəddin Nəsimi Hələb şəhərində dərisi soyularaq deyil, başı kəsilərək cəzalandırılmışdır. İstər-istəməz el içərisində dolaşan Nəsimi haqqında rəvayət bizim hər birimizin beyninə bu cürə həkk olunub və məşhur “Nəsimi” (rej. H.Seyidbəyli, 19674 “Azərb. film”) filmində də biz bu faciəli kadrı müşahidə etmişik.
Sözümün canı ondadır ki, artıq biz tarixi faktlara ötəri nəzər salmamalıyıq. Necə ki, islam dinində “səhih” (düzgün) və “qeyri-səhih” (qeyri-düzgün) hədislər mövcuddur, tarixi reallıqların da əsaslandırılmış və əsaslandırılmamış variantları mövcuddur deməli.
Bütün bu məsələləri nəzərə alaraq Fərman İsmayılovun “İnsan və dünya” kitabında filosoflardan gətirdiyi tarix barədə bəzi misallar çəkir bizə: “Lakin, Kamyu qeyd edirdi, ümidsizlik – ağılın xəstəliyidir. İnsan bilməlidir ki, absurdu tarix doğurur, onun mənaya çevrilməsi prosesini də ancaq tarixdə axtarmaq lazımdır. Kamyunun qəhrəmanlarından biri Kaliqula deyirdi: “Tarixə, tarixə”… Bu jestin mənası odur ki, tarix-özünüdərk üçün meydandır, başqa sözlə tarix özşüurdur. O terapevtik funksiyaya malikdir. “Tarixlə müalicə”, onu paradiqma, özünüdərk modeli kimi qəbuletmə müasirliyin absurd həyatından qurtarmaq üçün xilas yoludur. Tarixin bu cəhəti çoxdan anlaşılmışdır. “Tarix, yazırdı Yum, təxəyyülü rövnəqləndirir, ağılı kamilləşdirir və xeyirxahlığı möhkəmləndirir”, o insanı özü və onun işləri, bəşəriyyəti yüksəlişi və süqutu, onun xoşbəxtliyi və faciəsi ilə tanış edir, erudisiyanı inkişaf etdirir, bununla da başqa növ biliklərə yol açır”. Beləliklə, Kamyu üçün tarix özünüdərk modelidir, o məna və ağlabatanlığın mücəssəməsi –insanı anlamaq və idarə etmək paradiqmasıdır, tarix-şüurun sağlamlığının norması, insanla dünyanın əlaqə və münasibətlərinin həqiqətidir”.
Fərman müəllimin bu dəyərli fikirlərini oxuduqca onun heç də heç bir Qərb filosofundan zəif ideyalar müəllifi olmadığının bir daha şahidinə çevrilməklə yanaşı tarixi həqiqəti başa düşməkdə də bəzi psixi analizlərdən keçirsən sanki. Qərb filosofu Kamyunun diliylə onun “Tarixi-terapiya” ilə müalicə dərmanı tapıb mənəvi xəstəliklərdən qurtulmaq ideyasının kökündə isə bütün bilik sahələrinin qarşılıqlı zəmin strukturası meydana gəlməlidir. Məhz o anda bizə bəzi tarixi faktların müəyyən dərəcədə dolğun aurası aydın olar bəlkə də…
Elsevər Məsim

Şərh Yaz