Xatirələrdə yaşayacaq

Müəllimlik çətin bir peşə olmaqla bərabər, həm də şərəfli sənətdir. Müəllim bütün ömrünü şagirdlərinin təlim-tərbiyəsinə bağlayır və onları sağlam ruhda həyata hazırlayır. Bəzi hallarda müəllimi bağbanla müqayisə edirlər. Axı əslinə qalanda, bağban da müəllimin yetirməsidir. Böyük şəxsiyyətlər – alimlər, şairlər, yazıçılar, bəstəkarlar müəllim əməyinin bəhrəsidir. Məhz buna görə də müəllim adını uca tutur, onların qarşısında baş əyirik. Müəllim cəmiyyətdə sayılan və seçilən, hörmət göstərilən ziyalıdır. Belələrindən biri də Topçu kənd tam orta məktəbinin müəllimi Zaman Ağayev idi. Onun qəfləti ölümü hamımızı sarsıtdı. Məktəbimizin müəllim və şagird kollektivi onun ölümündən kədərlənmişdir. Zaman müəllim 22 noyabr 2014-cü il tarixdə torpağa tapşırıldı.
Zaman Kərəm oğlu Ağayev 19 noyabr 1950-ci ildə rayonumuzun Topçu kəndində anadan olmuşdur. İlk təhsilini doğma kəndində, orta təhsilini isə 1967-ci ildə İsmayıllı şəhər 1 nömrəli məktəbində almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuş və müvəffəqiyyətlə oranı bitirmişdir.

Xatirələrdə yaşayacaqXatirələrdə yaşayacaq

Təyinatla İsmayıllıya gələn gənc müəllimi doğma kəndinə- Topçuya riyaziyyat müəllimi göndərirlər. Həmin tarixdən doğma məktəbdə çalışmışdır. Onun əmək kitabçasına bircə qeyd düşüb: riyaziyyat müəllimi təyin edilsin. Nə az, nə çox, düz 43 il sinif otaqlarında yol getdi, lap ”Magellan qədər”. O, şagirdlərə həm riyaziyyat fənnini, həm də informatikanı tədris etdi.
Z.Ağayev məktəbdə yaxşı ictimaiyyətçi kimi də tanınırdı. Bu işlərin öhdəsindən bacarıqla gəlirdi. O, məktəb partiya təşkilat katibi, həmkarlar təşkilatının sədri, fənn metodbirləşməsinin rəhbəri kimi işlərin öhdəsindən layiqincə gəlirdi. Baş müəllim adı almışdı. Bir sıra Fəxri fərmanlar almışdı.
İndi Zaman müəllim aramızda olmadığı üçün haqqında keçmiş zamanda danışırıq. Ancaq onun yaxşı əməlləri və xoş xatirələri həmişə kollektivimizin qəlbində yaşayacaqdır. Allahdan ona rəhmət diləyirik.
Məktəbin pedaqoji və şagird kollektivi

Şərh Yaz