Qol güləşi yarışında

Rayonda Dirçəliş Günü ilə əlaqədar bir sıra idman tədbirləri keçirilmişdir. Azərbaycan Qol Güləşi Federasiyasının yerli nümayəndəliyi rayon Gənclər və İdman İdarəsi ilə birlikdə qol güləşi üzrə rayon birinciliyi keçirmişdir. Birincilikdə səkkiz çəkidə 50-yə yaxın idmançı iştirak etmişdir. Maraqla izlənmiş yarışda 50 kiloqramlıq çəkidə Zəka Məmmədov birinci olmuşdur. 65 kiloqramlıq çəkidə Elvin Seyidov I yerə, Tural Aslanov II yerə çıxmışdır. Təbriz Mursallı isə 70 kiloqramlıq çəkidə qalib olmuşdur. Qalib idmançılara rayon Gənclər və İdman İdarəsinin diplomları, həmçinin mükafatları təqdim edilmişdir. Komandanı yarışa baş məşqçi, .həmçinin, bu sətirlərin müəllifi Vüsal Qəzənfərov hazırlamışdır.Qol güləşi yarışında

Rayonda Dirçəliş Günü ilə əlaqədar bir sıra idman tədbirləri keçirilmişdir. Azərbaycan Qol Güləşi Federasiyasının yerli nümayəndəliyi rayon Gənclər və İdman İdarəsi ilə birlikdə qol güləşi üzrə rayon birinciliyi keçirmişdir. Birincilikdə səkkiz çəkidə 50-yə yaxın idmançı iştirak etmişdir. Maraqla izlənmiş yarışda 50 kiloqramlıq çəkidə Zəka Məmmədov birinci olmuşdur. 65 kiloqramlıq çəkidə Elvin Seyidov I yerə, Tural Aslanov II yerə çıxmışdır. Təbriz Mursallı isə 70 kiloqramlıq çəkidə qalib olmuşdur. Qalib idmançılara rayon Gənclər və İdman İdarəsinin diplomları, həmçinin mükafatları təqdim edilmişdir. Komandanı yarışa baş məşqçi, .həmçinin, bu sətirlərin müəllifi Vüsal Qəzənfərov hazırlamışdır.
Yarış keçmiş “Talıstan” restoranının birinci mərtəbəsində bu məqsəd üçün uyğunlaşdırılmış zalda keçirilmişdir.
Vüsal Qəzənfərov,
Azərbaycan Respublikası Qol Güləşi Federasiyasının yerli nümayəndəsi

Şərh Yaz