Təhsilin müasir təlim texnologiyaları

25 noyabr 2014-cü il tarixdə Hacıhətəmli kənd tam orta məktəbinin akt zalında “Ümumi təhsilin müasir kurikulumları və innovativ təlim texnalogiyaları” mövzusunda elmi-praktik konfrans keçirildi.
Təhsilin müasir təlim texnologiyalarıTəhsilin müasir təlim texnologiyaları

25 noyabr 2014-cü il tarixdə Hacıhətəmli kənd tam orta məktəbinin akt zalında “Ümumi təhsilin müasir kurikulumları və innovativ təlim texnalogiyaları” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransa başlamamış qonaqlar I, II, III və IV siniflərdə müəllimlərin “Açıq dərs”lərində iştirak etdilər. “Açıq dərs”lərlə bağlı konfransda geniş müzakirələr aparıldı. Konfransda RTŞ-nin Metodik kabinetin direktoru H.Əsədov, RTŞ-nin metodisti X.Allahverdiyev, qonşu məktəblərin müəllimləri və valideynlər iştirak edirdi.
Təhsilin müasir təlim texnologiyaları

Məktəbin direktoru Nazim Ağakişiyev tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı və ardınca “Müasir təlimdə müəllim-şagird münasibətləri” mövzusunda X. Allahverdiyevin məruzəsi dillənildi. Daha sonra I sinif üzrə Vəfa Sadıqova, II sinif üzrə Nuridə Kərimova, III sinif üzrə Araz Allahverdiyev və IV sinif üzrə Yadulla Abdullayevin “Dərslərdə iteraktiv metodlardan necə istifadə edirəm” mövzusunda məruzələri konfrans iştirakçılarının diqqətinə çatdırıldı. Konfrans müəllimlərin diskusiyası ilə sona çatdi. Sonda H. Əsədov müəllimlərə bir daha öz tövsiyələrini verərək, fəal təlimdə bütün müəllim kollektivinə uğurlar arzuladı.
Müşviq Məmmədov,
Mollaisaqlı kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz