Tennis üzrə rayoTennis üzrə rayon birinciliyin birinciliyi

Uşaq Gənclər İdman Məktəbində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə rayonun müəssisə əməkdaşları arasında tennis üzrə rayon birinciliyi keçirilib.Tennis üzrə rayon birinciliyi

Uşaq Gənclər İdman Məktəbində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə rayonun müəssisə əməkdaşları arasında tennis üzrə rayon birinciliyi keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı Gİİ-nin rəisi Taleh Salehov bu tarixi gün haqqında məlumat verib, həmçinin, bu gün münasibəti ilə hamını təbrik edib.
Tennis Federasiyasının rayon bölməsinin sədri Ağasəf Salmanov da öz növbəsində iştirakçıları təbrik edib onlara qələbə üçün əzmkarlıq nümayiş etdirməli olduqlarını xatırladıb.
16 nəfərin iştirak etdiyi rayon birinciliyində Seyran Abdullayev I, Bayram Nəbili II, Balakişi Xuduyev III yeri qazanıb.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları, Tennis Federasiyasının rayon bölməsinin qiymətli hədiyyələri təqdim olunub.
Bəhruz Səfərəliyev,
Gİİ-nin rəis müavini

Şərh Yaz