10 nəfər rayonu təmsil etdi

28-30 noyabr 2014-cü il tarixlərdə Şəki şəhərində Könüllülük üzrə Gənclərin Birinci Regional Forumu keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, YAP Şəki şəhər təşkilatı və Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin təşkil etdiyi 3 günlük forumda 250 nəfər gənc iştirak edib.
10 nəfər rayonu təmsil etdi10 nəfər rayonu təmsil etdi

Forumda Şəki şəhərinin, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının gənclər və idman idarələrinin rəhbərləri, fəal gənclər, gənclər təşkilatlarının üzvləri, həmçinin dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
İsmayıllı rayonu Forumda 10 nəfər gənclə təmsil olunub.
Forumda könüllülük, regionda gənclərin sosial inkişafı və məşğulluğu, gənclərin ətraf mühitin qorunmasında könüllü fəaliyyəti mövzuları müzakirə edilib, hər 3 mövzuda İsmayıllı gəncləri öz fəallığı ilə seçiliblər.
Forumda qonaqların nəzərinə çatdırılıb ki, kənd rayonları arasında ilk dəfə olaraq İsmayıllı rayonunda “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsi keçirilir.
Forum başa çatdıqdan sonra İsmayıllı gəncləri Şəki şəhəri ilə yaxından tanış olublar.
Taleh Məhərrəmov,
Gİİ-nin əməkdaşı

Şərh Yaz