Növbəti maarifləndirici tədbir

15 noyabr 2014-cü il tarixində İsmayıllı Uşaq Kitabxanasında “Balacaların nağıl dünyası” adlı şəhərcik təşkil edilib.
Bu maraqlı tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Rayon Təhsil Şöbəsinin işçiləri və valideynlər də iştirak edib.
İsmayıllı Uşaq Kitabxanasının müdiri Rəna Süleymanova ölkədə və rayonda uşaqlara göstərilən qayğıdan danışıb, onların asudə vaxtının səmərəli təşkili üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Növbəti maarifləndirici tədbirNövbəti maarifləndirici tədbir
Növbəti maarifləndirici tədbir

15 noyabr 2014-cü il tarixində İsmayıllı Uşaq Kitabxanasında “Balacaların nağıl dünyası” adlı şəhərcik təşkil edilib.
Bu maraqlı tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Rayon Təhsil Şöbəsinin işçiləri və valideynlər də iştirak edib.
İsmayıllı Uşaq Kitabxanasının müdiri Rəna Süleymanova ölkədə və rayonda uşaqlara göstərilən qayğıdan danışıb, onların asudə vaxtının səmərəli təşkili üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Güllübəyim Cərullayeva çıxış edərək, bu kimi tədbirlərin uşaqlar üçün böyük tərbiyəvi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Tədbir balacaların vətənpərvərlik mövzusunda söylədiyi şeirlər, nümayiş etdirdikləri rəqslər və səhnəciklərlə davam edib.
Ç.Bəhərçinli

Şərh Yaz