Ölkəmizi tanıyaq

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar davam edir.
Aksiya çərçivəsində Bakı şəhərinin Xəzər və Nizami rayonlarından olan məktəblilər noyabr ayının 15-də İsmayıllı rayonunda olublar. İsmayıllı Mədəniyyət Sarayının qarşısında gələn qonaqları salamlamaq üçün flaşmob göstərilib. Müğənni Rövşən Teyyubovun ifasında şən mahnılar oxunub, İsmayıllı Uşaq İncəsənət Məktəbinin şagirdləri və Ağbulaq kənd klubunun dərnək üzvü rəqs ediblər.

Ölkəmizi tanıyaq
Ölkəmizi tanıyaq

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar davam edir.
Aksiya çərçivəsində Bakı şəhərinin Xəzər və Nizami rayonlarından olan məktəblilər noyabr ayının 15-də İsmayıllı rayonunda olublar. İsmayıllı Mədəniyyət Sarayının qarşısında gələn qonaqları salamlamaq üçün flaşmob göstərilib. Müğənni Rövşən Teyyubovun ifasında şən mahnılar oxunub, İsmayıllı Uşaq İncəsənət Məktəbinin şagirdləri və Ağbulaq kənd klubunun dərnək üzvü rəqs ediblər.
Ölkəmizi tanıyaq

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin iclas zalında məktəblilərlə görüş keçirilib. Görüşdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev gələn qonaqları salamlayıb. İsmayıllının tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar haqqında məlumat verib. Regionun turizm və kənd təsərrüfatı potensialı, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində turistlərin artım dinamikası haqqında danışıb.
Məktəblilərə Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub. Mərkəzi ziyarət edən şagirdlər burada Ulu öndərin həyatını, siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olublar. Bildirilib ki, Mərkəzdə brifinq zalı, inzibati və yardımçı otaqlar mövcuddur. Bölmələrdə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən eksponatlar toplanıb. Mərkəzdə “Bacarıqlı əllər”, “Rəsm” və bir çox başqa dərnəklər, eləcə də elektron kitabxana fəaliyyət göstərir.
Daha sonra məktəblilər rayon ərazisində təmiz ekoloji mühitin yaradılması, yaşıllıqların salınması, həmçinin xatirə olaraq xüsusi təyin olunan sahədə akasiya növündən olan 180 ədəd ağac əkiblər. Məktəblilərin xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilib və suvarılıb.
İvanovka kəndində olan qonaqlara kəndin əsasının çar Rusiyası dövründə Qafqaza köçürülən malakanlar tərəfindən qoyulması haqqında məlumat verilib. Bildirilib ki, kəndin 3 mindən çox sakini var. İvanovkalılar daha çox üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Bu kəndin kənd təsərrüfatı məhsulları daxili bazarda sevilir. Kənddə bir neçə sex, park və zavod fəaliyyət göstərir. Məktəblilər mədəniyyət evi ilə də tanış olublar.
Ölkəmizi tanıyaq

Aksiya çərçivəsində məktəblilər İsmayıllı rayon Lahıc qəsəbəsinin qədim tarixi, mədəniyyət abidələri, tarix-diyarşünaslıq muzeyi və turizm potensialı ilə tanış olublar. Məktəblilərə yüksək dağlıq ərazidə yerləşən Lahıc qəsəbəsinin qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsi olduğu haqqında məlumat verilib. Bildirilib ki, möhtəşəm küçə və meydanları ilə bu orta əsrlər yaşayış məskəni Qafqazda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biridir. Məlumat verilib ki, Lahıc həm də oyma ornamentlə bəzədilən soyuq silah və mis qabların hazırlanması ilə məşhurdur. Lahıcın ilk məhəlləsinin əsası III-IV-ci əsrlərdə qoyulub. Şəhərdə min beş yüzdən artıq yaşı olan su və kanalizasiya sistemi fəaliyyət göstərir. Bu gün Lahıc dövlət tərəfindən qorunan tarixi-memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvəlki vəziyyətdə saxlanılıb. Lahıc qəsəbəsinin qədim tarixi, mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq Muzeyi və turizm potensialı ilə tanışlıq məktəblilərdə xoş təəssürat oyadıb.
Məktəblilərə tarix-diyarşünaslıq muzeyində məlumat verilib ki, Lahıc XVIII-XIX əsrlərdə də Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, güyüm, aşsüzən, kəfgir, kasa, cam, qazan, çıraq və digər məmulatlar dünyanın müxtəlif ölkələrində ən məşhur muzeylərində nümayiş etdirilir.
Çinarə Bəhərçinli

Şərh Yaz