Qüvvələrini yarışda sınadılar

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi mütəmadi olaraq rayon mədəniyyət işçiləri və üzv təşkilatlarda çalışan işçilər arasında mədəni-kütləvi, yubiley tədbirləri ilə yanaşı idman tədbirləri də keçirir.
Qüvvələrini  yarışda  sınadılar
Qüvvələrini yarışda sınadılar

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi mütəmadi olaraq rayon mədəniyyət işçiləri və üzv təşkilatlarda çalışan işçilər arasında mədəni-kütləvi, yubiley tədbirləri ilə yanaşı idman tədbirləri də keçirir.
İlin əvvəlindən bu günə qədər Rayon Gənclər və İdman İdarəsi ilə birgə müəssisələr arası nərd, şahmat, dama, futbol, voleybol, stolüstü tennis və sairə idman növləri üzrə şəxsi və komanda yarışları keçirilmişdir. Rayon mədəniyyət işçiləri də bir çox yarışlarda müvəffəqiyyətlə iştirak etmişlər. Mədəniyyət və Turizm Şöbəsinin kollektivi dama, nərd üzrə keçirilən fərdi və komanda yarışlarında birinci yerləri tutmuşlar. Digər idman növləri üzrə yarışlarda da fərdi oyunlarda müvəffəqiyyət qazanmışlar.
Rayon Həmkarlar Komitəsi də mədəniyyət işçilərinin asudə vaxtlarının təşkil olunması ilə əlaqədar əməli tədbirlər işləyib həyata keçirir. Onların iştirakı ilə nərd, dama, şahmat yarışları, intellektual yarışlar keçirilir.
Qüvvələrini  yarışda  sınadılar

Noyabr ayının 14-də rayon Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzində Rayon Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, İsmayıllı Uşaq İncəsənət Məktəbində çalışan işçilər arasında nərd yarışı keçirmişdir.
24 nəfər yarış iştirakçı qruplara bölünərək, dairəvi sistem üzrə mübarizə aparmışlar. Qrupların qalibləri final oyununa vəsiqə qazanmışlar.
Qaliblərə Mədəniyyət İşçiləri İsmayıllı Rayon Həmkarlar Komitəsinin diplomları və qiymətli hədiyyələri təqdim edilmişdir. Güclülər müəssisələr arasında keçiriləcək komanda yarışında iştirak etmək hüququ qazanmışlar.
Şamo Nuğayev,
Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri

Şərh Yaz